Əziz Qadin.Netlilə. Bugün sizə Sura Rzayevanın öz şəxsi araşdırması sayəsində hazırladığı mətni təqdim edirəm. Xanımın fikirləri ilə nə dərəcədə razı, nə dərəcədə narazı olduğunuzu şərhlərdə qeyd edə bilərsiniz.
Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir-birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə 2 məsələ diqqət mərkəzində idi: insan və təbiət problemləri. Təbiət problemləri panteizm adı altında öyrənilməyə başlanıldı. Həmin dövrdə yeni bir termin çıxdı qarşımıza. Yeni termin, amma köklü və qədim bir fikir. Panteizm. Bəs nədir panteizm?
Panteizm sözü də, digər teoloji sözlər kimi yunan dilindən gəlir. “Pan” bütün yaxud hər şey, “theos” isə tanrı mənasındadır. Birlikdə götürüldükdə “hər şey tanrıdır” mənasını verir. Beləliklə panteizm hər şeyi necə olursa olsun tanrının yəni geniş mənada təbiətin bir parçası kimi qəbul edir. Bizim qalaktika, ulduzlar, günəş sistemi, bütün canlılar, fikirlər, düşüncələr, insanlar, hər şey tanrı adlandırılan bir şeyin tərkib hissəsidir. Onların fikrincə, tanrı hər şey, hər şey isə tanrıdır. Bəs tanrı nədir? Onlar tanrını necə görürlər, yaxud nəyə tanrı deyirlər? Onların tanrı dedikləri şey teistlərin tanrısıdır yoxsa paganistlərin? Yoxsa yeni bir anlayışdır? Nədir tanrı?
Panteistlər deyirlər ki, biz kainata sitayiş edirik, hər hansısa fövqəltəbii qüvvədən danışmırıq. Biz kainatın bir hissəsiyik. Yer kürəsi kainatdan yaranıb və bir gün yenidən kainata sorulacaq. Biz kainat ilə eyni maddə və enerjidən yaranmışıq. Biz burada sürgündə deyilik, biz burada öz evimizdəyik. Bura elə bir yerdir ki, biz hətta cənnətlə də üz-üzə gəlmək şansına sahibik. Əgər biz inanırıqsa ki, bizim real evimiz bura yox ölümdən sonra hər hansısa bir yerdir, əgər biz inanırıqsa ki, möcüzəvi sirlər yalnız qədim kitablarda, qədim binalarda, bizim beynimizin içində yaxud da bu reallıqdan kənarda mövcud ola bilər, onda biz bu real, möhtəşəm və işıqlı dünyaya qaranlıq gözlüklərdən baxırıq. Kainat bizi yaradır, qoruyur və məhv edir. O bizim hislərlə çata bilməyəcəyimiz qədər dərin və qədimdir. O sözlərlə təsvir olunmayacaq qədər gözəldir. O elmlə tamamilə izah edə bilməyəcəyimiz qədər mürəkkəbdir. Bu möhtəşəm varlıq hər yerdədir, bizim içimizdə, bizdən kənarda, ətrafımızda və biz istəsək də ondan ayrıla bilmərik. Biz təbiətdə insanı ana bətnində olan uşağa bənzədirik. Onun bir parçasıdır və onsuz mövcud ola bilməz. Biz yaradıcımız kainatla hörmət, pərəstiş, qayğı, dərin anlama hissi ilə əlaqə yaradırıq. Amma teistlər yaradıcı ilə dua edərək əlaqə saxlayırlar, sanki orada biri durub onun dualarına cavab verə bilir.
Biz təbiətə hörmət edir və qoruyuruq dedikdə, bir teistin kilsə və məscid, yaxud öz müqəddəsləri haqqında dedikləri qədər məsuliyyətli və inamlı söz demiş oluruq. Amma biz hər hansı fövqəltəbii varlıqdan danışmırıq. Bizim fikirlərimiz bunlardır: Biz təbiətin bir hissəsiyik. Təbiət bizi yaradır və ölüm anında yenidən təbiətə sovruluruq. Biz təbiətdə və öz bədənlərimizdə evdəyik. Olmalı olduğumuz yerdəyik. Elə bir yerdəyik ki, qəbirdən sonra uydurulmuş xəyali bir dünya tapa bilməyəcəyimiz cənnəti belə yarada yaxud tapa bilərik. Əgər təbiət yeganə cənnətdirsə, onda təbiətdən ayrılma cəhənnəmdir. Biz təbiəti məhv etdikdə, yer üzərində özümüz və digər canlılar üçün cəhənnəm yaradırıq. Təbiət bizim anamız, evimiz, təhlükəsizliyimiz, sülhümüz, keçmişimiz və gələcəyimizdir. Biz təbiətlə, teist insanların kilsə yaxud məscidlərlə etdiyindən daha çox hörmət və incəliklə rəftar etməliyik.
Həqiqətən də panteizm mükəmməl bir düşüncədir. Bəs belə bir mükəmməl düşüncə məhz XVIII əsrdə ortaya çıxdı, yoxsa həmişə mövcud olmuşdur? Panteizmin tarixi nədir? Öz köklərini nə vaxtdan, nədən, yaxud kimlərdən götürür?
İlk dəfə panteizm yaxud panteist termini ingilis dilində 1705-ci ildə irland yazıçısı John Toland tərəfindən işlədilmişdir. O ilk dəfə bu sözü Spinozanın fəlsəfəsini və ideyalarını izah etmək üçün işlətmişdir. O, öz ideyasına 1710-cu ildə Leyibnize yazdığı məktubda bu sözlərlə aydınlıq gətirmişdir: “Panteistik düşüncə kainatdan başqa bir əbədi varlığa inanmamaqdır.” Bu termin XVIII əsrdən əvvəl yəni John Tolanddan əvvəl işlənməmişdir, çünki mövcud deyildi. Lakin bundan çox-çox əvvəllər filosoflar, ayrı-ayrı yazıçılar, incəsənət xadimləri, fəlsəfi və dini məktəblər panteistik ideyalar ifadə etmişlər.
İlk əvvəllər qədim Şərq, ən əsası qədim Çin və Hind fəlsəfəsində rast gələ bilərik ilkin panteist düşüncələrə. Ondan sonra isə Qərbdə əsasən isə, qədim yunan fəlsəfəsində qarşımıza çıxır bu düşüncələr.
Qədim Hindistan fəlsəfəsi ən ilkin panteist ideya və düşüncələri ifadə etmişdir. Hind dini mətnlər və əlyazmaları ən qədim panteist yazılardır. Bu ideya onların qədim dini etiqadları Vedalarda öz əksini tapmışdır. Hind teologiyasında, Brahma kainatda bütün şeylərin dəyişməz, sonsuz, daimi, anlaşılmaz və möhtəşəm mövcudluğudur və həmçinin mövcud olmuş, olan və olacaq olan hər şeyin cəmi yaxud vəhdətidir. Bu panteist təlimləri qədim Upanişat sonralar isə Advaita fəlsəfəsindən izləyə bilərik. Upanişatın bütünMahДЃvДЃkyaları yəni “böyük məsəllər”-i bu və ya digər şəkildə Brahmanın dünya ilə vəhdət yaxud birliyini ifadə edir. ChДЃndogya Upanişat deyir ki, bütün bu kainat həqiqətən də Brahmadır; hər şey ondan davam etdirilir; hər şey onda həll olunur; hər şey onda nəfəs alır və verir, beləliklə icazə ver hər kəs ona sakitcə pərəstiş etsin. Daha sonralar isə belə deyilir:
“Brahmadan yerdəki torpaq yığınına qədər hər şey Brahmadır. Brahma dünyanın maddi və məhsuldar səbəbidir. O güldanı yaradan dulusçudur; eyni zamanda materialın hazırlandığı gildir. Hər şey ondan yaranır və o günəşdən yayılan işıq kimi tükənməz və azalmazdır. Hər şey partlayan köpüklərin havaya, axan çayların okeanlara qarışdığı kimi yenidən ona qovuşur. Hər şey ondan yaranıb ona qayıdır, eyni ilə hörümçək torunun hörümçək tərəfindən yaradılıb onun tərəfindən də məhv edildiyi kimi. “
Rigveda himnlərində panteistik düşüncələr əvvəldən hiss oluna bilər. Burada kobud və bəsit inam olan çoxallahlılıq, şairlər arasında çox vacib mütəfəkkirlər tərəfindən süquta uğradılmış və bəzi misallarda daha yaxşı məmnun edici bir inam axtarılmışdır, cavab isə bütün mövcud olan hər şeyin, bütün tanrıların birləşdirilməsi bir təkdə cəmləşdirilməsi və bir tək olaraq götürülməsi idi.
Bütün bunlardan başqa Hindistanda sonrakı dinlər, Vaişnavizm və Saivizmdə də teist ideyalarla paralel şəkildə panteist ideyalar ifadə edilmişdir.
Qədim Çin fəlsəfəsində isə panteist ideyaları asanlıqla görə bilərik. İlkin din olan Daoizmin yaradıcıları Laozi və Zhuangzi də həmçinin panteist olmuşlar. Taoizmin ideyalarında isə bu açıq aydın görünür. Nə qədər ilkin və ibtidai olsa da, nə qədər bəsit və sadə olsa da panteizmi rahatlıqla görə bilərik. Daoizmdə “dao” sözü bədii dildə “yol” kimi tərcümə olunur. Həyatın yolu. Lakin Çin xalq dini və fəlsəfəsində bu sözə daha mücərrəd mənalar yüklənmişdir. Daoizm təlimi yaxud dini Daonun 3 əsas qiymətli daşını vurğulamışlar: mərhəmət, mülayimlik və itaətkarlıq. Lakin bütün bunlarla birlikdə Daoist ideyalar bütünlüklə təbiət üzərində cəmlənmişdir. Dao insanlıqla kosmos arasında, sağlamlılıq və uzun ömürlülük arasında, və wu wei yəni hərəkət və hərəkətsizlik arasında harmoniya, qısaca kainatda olan hər şeyin harmoniyası və bütövlüyü idi. Dao həm hər şey həm də heç nədir, həm hərəkət həm sükutdur. Dao hər şeydir.
Bundan başqa digər məktəb Konfusiçilikdə də panteist ideyalara rast gələ bilərik. Məsələn Konfusiçiliyin Shu-Hsien Liu tərəfindən hazırlanmış əsas mövzusu Chung Yungda belə deyilir:
“Cənnət yeganə varlıqdır ki, kainatda fasiləsiz işləyir. O yaradır yer kürəsi isə ona kömək edərək saxlayır. Bu ikisi kainatda yaradıclıq prosesini saxlayan iki əsas gücdür. “
Antik qərb dünyasında isə panteist fikirlər möhtəşəm mütəfəkkirlər olan Anaximander, Thales, Anaximanes, Heraklit və Parmenides kimi presokratistlerə gedib dayanır. Bu mütəfəkkirlər eradan əvvəl VII- Vİ əsrləri çiçəkləndirmişlər, lakin heç biri açıqca panteist sistemi irəli sürmədən, materiyanın ilahi təbiəti haqqında fərqli fikirlər irəli sürmüşlər.
Heraklitin əsas xidməti materiyanın sabitliyini rədd etmək və hər şeyin kainatın müqəddəs oduna bələdçilik edən logosun fiziki təzahür formaları olduğunu təkid etməkdən ibarət idi. Logos özü çox önəmli bir fəlsəfi termindir, sözün mənası “söz”, “hesab” yaxud “səbəb” mənalarını versə də, bu sözü ilk dəfə istifadə edən Heraklit onu kainatda elmin və qanunların əsası, ilkin səbəbi mənasında istifadə etmişdir. Stoicslər fərqlilik edərək bütün hər şeyin logosun yox pnuemanın fiziki təzahür formaları kimi qəbul etmişlər. Phuema isə elə dünyanın və kainatın özünün fiziki substansiyası idi. Burdan da belə çıxır ki, onlar hər şeyi bu kainatın tərkib hissəsi kimi qəbul edir, kainatı biraz ilahiləşdirərək hər şeyin onu fiziki təzahür forması kimi qəbul etmişlər.
Eleya məktəbi bütün mövcudluğu ilkin materiyanın şərtləri əsasında izah etmiş və hər şeyin daimi hərəkətdə olduğunu qeyd edərək Herakliti təkrarlamışlar. Elatlar bildirmişlər ki, hər şeyin düzgün izahı varlığın universal birliyi konsepsiyasında yatır. Onların təliminə görə, hisslər bu birliyi anlaya bilməzlər, çünki onların anlamaları yaxud hesabatları ziddiyyətlidir. Yalnız düşüncə ilə hisslərin verdiyi yanlış və saxta görünüşü keçib, varlığın idrakına çata bilərik, əsas həqiqət isə belədir: “hər şey vahiddir, hər şey birdir “. Onlara görə yaradılış deyilən bir şey yoxdur. Çünki varlıq, heç nədən yaradıla bilməz və hər hansı bir şey özündən fərqli olanın üzərində qalxa bilməz.
Xenophanes özü, “bütün insanlar və tanrılar arasında ən böyük olan tanrı” konsepsiyasını irəli sürmüş və onu mücərrəd, ümumi, dəyişməyən, daimi və həmişə mövcud olan adlandırmışdır. Dövrün çoxallahlılığının hücumlarına və kainatdakı hər şeyin ilahi rabitəlilik eyhamlarına baxmayaraq, o, özünün tək tanrı konsepsiyasından geri çəkilməmişdir.
Beləliklə antik dövrün panteist ideyalarına nəzər saldıq, lakin bütün bu ideyaların mövcudluğuna və bütün bu filosofların, məktəb və təlimlərin cəhdlərinə baxmayaraq, istər Qərb istər də Şərq dünyasında, həmin dövrün əsas fəlsəfi və dini görüşü politeizm yaxud çoxallahlılıq idi.
Tarixin daha sonrakı dövrlərinə nəzər saldıqda isə qarşımıza Orta Əsrlər dövrü yaxud Qaranlıq dövr çıxır. Bu dövrə qaranlıq dövr deyirəm, çünki həmin dövr, daha sonrakı, hətta müasir dövrdəki insanların dünyagörüşlərinə, düşüncə və məntiqlərinə bir ləkə olmuş və gec təmizlənəcək fikirlər formalaşdırmışdır. Həmin dövrdə yaranan dinlər, əsasən Xristianlıq və İslam, ümumiyyətlə Orta Əsrlər sxolastikası panteizmi təqib etmiş və onun inkişafına həqiqətən maneələr törətmişdir.
Əgər Antik dövrdə insan təbiətin bir parçası hesab olunurdusa, hər şey vahid halda, birlikdə götürülürdüsə, Orta əsrlərdə hər şeyin, kainatın da, təbiətin də, insanın da varlıqdan kənarda olan bir şey – tanrı tərəfindən yaradılması fikri irəli sürüldü. Tanrı kainatı yaradan, ondan üstün olaraq onu idarə edən, təyin edən və ondan asılı olmayaraq mövcud olan bir varlıq kimi qəbul edilmişdir. Lakin o – tanrı, təbiətdən fərqli olaraq insana ruh və şüur vermişdir. Buna görə də insana təbiətdən daha çox dəyər verilmiş və təbiət bir addım arxada durmuşdur. Çünki insan özünü tanımış və möhtəşəm olduğu qənaətinə gəlmişdir. Lakin bu möhtəşəmliyin daha da möhtəşəm bir varlığın – kainatın tərkib hissəsi olduğunu unutmuş və yalnız tanrı tərəfindən ayrılıqda yaradıla biləcəyini və hər şeyin ondan asılı olduğunu, təbiətin ona xidmət etmək üçün yaradıldığını və özünün həyatın yaradılma səbəbi kimi mahiyyət kəsb etdiyini düşünmüşdür.
Bu dövrdə panteistik və ona qarşı olan ideyaları da, Şərq və Qərb olaraq ayrılıqda öyrənmək lazım gəlir və bu zaman qarşımıza iki əsas fəlsəfə çıxır. Dini və elmi fəlsəfə.
Şərq dünyasında dini fəlsəfə olmasına baxmayaraq, Sufizm panteistik ideyalar təbliğ edirdi. Sufizm öz teoloji köklərini Qnostisizmdən götürmüş və buna görə də özündə panteist ideyaları ifadə etmişdir. Misal olaraq, məşhur sufilərdən Rumi və Hafizin yaradıcılığının xatırlaya bilərik. Onların yaradıcılığı ilə dərindən maraqlandıqca, açıqca panteist ideyaları görə bilərik. Bundan başqa həmin dövrün sufilərindən olan, Muhyiddin İbn Arabinin tanrı haqqında dediyi bu fikirlərdə də, panteist ideyalar görə bilərik:
“Heç kim onu tapa bilməz, təkcə o özünü tapar. Heç kim onu bilməz, o özünü bilər. O özünü özü sayəsində bilir. Digər tərəfdən o özünü anlaya bilməz. Onun keçilməz pərdəsi elə onun vahidliyidir. Digər tərəfdən o özünü gizlətmir. Onun örtüyü elə onun mövcudluğudur. O, başa düşülməyəcək bir tərzdə öz vahidliyi ilə örtülmüşdür. Digər tərəfdən, o özünü görmür. Yalnız peyğəmbər, elçi yaxud kamilləşmiş müqəddəs ona yaxın olur. Onun peyğəmbəri özüdür. Onun elçisi özüdür. Onun xəbəri özüdür. Onun sözü özüdür. O öz sözünü özündən başqa vasitəçi yaxud səbəbkar olmadan özü vasitəsilə göndərmişdir, özündən özünə. Digər tərəfdən onun mövcudluğu yoxdur və beləliklə o, heç nədir və hər şeydir“.
Qərbdə isə Xristianlığın ilkin növü hesab olunmasına baxmayaraq, həmin dövrdə Qnostisizm panteistik ideyalar ifadə edirdi. Qnostisizmi yalnız Qərbə aid etmək olmaz. Qnostisizm özü bir din yaxud ayrılıqda bir inanc kimi ortaya çıxmamışdır. O, özündə antik yunan mifologiyasını, Zərdüştlüyü, Şərq dünyagörüşünü və Xristianlığın ektektik vəhdətini verir. Bu təlim Xristianlıqdan bir neçə əsr əvvəl mövcud olmuş və Roma, Arian gotları, Fars imperiyası tərəfindən idarə olunmuş və II və III əsrlərdə Aralıq dənizi hövzəsi və Orta Şərqdə yayılmışdır. Qnostisizmin tanrı görüşü panteistik idi. Onlara görə tanrı hər şeydə məskunlaşıb və mənbədən tutmuş hər şey tanrıdır. Onlar tanrının bilavasitə yer kürəsi, insanı və ümumiyyətlə hər şeyi yaratdığını qəbul etmirdilər. Elə bu hər şey özü tanrı, yaxud onların deyimi ilə Demiurge idi. Onlar yaradıcını belə adlandırırdılar və bu yaradıcı hər şey olsa belə, heç də mükəmməl deyildi, əksinə natamam idi. Əlbəttə bunu deməklərində səbəb isə, həyatdakı çatışmazlıqlar və əxlaqsızlığı görməkləri idi.
Daha sonra meydana gələn Xristianlıq nəticəsində, IV – XVI əsrlər ərəfəsində, Panteizm geriləmişdir. V əsrdə, dini fəlsəfənin məşhur filosofu və xristian olan Avqustin, öz əsərlərində Panteizmi ciddi şəkildə tənqid etmişdir. Əsasən “Tanrının şəhəri” adlı əsərində panteizmi daha çox tənqid etmiş və bu dünyadan kənarda, yaxşı insanların gedə biləcəyi bir dünya – tanrının şəhəri olduğunu qeyd etmişdir.
Tarixdə irəlilədikcə yeni panteist ideyalar qarşımıza çıxır. Amma Xristianlığın Roma imperiyasında bərqərar olunmasından sonra, panteist ideyalar ifadə etmək təhlükəli idi. Həmin dövrdə Meister Eckhart kimi panteistlər cəmiyyətdən təcrid olunmuş, Jakob Bohme ölkədən sürgün edilmiş, digərləri yandırılmış və onların kitabları qadağan edilmiş, əlyazmaları isə məhv edilmişdir.
İlk xristianlıqdan sonrakı panteist kimi Cordano Brunonun adını çəkmək olar. Bruno qədim materialist ideyaları yenidən canlandıran ilk yazıçılardandır. O böyük Roma şairi Lukretsidən iki əsas ideya götürmüşdür: sonsuz dünyalar ilə birlikdə sonsuz kainat və atomların müxtəlif yollarla birləşib yaratdığı və gördüyümüz hər şeyi təşkil edən maddə. Kopernik isə ona həlledici təsiri etmişdir. Elə həmin dövrdə Kopernik günəşi kainatın mərkəzi kimi göstərmiş və bütün planetlərin günəşin ətrafında hərəkət etdiyini göstərmişdir. Bruno isə bunun əsasında yerin kainatın mərkəzi olmadığının sübutunu tapmışdır. O, bu fikri təsdiq edən ilkin müasirlərindən olmuşdur və o qeyd etmişdir ki, orada sonsuz sayda dünyalar olmalı, hətta onların bəzilərində bizimki kimi canlılar məskunlaşmışlar, lakin sonsuz kainatın mərkəzi olmamalıdır. O hətta əvvəlcədən nisbilik haqqında demiş və bu kainatda heç bir üstün yerin olmadığını, hərəkət və hətta ağırlığın belə müşahidəçi üçün nisbi olduğunu bildirmişdir. Lukretsi kainatı boşluğun içində daimi hərəkətdə görmüşdür. Bruno da həmçinin əbədi hərəkət və dəyişimi qəbul etmiş lakin o daha irəli gedərək əbədi maddə və əbədi ruhun möhkəm birliyini qeyd etmişdir. Brunoya görə kainat tanrı, tanrı isə kainat idi. Dəyərli fikirlərinə baxmayaraq, Cordano Bruno 1600-cü ildə panteist ideyalarına görə yandırılmışdır.
XVII əsrdə panteist ideyaların ifadəçiləri Leybnis və Spinoza olmuşlar.
Spinoza tarixdə ən böyük panteistlərdən olmuş və panteizm üzərində maraqlı fikirlər irəli sürmüşdür. Onun dini fikirləri yəhudi icmasına uyğun gəlmədiyi üçün cəmiyyətdən tədric olunmuş və daima təqib olunmuşdur. Spinozaya görüşləri haqqında sakit qalması üçün 1000 florin təklif olunmuş, lakin o etiraz etmişdir. O bütün mükafat və şərəf medallarından imtina etmiş və atasından qalan miras payının 1 çarpayıdan başqa hamısını bacısına vermişdir. 1677-ci ilin fevral ayında isə ağciyər xərçəngindən ölmüşdür.
Spinoza öz fəlsəfəsini “Əxlaq” adlı mücərrəd əsərində cəmləmişdir. O əsərə kosmos yaxud təbiəti göstərərək deyil, tanrının nəzəri izahını verməklə başlayır. Əsərin davamında isə öz fikirlərini həndəsi metodlar, ciddi fiziki qanunlar, teorem və aksiomlarla izah edir. Şübhəsiz ki, bu metodla o, öz fəlsəfəsini çox möhkəm bir qaya üzərində inşa edəcəyini düşünübmüş, lakin bəzi hallarda, onun təqdim etdiyi teorem və qanunlar mübahisələr doğurur.
Spinoza Rene Dekardın təsiri altında olsa da, onun dualizmini qəbul etməmiş və monizm prinsipindən çıxış etmişdir. O təbiət və tanrını vahid substansiya şəklində qəbul etmişdir. İnanırdı ki, mövcud olan hər şey tanrıdır. Belə ki, o, tanrının mövcud olan hər şeydən üstün olduğunu qeyd etmirdi. Ona görə tanrının sonsuz keyfiyyətləri vardır, biz isə sadəcə ikisini dərk edə bilirik: düşüncələr və genişlənmə. Ona görə tanrı kainatda olan bütün ölçülərdə mövcuddur. Lakin Spinozanın tanrısı hər hansı bir teistin tanrısı deyildi. O bu sözü biraz fərqli mənada istifadə edirdi. Onun tanrısı kainat idi. Onun tanrısı hər şey idi. Ona görə təbiətdə ən yaxşı şey isə elm və bilikdir, tanrını axtaran bilik, axtararkən həqiqətləri öyrəndiyimiz bilik, hansı ki, bizi ehtiraslarla despotizmdən, qorxudan azadlığa, bəxtə qismətə, inamdan sadəliyə və həqiqətə apara bilər.
Spinoza əvvəllər ateist kimi adlandırılmış və bu adla haqsız olaraq günahlandırılmışdır. Çünki onun tanrı anlayışı, o dövrün məşhur yəhudi və xristian tanrılarına uyğun gəlmirdi. Lakin sonralar romantiklər onun təbiət və tanrı eyniləşdirməsindən heyran olmuş və onu unudulmaqdan xilas etmişlər.
Panteizmin tarixində digər görkəmli şəxs isə böyük alman riyaziyyatçısı və filosofu Gottfried Leybnis olmuşdur. O XVII əsrin məşhur rasionalistləri Rene Dekard və Baruch Spinozanın əhatəsində olmuşdur. Lakin o nə Rene Dekardın dualizmini, nə də Spinozanın monizmini qəbul etmişdir. Leybnis substansiyanın çoxluğu tezisindən çıxış etmişdir.
XVIII əsrdə Friedrich Yakobi və Moses Mendelsohn arasında Pantheismusstreit adlanan Panteizm polemikası olmuşdur. Yakobi, Spinozanın fəlsəfəsi ilə yaxından tanış olduqdan sonra açıq aydın bildirmişdir ki, Spinoza fəlsəfədən heç nə bilmirmiş və dedikləri sözlərin heç bir mənası yox imiş. Onun dediyinə görə bu fikirlər panteizm yox, Spinosizm adlanmalıdır və Spinosizm özü ateizmə bərabərdir. Lakin Mendelson olunla razılaşmamış və demişdir ki, panteizmlə teizm arasında böyük fərq yoxdur.
XIX əsrdən başlayaraq isə Panteizm kilsə tərəfindən yenidən təqiblərə məruz qaldı. Lakin bu Orta Əsrlər səviyyəsində ola bilməzdi. Katolik kilsəsindən IX Piusun bütün maneələrinə baxmayaraq, panteizm çiçəklənməyə davam edirdi və bu çiçəklənmə 1851-ci ildə Shopenhauerin bu sözləri deməsinə imkan yaratmışdır: “Artıq Panteizm təhsilli insanların və ziyalıların aparıcı düşüncə tərzi olmağa başlayıb. ” Bu dövrün məşhur panteistləri kimi Almaniyada Fichte, Hegel, Schelling, Amerikada Üalth Ühitman, Ralph Emerson və Henry David Thoreaunun adını çəkə bilərik. Bütün XIX əsrdə panteizm gələcəyin dini kimi hiss bəxş edirdi.
XX əsrdə Panteizm Kommunizm və Faşizm kimi siyasi ideologiyalar, iki dünya müharibəsinin travmatik çevrilişləri, sonralar isə Existensializm və Post- Modernizm ilə paralel surətdə inkişaf etməyə başladı. Amma bütün bunlara baxmayaraq roman yazıçısı Laürens, şair Robinson Jeffers, memar Frank Lloyd Üright, tarixçi Arnold Toynbee və alim Albert Einştein kimi möhtəşəm və dahi panteistlər formalaşmışlar.
Albert Einşteinin dini fikirləri həmişə şübhəli olmuşdur, çünki o öz kitabında “din” və “tanrı” terminlərini çox işlətmiş və dindarlar bundan istifadə edərək onu dindar adlandırmışlar. Lakin Einştein yazdığı məktublarda ozü haqqında fikirlərə açıqlıq gətirməyə çalışmış və aşağıdakı sözləri demişdir: “Dini görüşlərim haqqında oxuduqlarınız həqiqətən də bir yalandır, həmişə təkrarlanan böyük bir yalan. İnsan surətində bir tanrıya inanmıram və bunu heç vaxt inkar etmədim, əksinə həmişə açıq aydın ifadə etdim. Əgər içimdə dini olaraq izah edə biləcəyim bir hiss varsa, bu dünyanın quruluşu qarşısında olan sonsuz heyranlığımdır, təbii ki elmin izah edə bildiyi qədəri ilə.
Mən içdən inanan bir inancsızam. Bu biraz yeni tip bir inancdır. Mən təbiətə heç vaxt bir səbəb, məqsəd yaxud antromorfik bir məna yükləmədim. Kainatdan anladığım tək şey, onun bizim dərk edə bilməyəcəyimiz qədər möhtəşəm olduğudur. Bu mistizm ilə əlaqəsi olmayan həqiqi bir inanca dayanan bir hissdir.
İnsanların hər zaman var olan hər şeyin mənbəyini, mövcudluğun arxasında duran məqsədi və mövcudata səbəb olan şeyi bilməyə güclü istək və ehtiyacları olmuşdur. Beləliklə, insanlar, əgər anlaşılan tərzdə desək, əbədilik, sonsuzluq və bölünməz kimi bilinməyən və bilinməyəcək anlayışları bilmək üçün narahat olurlar. Bu bilmək arzusu isə insanı “səbəb” və “məqsəd” əyarlarını bilməyə yaxud anlamağa sürükləyir. Və bu məqsəd yaxud səbəbi taparkən, suallara cavab verərkən insan arzusuna çatdığını zənn edir. Qısaca, özünü aldadır.
İbtidai insanlar göydə hər hansı bir kometa gördükdə, bir yerə yığışır və tanrının yaxud tanrıların bunu bir xəbər kimi yaxud edilən bir şeyin səbəbi kimi göndərildiyini zənn edirdilər. Onların tanrıları antropomorfik idi. Onlar bugünkü insanlar kimi səbəbi və məqsədi axtararkən, bacarmayacağı halda bunu bilməyi arzularkən, tanrını daha doğrusu fövqəltəbii qüvvə olan tanrını uydurdular. Beləliklə elmdən xəbərsiz insan, səbəbi və məqsədi tapdı.
İndiki dövrdə bizim axtarışlarımız davam edir. Biz ibtidai insanın yaxud qaranlıq dövr Orta Əsrlər insanının uydurduğu fövqəltəbii qüvvəyə inanmalı deyilik. Bizim əlimizdə çox dəyərli bir şeyimiz var. Elm. Alimlər həyatın mənbəyini, kainatın başlanğıcını və hətta gələcəkdəki kainatı və həyatı da öyrənirlər. İnsan övladı yenə mənbə səbəb axtarır. Lakin uyduraraq deyil, araşdıraraq, praktikada təcrübələrlə, fiziki qanunlarla, qısaca elmi metodlarla tapır. Hər hansı fövqəltəbii yaradıcıya ehtiyac yoxdur. Çünki həmin o yaradıcı özü mövcud deyil. Yaradıcı kainatdır. Kainat isə heç nə tərəfindən yaradılmayıb, əbədi və əzəlidir.
Müasir dövrdə isə Panteizm tərəqqi etməyə davam edir. Hal hazırda fəaliyyət göstərən Dünya Panteist Hərəkatı həqiqətən də diqqətəlayiq işlər görür. Əsasən aşağıdakı anlayışlardan ibarətdir.
*Təbiətə və geniş kainata hörmət.
*Bütün insanların və digər canlıların hüquqlarına fəal hörmət və qayğı.
*Bu dünyada və bədənlərimizdə yaşamaq imtiyazlı və əyləncəlidir.
*Realizm – xarici dünya bizim şüur və qavrayışımızda müstəqil surətdə mövcuddur.
*Fövqəltəbii varlıqlar, güclər, krallıqlar yaxud ölümdən sonraya inanmadan, güclü naturalizm.
*Sübut, dəlil və elmi metodlara, təbiəti və kainatı anlamağın ən yaxşı yolu kimi hörmət etmək.
*Dini tolerantlıq və din azadlığına hörmət edərək, dövlətdən və dindən tamamilə ayrılma.
Cəmiyyətin yaradılmasında əsas məqsəd, azğınlaşmış və özünü, nə olduğunu dərk etməyən insanlara təbiət, kainat sevgisini aşılamaq, doğma evimizi qorumaq, bütün canlılara hörmət etmək, humanizmi təbliğ etməkdir. Ümumiyyətlə həyatı sevməkdir. Bu həyat üçün uydurulmuş hansısa fövqəltəbii qüvvəyə inanmaq və dua etmək yerinə, möhtəşəm yaradıcı kainata hörmət etmək, sevmək, təbiəti qorumaq lazımdır. Dua edərək real dünyadan kənarda bir dünya axtarmaq ümidi ilə yaşamaqdansa, təbiətə qayğı göstərərək bizdən sonrakı nəsillərə bu möhtəşəm, inanılmaz gözəlliyi olduğu kimi çatdırmaq daha xeyirlidi. Çünki orda biri durub bizə baxmır, bizdən sonrakılar üçün çirkləndirdiyimiz, məhv etdiyimiz təbiəti bərpa etmir. Təbiətin özü bunu etməyə çalışır, amma bir gün qəzəblə özünü kainatın bağrına basa bilər. və o zaman biz yox olarıq. Bəşəriyyət yox olar. Yaşamaq üçün onu yaşatmalıyıq, ona hörmət etməliyik, onu sevməliyik. Biz ondan asılıyıq. Biz onun tərkib hissəsiyik. Biz onunla mövcuduq.
Sura Rzayeva
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR