- Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...
- Oyunumuz çox yaxşı alındı. Ölkə mətbuatını izləyirəm. Bəzi jurnalistlər "Neftçi"nin ölkə kubokunun yarımfinalında "Qəbələ" səddini keçməsini təsadüf adlandırmışdılar. İndi isə özünüz də uşaqların necə oynadığını gördünüz. Sizinlə danışdıqdan sonra onları təbrik etməyə gedirəm.
- Komandanızın oyundan-oyuna "artırdığı" hiss olunur...
- Bax, bu sözləri mən demədim, özünüz etiraf etdiniz. Biz də istəyirik ki, komanda addım-addım irəli getsin. Mövsümün necə yekunlaşacağını indidən deyə bilmərəm. Tədricən irəli gedəcəyik və qələbələrin ardı gələcək.
- Avropa Liqasına vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
- Hamı avrokuboklardan danışır. Məqsədimiz isə "Neftçi"ni elə səviyyəyə gətirməkdir ki, daim layiq olduğu zirvəni fəth etsin. 2-3-cü yerlər "Neftçi"ni qane etmir. Bu komandanın ənənəsi var: daim çempionluq uğrunda mübarizə aparmalıdır. İnanırıq ki, belə də olacaq.
- Baş məşqçi axtarışlarınız yenə davam edir?
- Vəli Qasımov hələlik yaxşı nəticələr göstərir. Qarşıda çempionatda 3 oyun və kubokun final matçı var. Bu barədə yalnız vacib qarşılaşmaları başa çatdıqdan sonra düşünəcəyik.
- "Qarabağ"la final matçının "Əlincə Arena"da keçirilmə variantına necə yanaşırsınız?
- "Əlincə Arena" çox xoşuma gəlir. Amma oyunun harada keçirilməsini yalnız mən həll etmirəm. Əvvəlcə PFL prezidenti Ramin Musayevlə danışın. Ondan sonra iki komanda bir araya gələrək müzakirə edəcək.
- Kubokun finalına vəsiqə qazansanız da, ölkə çempionatında yenə 7-ci pillədəsiniz. Kubokun finalına çıxmağınızı uğur kimi dəyərləndirə bilərsiniz?
- Finala yüksələn komanda uğur əldə etmiş sayılır. Bu, Afrikada da, Amerikada da, Avropada da belədir. Klub rəsmisi kimi yox, bir azarkeş kimi fikrimi öyrənmək istəyirsinizsə, komandada çətinliklər var. "Neftçi" tamamilə dəyişib. Ötən mövsüm finala çıxmış "Neftçi"də 8-9 legioner var idi. İndi isə 9 azərbaycanlı futbolçu var. Əksəriyyəti də gənclərdir. Təbii ki, bu dəyişikliklər səbəbindən bəzi oyunlarda uduzurduq, lazımi nəticələrə imza ata bilmirdik. Nə qədər çalışsaq da, istədiyimizi ala bilmirdik. Təbii ki, bu, bizi qane etmirdi. Amma bayaq qeyd etdiyim kimi, 2-ci pillə də bizi qane etmir. "Neftçi" həmişə qızıl medallar uğrunda mübarizə aparmalıdır.
- Bunun üçün hansı addımlar atılacaq?
- Müəyyən addımlar atılacaq. Baxacağıq.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Depressiv xəstələrin 10-15 faizi intihar edir
Nəvəsini döyüşməyə ruhlandıran nənə - VİDEO
Bu da 2015-ci ilin Volkswagen Polo-su
Qan dövranını sürətləndirən qidalar
Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Asma çarpayı modelləri
Yeni İl gecəsi Bakıda bu avtobuslar səhərə qədər işləyəcək
Bu da yeni Subaru
Həqiqi yoxsa saxta bal ?
Azərbaycanın Eurovision2012 mahnısı
Azərbaycan əhalisinin sayı açıqlandı
HAVA necə olacaq? 9-yanvar
Məşhur aktyor yeni serialla efirlərə qayıdır
Gözəllik maskaları
Sərdar Ortaç 300 uşağa kömək etdi-FOTO
Qızıl 6 dollar bahalaşdı
Qarabağdan yeni savaş xəbəri
Şəkillər arasındakı fərqi tapın!
Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Facebook ən yaxın "Wi-Fi" ötürücüsünü tapmağa başladı
Gözlənildiyi kimi alınmayan əl işləri
Bir dəqiqəyə yatmağı öyrən
Koranavirusdan ilk körpə ölümü qeydə alındı
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
Cəbrayıl və Hadrut elektrik enerjisi ilə təmin olundu
Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi
Komandir: "Əvvəlki günlərə nisbətən ermənilər sakitləşiblər"
Dəniz şiri uşağı suyun altına apardı
Milanda moda həftəsi
Məşhur müğənni pulsuzluqdan gileyləndi
Kolleclərə qeydiyyat başlayıb
İnsanlığın öldüyü yer
Çörək(foto resept)
Azərbaycan daha silah almayacaq?
Bəhram Bağırzadədən daha bir FOTO
Günün ulduz falı - 21.02.2014
Yenidən estetik əməliyyat etdirir
Hava haqqında - 02.09.2013
Boyun qırışlarını necə azaltmalı?
Müdriklər demişlər (3-cü hissə)
Gənc atalara şad xəbər
Mozaik tortlar
Suyun əhəmiyyəti
Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Yeni şirkətlərə 1,6 milyard dollar
Ölümdən qurtuluşun möcüzəsi budur?
Virtual hədiyyə imkanı
Atəşkəs yenə pozuldu
