ANS PRESS-in məlumatına görə, bu barədə forumun növbəti günə olan gündəliyində qeyd edilib.
Davos forumunda İlham Əliyevlə yanaşı Səudiyyə Ərəbistanının səhiyyə naziri Xalid əl-Falih, CNN-in redaktoru, ENI şirkətinin rəhbəri Klaudia Deskalzi, Xiamen Universiteti yanında Enerji Siyasəti üzrə Araşdırmalar İnstitutunun dekanı Lin Boqianq, Rusiya İnvestisiya Fondunun başçısı Kirill Dmitriyev və ekspert Con Defterios gündəliyə uyğun mövzular ətrafında müzakirələr aparacaqlar.
Azərbaycan prezidenti və digər iştirakçılar "Yeni enerji problemləri" adlı paneldə "Gələcəkdə neftin qiyməti və tələb", "Enerji və iqlim siyasəti dəyişir", "Rəqəmsal və bərpa olunan enerji innovasiyaları" kimi mövzularda məruzələr edəcəklər.
Ötən il “Regionların transformasiyası: Avrasiya” devizi altında Davos İqtisadi Forumunda prezident İlham Əliyevin çıxışı iştirakçıların diqqətini cəlb etmişdi. İlham Əliyev Azərbaycan üçün çox ağır olan 1990-cı illəri xatırlatmışdı.
“O zamanlar Azərbaycan dövlətinin qarşısında xeyli çətinliklər yaranmışdı. Əsas məqsəd siyasi sistemin transformasiyasına nail olmaqdan ibarət idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər”, - deyə prezident bildirmişdi. Prezident İlham Əliyevin Davos Forumunda çıxışı (22 yanvar, 2015-ci il)
Forumun növbəti günə olan gündəliyində enerji mövzuları üstünlük təşkil edir. Davos forumu 20-23 yanvar tarixlərində keçirilir.
Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziriJastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənmişdi.Bu il Davos forumu “Dördüncü sənaye inqilabı” devizi altında keçiriləcək. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edirlər.
Forum dünyada ciddi maliyyə, miqrant böhranlarının və neftin ucuzlaşdığı bir vaxtda baş tutur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR