Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Sizi Azərbaycanda salamlamağıma şadam. Ölkəmizə xoş gəlmisiniz. Mən əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edirlər. Həmçinin əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və faydalı olacaq. Bir daha xoş gəlmisiniz".
Koreyanın Baş naziri Çanq Honqvon dedi: "Cənab Prezident, mən də bu səfərimizə böyük önəm verirəm. Çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Cənab Prezident, mən Sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail olursunuz.
Cənab Prezident, Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq bizim münasibətlərimiz sürətlə inkişaf edir".
Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Mənbə: Trend.az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR