İkinci ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Arzu Məmmədzadədir. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin məzunu olan Arzu imtahanda bütün suallara doğru cavab yazmaqla 700 bal toplayıb. Onun bu uğuru nəinki ailəsində, eləcə də təhsil aldığı məktəbdə, Ağcabədi rayonunda böyük sevinclə qarşılanıb.
Milli.Az xəbər verir ki, Arzu Məmmədzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, məktəbdə yaxşı oxusa da, son iki ildə hazırlıq kursuna gedib. Sınaq imtahanlarında həmişə 600-dan yuxarı bal toplayıb. Hədəfi isə 700 bal toplamaq olub: "Bu nəticəni əldə etmək üçün çox çalışmışam. Dərslərə məsuliyyətlə yanaşırdım. İmtahanda 700 bal yığmağı çox istəyirdim. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi böyükdür. Valideynlərimin, baba və nənəmin dəstəyi hər zaman üzərimdə olub. Onlara təşəkkürümü bildirirəm".
Arzu Məmmədzadə bildirib ki, bu günədək qarşıya qoyduğu ən böyük hədəfə nail olub. İndi isə istəyi beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq və Azərbaycanı xarici ölkələrdə diplomat kimi layiqincə təmsil etməkdir.
Arzunun müəllimi Camal Əliyev onun əzmkar və çalışqan şagird olduğunu deyib: "Ən nümunəvi şagirdlərimizdən olan Arzu verdiyimiz tapşırıqları hər zaman yerinə yetirib, nizam-intizamı, çalışqanlığı, əzmkarlığı ilə seçilib. Ümidlərimizi doğrultduğu üçün Arzuya minnətdarlığımı bildirirəm".
Arzu ailənin üç övladından biridir. Böyük bacısı ötənilki qəbul imtahanlarında 675 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Yeddinci sinifdə təhsil alan qardaşı da bacılarının yolunu davam etdirəcəyini bildirir.
Arzunun anası Mehriban Məmmədzadə qızının imtahanlarda yüksək bal yığacağına əmin olduğunu deyib: "Arzu orta məktəbi çox yaxşı oxuyurdu. Məktəbdəki tədbirlərdə, keçirilən intellektual yarışlarda həmişə fəal iştirak edib. Qəbul imtahanlarına çox səylə hazırlaşırdı. İnanırdıq ki, o da bacısı kimi yüksək bal toplayacaq. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar".
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qızıl qolbaqlar
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Hər kəsə pulsuz internet veriləcək - Nazirdən AÇIQLAMA
Bu vərdiş beyni inkişaf etdirir
Hörüklü saç modelləri
Zolaqlı "Napoleon" tortu (foto resept)
Qazın limiti yanvarın 1-dən etibarən...
Hamilə qadın havada ana oldu
Obama xalqını təhqir etdi
Dərinizə uyğun ətri necə seçməli?
Azərbaycan Dövlət Miqrasiya Xidməti noyabr ayı üzrə vəziyyəti açıqladı
Qat-qatlı toyuq (foto resept)
Yerin yumru olduğunu sübut et, 25 min qazan
İran ABŞ-a xəbərdalıq etdi
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
Qış mövsümünün ən faydalı şirələri
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı - FOTO
Boşanma xəbərlərinə belə cavab verdi-FOTO
Alman dili-X dərs
Yeni qaydalar: Sürücülər bunu bilməlidirlər
Tanış olun: Toyota Aqua Cross
Azərbaycanda yeni məktəblər şəbəkəsi yaradılacaq
Dəqiqlik üçün darçın, stress üçün qoz
"Çokoprens" qurabiyyə (foto resept)
Habil Əliyevdən son xəbər
Xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur?
HAVA necə olacaq?
Uşaqlarda autizm xəstəliyi
Türk mətbəxindən "Çəhrayı Kısır" (foto resept)
“Eurovision-2015” bu şəhərdə olacaq
Niyə görə hündür daban ayaqqabılar cazibədarlıq rəmzidir?
Hamiləlikdə yalançı sancı əlamətləri
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Seda ilk dəfə qızının üzünü göstərdi-FOTO
Telefonu itənlərin nəzərinə
11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK
"Qalatasaray" alman ulduzu transfer etdi
Kompozit illüstrasiyalar
Can Yamanı karonavirusdan belə qorudular-FOTO
"Kömək et, ata!" (Füzulinin işğalı gününə)
“Facebook”, “Instagram” və “WhatsApp”da ortaq YENİLİK!
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Kartofun topdansatış qiyməti də artdı
Bakı 2015-dən 75 milyonluq əhali üçün razılaşma
Toyuq ətindən yarpaq dolması (foto-resept)
Bel ağrılarına ən təsirli həll: Pilates
Məşhur aktrisa ana oldu-FOTO
Qoca mühəndis təyyarələrdən ev tikdi
Ərinizin anlayışsızlığını necə başa düşmək olar?
Dünyanın ən dəhşətli həbsxanası














