Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün İtaliyada geniş yayılmışdı. Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19) yaradıcılığa şerlə başlamışdır. Bukolik şerlər məcmuəsinə (yunanca bykolos-çoban mənasındadır. Bukolik poeziya antik janrdır. Bu janr yeni Avropa ədəbiyyatında da inkişaf etmişdi. Burada kənd həyatı, təbiət cizgiləri, çoban həyatı idealizə edilərək, şəhər mədəniyyətinə qarşı qoyulur. Həmin janrın banisi Feokritdir. E.ə. IV əsrin sonu III əsrin I yarısında yaşamış bu yunan şairinin 90-a yaxın şeri bizə gəlib çatmışdır.) daxil edilmiş “Çoban nəğmələri”, “Georgiklər” (“Əkinçilər haqqında poema” e.ə. 36-29) əsərlərində çoban həyatı, təbiət gözəllikləri və sadə kəndli əməyi tərənnüm olunur. Vergiliyə dünya şöhrəti qazandıran Homerin “İliada”-sının təsiri ilə yazdığı “Eneida” poeması olmuşdur. İmperator Avqustun əfsanəvi əcdadı hesab olunan troyalı Eneyin səyahət və müharibələrindən danışılan bu əsərdə Romanın aktual siyasi problemləri öz əksini tapmışdır.
E.ə. I əsrin II yarısında imperator Avqustun hakimiyyəti dövründə Roma ədəbiyyatı ən yüksək inkişaf mərhələsinə çatdı. Bu dövr Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır. Lakin imperiya dövrü Roma ədəbiyyatının gələcək inkişafı üçün həm əsas olmadı, həm də onun tənəzzülünə səbəb oldu. Belə ki, imperator Avqustun Ovidini sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi. Klassik dövrdən sonrakı Roma ədəbiyyatı üç mərhələyə ayrılır:
1. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları;
2. Eramızın I əsrinin sonu, II əsrinin əvvəli;
3. Eramızın II əsri və III əsrinin əvvəli.
Eramızın IV-V əsrlərində xristian ədəbiyyatı geniş yayılır. VI əsrin sonlarında isə Roma ədəbiyyatı zəifləyir və tarixin keçmiş səhifəsinə çevrilir.
Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı.
İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli yarışları”-nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır. Roma incəsənəti Antik bədii mədəniyyətin inkişafında sonuncu mərhələdir (E.ə. VIII-IV əsrlərdə, yəni qədim Roma bədii mədəniyyətinin formalaşdığı dövrdə Roma memarlığında etruskların güclü təsiri olmuşdur. Etrusklar e.ə I minillikdə Apennin yarımadasının şimal-qərbində, indiki Toskanada yaşamış tayfadır. Onlar romalılardan əvvəl zəngin bir mədəniyyət yaratmışlar. E.ə. VII əsrdə Etruskların yazısının, mədəniyyətlərinin çiçəkləndiyi dövrdə onların dini və dünyəvi ədəbiyyatları olmuşdur. Təxminən 10 min etrusk yazılı abidəsi elmə məlumdur.).
E.ə. II əsr, I əsrin I yarısında qədim Roma tikililərinin əsas tipləri, yəni bazilika, term, tağlı körpülər, su kəmərləri və s. yaradılmış və getdikcə təkmilləşdirilmişdir. E.ə. III-I əsrlərdə təsviri
sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.
Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızm II əsrinə təsadüf edir. Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir. Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.
Sədaqət Məmmədova
XƏBƏR LENTİ
Möhtəşəm ziyafət çantaları
Qış gəlinləri üçün xüsusi gül buketləri
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Bulvarda yeni atraksionlar
Meymun aparıcının üstünə cumdu-VİDEO
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Ağıllı fincan hazırlanır
İncə bədənli xanımlar necə geyinməlidir
Təcrübəsiz sürücülərə məsləhətlər
Jennifer Lopez yeni klipini təqdim etdi
Türkiyədə evdən çıxmaq qadağan olundu
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Sevdiyin yeməklərlə pəhriz saxla
Ermənistan Kürə zəhər axıdır
Həftənin ilk iş günü hava necə olacaq?
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Yeni silahlar Qarabağa yerləşdirilir
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Ağızda əriyən limonlu tort (foto resept)
Apple Çində lider mövqedədir
Bu da internetlə bağlı statistika
Qızcığazlar və gəlinciklər
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ayaqqabılar haqqımızda nə deyir?
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
Məşhur futbolçu ebolaya yoluxub?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Gənc xanımlar üçün donlar
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Qeyri-adi sırğalar
Günün ulduz falı
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Mehmet Ali Erbil 225 gündən sonra evə qayıdacaq
Məşhur aktrisa prokurorluqda -FOTO
Milli Şuradan istefalar gözlənilir
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Yer üzünün ən gözəl qızları - FOTO
Sızanaqlar üçün 3 maska
Aclıq güc gələndə...
Azərbaycanın kino tarixində ilk
Tərəvəzli krep (foto-resept)
Saç düzümləri
- ŞƏRHLƏR