Maaşa hələ çox var, pulunuz isə artıq qurtarıb. Anlamağa çalışırsınız ki, pulları hara xərcləmisiniz və daha qənaətcil olmağınız barədə növbəti dəfə söz verirsiniz.
Hər dəfə bu proses təkrarlanır. Bəs bu nədir? Maaşın azlığı, yoxsa bədxərc olmağınız? Bəlkə də düzgün olmayan planlaşdırma? Bunların hər üçü ola bilər. Bəs bu problemin öhdəsindən necə gəlmək olar?
İlk növbədə bütün izafi xərclər haqqında məlumat toplayaq. Təbii ki, bu bir günün işi deyil. Ona görə də dəftərçə götürüb yazmalı olacaqsınız. Rahat olması üçün bütün xərcləri qruplara ayıraq. Elə aşağıdakı kimi...
Mənzil
Kommunal, kirayə xərcləri. Əgər kreditiniz varsa, bura əlavə edin. O cümlədən internet və telefon pulu.
Nəqliyyat
Yanacaq, avtomobil təmiri, taksi pulu. Şəxsi avtomobili olmayanlar, avtobus və metro xərclərini bura əlavə etməyi unutmamısınız ki? Belə götürəndə o qədər də böyük məbləğ deyil-30 qəpik. Altı iş günü hesablasaq-90 qəpik. Hələ avtobusa yaxın qohumunuzu, sinif yoldaşınızı görüb, onun əvəzinə pul verməyi də bura əlavə edəndə.
Geyim və ayaqqabı
Kifayət qədər xərclər tələb edir. Dolabınız koftalar, şalvarlar, ətəklərlə dolu olsa da, ayın axırı bu qrafa çətin boş qalsın. Hələ ayaqqabı və çantaları demirəm. Yeni mağaza açılıb, rəfiqəniz təcili zəng edib deyir ki, inanılmaz endirim var. Təbii ki, özünüzü saxlaya bilmirsiniz. amma sizə yenə elə gəlirki, geyinməyə heç nə yoxdur.

Yemək
Heç kəsə sirr deyil ki, yeməyə daha çox pul xərclənir. Götürək hələ naharı. İşdə yüngülvari nahar-dönər (1 manat) və sizə elə gəlir ki, pula qənaət edirsiniz? 6 iş gününü nəzərə alsaq, 6 manat. Hələ dönərin yanındakı içkini yazmamışıq. Bəs çay və şokolad? Artıq bir nahar-2 manata başa gəldi. Həftəlik nahara siz 12 manat xərcləyirsiniz. Necədir?
Gözəllik və sağlamlıq
Bu xüsusi olaraq qadınlar üçündür. Kosmetik vasitələr, gözəllik salonları, fitness klublar, vitaminlər və daha nələr, nələr. Belə çixir ki, qadınların izafi xərcləri daha çoxdur.
Təhsil
Müxtəlif kurslar-dil, kompüter, mühasibat kursları. Mütaliəni sevirsiniz? Aldığınız kitab, qəzet və jurnalların qiymətini yazmağı unutmayın.
İstirahət
Konsertə, teatrlara getməkdən, tanışlarınla kafedə oturmaqdan həzz alırsan? Çoxları "ayda, ildə bir dəfə gedirəm də" deyib bu xərcləri hesablamırlar.
Bəs, siz necə qənaət edirsiniz?
XƏBƏR LENTİ
"Oy, Musik, siz dazsınız?!" - keçəlləşməyə səbəb nədir?
Bilmədiklərimizi bilək (II hissə)
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
Noyabr üçün dəbli kombinlər
Marsda həyat əlaməti - Yeni kəşf
Güzgüdəki əksim - həyat yoldaşım
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Kəbin kəsdirən zaman şahidlərin olması vacibdir?
Qabartma tozunun ev şəraitində hazırlanması
Kakaonun faydaları.
2015 bürclərə nə vəd edir?
Erməni iştirakı təsdiqləndi
Hülya Avşarın qızı bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
May ayının qalibləri!
HAVA necə olacaq?
Almalı şarlotta (foto-resept)
Diş əti çəkilməsinin səbəbləri
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibə verib - VİDEO
Bella Hadid ərə gedir-FOTO
İlham Əliyevdən yeni təyinat
Ətli göbələk (foto resept)
Rasim Əliyevin ölümü ilə bağlı ABŞ-dan bəyanat
Abort qadağan olunsunmu?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Moda bloqerlərinin sevimli donları
Madonnanın FOTOsessiyası qalmaqal yaratdı
Dünyanın ən maraqlı 99 faktı-3
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Hava haqqında - 09.10.2013
Nataliya Oreyrodan bənzərsiz qələbə təbriki - VİDEO
Uşaqlarda yayılan virusla bağlı rəsmi açıqlama
Ərzaqların kaloriya miqdarı
Gündə 25 dəqiqə yerimək xərçəngin qarşısını alır
Qeyri-adi illustrasiyalar
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (2)
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
Ölülərinin skeletlərini daşıyan ermənilər meşələrimizdəki ağacları da kəsib aparırlar - VİDEO
Moda şousunda rüsvayçı olay
Bakı Polisindən paytaxt sakinlərinə çağırış - FOTO
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
27 paraşütçü birgə tullanaraq yeni rekorda imza atdılar - VİDEO
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Binalara istilik nə vaxt veriləcək?
Hamiləlikdə kök yeməyin faydaları
Ət piroqu (foto resept)















- ŞƏRHLƏR