Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur.
E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu.
Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.
Eyni zamanda bu dövrdə kənd təsərrüfatına, memarlığa, hidrotexnikaya, hərbi texnikaya və s. aid əsərlər yazıldı. Botanika, tibb sahəsində mühüm nailiyyətlər qazanıldı. Dövrün məşhur təbiətşünaslarından Senekanın “Təbii-elmi məsələlər” adlandırdığı 7 kitabında meteorologiya və s. məsələlər, Plininin 37 kitabdan ibarət “Təbii tarix” adlı əsərində bir çox ölkələrin heyvanat aləmi haqqında məlumat verilmişdir. Varronanın qramatika, məntiq, ritorika, həndəsə, hesab, astronomiya, musiqi nəzəriyyəsi, tibb və memarlığa həsr edilmiş 9 kitabdan ibarət külliyyatı da bu dövrün əhəmiyyətli elm və mədəniyyət nümunəsidir. Dövr haqqında tam məlumatı isə Strabonun “Coğrafiya”-sından almaq mümkündür.
Ptolemeyin “Coğrafiya” əsəri isə bütünlüklə kartoqrafiyaya həsr olunmuşdur. Belə ki, bu əsərdə Kanar adalarından Çinə qədər yer kürəsi səthinin bütün hissələrini izah edən iyirmi yeddi xəritə öz əksini tapmışdır. Qədim Romada tarix elmi isə öz başlanğıcını salnamələrdən götürmüşdür.
Əsərlərini latın dilində yazmış ilk Roma tarixçisi Böyük Katondur. O, əfsanəvi zamanlardan başlamış eradan əvvəl 149-cu ilə qədər davam edən Roma tarixi haqqında “Mənşə” adlı əsərin müəllifidir. Katonun eyni zamanda “Kənd təsərrüfatı haqqında” adlı bir əsəri də vardır.
Roma tarixşünaslığının daha mükəmməl, dolğun dövrünün ilk nümayəndəsi isə Polibidir. Əslən yunan olan Polibi Yunanıstan və Romanın ellinizm dövründən bəhs edən “Ümumi tarix” adlı çox qiymətli bir əsərin müəllifidir. 40 kitabı əhatə edən bu əsərdən yalnız beşi bizə gəlib çatmışdır.
Roma tarixinin daha bir nümayəndəsi Tit Livi isə bədii-didaktik cərəyanın nümayəndəsi olmuşdur. Onun 142 kitabdan ibarət olan “Roma tarixi” adlı əsərinin yalnız 35-i bizə məlumdur. Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər”, “Vətəndaş müharibəsı haqqında qeydlər” əsərləri isə tarixi memuar ədəbiyyatı janrının nümunələridir.
Tit Livinin əsasını qoyduğu bədii-didaktik cərəyanı imperiya dövründə Korneli Tasit (təqr. 55-120) daha da inkişaf etdirdi. O, öz əsərlərini tiranlığa və despotizmə nifrət ruhunda yazmışdı. III-II əsrlərdə yunan ədəbiyyatının təsiri altında Roma ədəbiyyatı meydana çıxmağa başlayır.
IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi qoymuşdur. Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latınca əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”-nı təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur.
Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi. Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı.
Sədaqət Məmmədova
Ardı var...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Axı mən niyə belə ola bilmədim?
Gözdən əlillər üçün kitab qurğusu
Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı
Ağızda pis qoxu nədən yaranır?
Muskat qozunun faydaları
“Facebook”dan gözlənilən yenilik
Uzunömürlü münasibətə sahib olan məşhurlar
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Uşaq otağı dizaynları
Tullantılardan geyim hazırladı
45 yaş sonrası üçün dəbli geyimlər
Dünyaya mesaj: İllər sonra Füzulidə musiqi səsləndi - VİDEO
Qış geyimləri
Südlü jelatin (foto resept)
Xizək sürməyin 5 müsbət təsiri
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
Yayın son günləri Azərbaycanda hava necə olacaq?
Ətli çörək (foto resept)
Zəhərlərdən təmizlənmə üsulları (II hissə)
"Qadınlar günü"nün hava proqnozu
8 yaşlı Məhəmmədin qeyri-adi bacarığı var
Ən yaxşı fransız filmləri
Tuba Büyüküstün Nyu-Yorkda ev alır-FOTO
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Göz makiyajı nümunələri
Köklü oladi (foto-resept)
Azərbaycanda peyvənddən kənarda qalan uşaqlarla bağlı QƏRAR
NATO Rusiyaya qarşı güc toplayır?
Sabah küləkli gün olacaq
"Azercell" abunəçilərinə xəbərdarlıq
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Günün ulduz falı
Quru pomidor salatı (foto-resept)
Ayın üzərindəki BAZA-FOTO
Şahzadə Harri Britaniyanı tərk etdi - FOTO
HAVA necə olacaq?-4 Oktyabr
Şokoladlı portağallı keks (foto resept)
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
HAVA necə olacaq?- 7 MART
Xına ilə saçlarınıza işıltı qatın
Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu
Göyərtili börək (foto resept)
Pensiyaçılara ŞAD XƏBƏR
Mannılı çörək (foto resept)
Xoşbəxt olmaq istəyirsiz?
Nazirdən məktub
15 iyun Milli Qurtuluş Günüdür!
Azərbaycanda II və III sinif dərslikləri yenidən hazırlanacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]