
Mətbəximizə, süfrəmizə daxil edib sevərək yediyimiz broyler toyuğunun tərkibi son zamanlar ən çox müzakirə olunan mövzulardan biridir. Mətbuatda, internet səhifələrində broyler toyuqlarının insan orqanizmi üçün zərərli olduğu vurğulanır. Hətta bəzi ekspertlər məsləhət görürlər ki, vətəndaşlar broyler toyuqlarını, ümumiyyətlə, menyularından çıxarsınlar. İnternet mediada broyler toyuqlarının şişirdilməsi ilə bağlı gedən videoyazılar da sözügedən toyuqların keyfiyyəti ilə bağlı insanlarda şübhə yaradıb. Şübhə yaransa da, insanların çoxu bunun doğru ola biləcəyinə inanmaq istəmir. Çünki ucuz qiymətə satılan toyuq əti aztəminatlı ailələr üçün əlverişli qidadır; əsasən də toyuq budları. Son zamanlar nisbətən ucuz qiymətə satılan toyuq budları ən çox tələb olunan qidalardan biridir. Lakin əhali arasında bəzən belə fikirlər də səsləndirilir ki, toyuq budları insan orqanizmi üçün zərərlidir. Hətta bəzi iddialara görə, inkişaf etmiş ölkələrdə istifadə edilmədiyi üçün broyler toyuqlarının budları inkişaf etməkdə olan ölkələrə ixrac olunur və ucuz qiymətə satılır. Bəs, görəsən, kilo ilə satılan toyuq budlarının insan orqanizminə zərəri varmi? Varsa, nədir?
“Mağazalarda ucuz qiymətə satılan toyuq budlarının bir hissəsi əsasən xaricdən idxal olunur”
Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevə müraciət etdik. A. Vəliyev açıqlamasında dedi ki, hazırda mağazalarda ucuz qiymətə satılan toyuğun bud hissəsi xaricdən, əsasən Amerikadan idxal olunur: “Azərbaycanda toyuq budu ayrıca istehsal edilmir. Diqqət yetirmisinizsə, həmin o budlar böyük ölçüdə olur. Ancaq bizim yerli toyuqların budu barmaq boyda olur. Həmin o iri sort toyuqlar bizdə yoxdur və yetişdirilmir. Ancaq xaricdən gətirilir. Həmin o toyuq budlarını da əsasən kasıb təbəqənin insanları alırlar. Bundan əlavə, şəhərdə dönər hazırlayan yerlərdə də toyuq budundan istifadə edilir”.
“Nisbətən ucuz qiymətə satılan toyuq budlarının orqanizm üçün zərərli olduğu deyilir. Bu fikir doğrudurmu?” sualımıza A. Vəliyevin cavabı belə oldu: “Toyuq budlarının orqanizmə heç bir zərəri yoxdur. Gah deyirlər, toyuq əti zərərlidir, gah deyirlər, yumurta zərərlidir. Ancaq bunlar doğru deyil. Bunu bilməyən adamlar deyirlər. Çünki bu işə nəzarət edən mərkəzlər var. Ətlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında, baytarlıqda yoxlanılır, daha sonra satışına icazə verilir. Həmin o bud dünyanın hər yerində yeyilir. Onun heç bir ziyanı ola bilməz. 20 ildən çoxdur ki, ölkəmizə toyuq budu idxal edilir. Eşitmisinizmi, kimsə bud ətindən zəhərlənib, ya ölüb? Xarici mətbuatda belə xəbərlər çoxdur. Bunlara inanmaq lazım deyil. Çünki ərzaq məhsullarına dünyanın hər yerində ciddi nəzarət olunur. Onu göndərən ölkə də nəzarət edir, alan da. Onların adı da var, markası da var. Ətlər ciddi müayinədən keçirilir. Əgər elə bir şey olsa, onlar cərimələnər və idxal dayandırılar”.
“Xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur”
Yerli məhsulların orqanizmə zərərli olmadığını düşünən aqronom, yem satışı üzrə mütəxəssis Hafiz Hüseynov sualımıza cavabında dedi: “Ölkəmizdə istehsal olunan bu cür məhsullar mənim fikrimcə, zərərsizdir. Ancaq xaricdən idxal olunan məhsullarda zərərli maddələrin olduğu haqqında məlumatlar yayılıb. Eşitdiyim məlumatlara əsasən deyə bilərəm ki, xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur və bizim kimi inkişaf etməkdə olan və ya inkişafdan qalmış digər ölkələrə satılır. Zərərli olduğu üçün özləri yemirlər. Ancaq onu da əlavə edim ki, yerli məhsullarda belə problemlər olmur”.
“Yoxlamadan keçməyən heç bir ət məhsulunun satışına icazə verilmir”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata görə, istər toyuğun budu olsun, istər qanadı, istərsə də, sinəsi - insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur: “Çünki xaricdən idxal edilən ətlər gömrükdə laboratoriya müayinəsindən keçirilir və qida üçün yararlı olub-olmaması araşdırılır. Yoxlamadan keçməyən heç bir ət məhsulunun satışına icazə verilmir. Bütün bu müayinələr Respublika Baytarlıq Laboratoriyasında ən yüksək səviyyədə aparılır. Müayinə aparılan məhsullarda heç bir şübhə ola bilməz. İndiyə qədər ölkəyə idxal edilən ət məhsullarının müayinəsi zamanı da şübhəli hallar müşahidə olunmayıb”.
“Ət məhsulları mütəmadi olaraq yoxlanılır”
Y. Xanvəli onu da əlavə etdi ki, yerli istehsalat məhsullarında da belə hallara rast gəlinməyib: “Mütəmadi olaraq ayrı-ayrı quşçuluq təsərrüfatlarından, broylerlərdən nümunələr götürülür və həmin nümunələr üzərində müxtəlif müayinələr aparılır. Bu zaman ətlər bütün istiqamətlərdə, həm ağır metallarda, həm də genetik formada yoxlanılır”.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da fikirlərini bildirdi: “Neçə ildir ki, bu məsələ Azərbaycanda müzakirə olunur. Mən 2008-ci ildə xarici ölkədə təşkil olunan beynəlxalq yığıncaqların birində həmin məsələni qaldırdım. Yığıncaqda mövzu ilə əlaqədar bir neçə fikir söylənildi. Birinci fikir bu oldu ki, broylerlərdə toyuqları tez yetişdirmək üçün onlara xüsusi dərmanlar vurulur və tez yetişən toyuqların budu kəsilir. Bud hissəsi kəsilən toyuqların qalan hissələri, əsasən sümükləri üyüdülüb yenidən toyuqlara yemək üçün verilir. İkinci fikir bu oldu ki, toyuqları tez böyütmək üçün onlara lazımsız dərmanlar verilir. Lakin böyük biznes kontraktları imzalanan ölkələr əlavə olaraq şərt qoydular ki, bazarda bu mallar da satılsın. Üçüncü fikir isə bu oldu ki, əsasən laboratoriyaları olmayan ölkələrdə belə mallar satılır. Bütün bu fikirlərə əsasən deyə bilərəm ki, toyuğun budları, qanadları, ümumiyyətlə, broyler toyuqları arzuolunmaz qida hesab olunur. Lakin onun insan orqanizmi üçün zərərli olduğu haqda ekspert rəyi yoxdur”.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" qanunu təsdiq etdi
Hansı yaxşıdır - eynəklər yoxsa, kontakt linzalar?
Qız anası olmağın gözəllikləri
Monikadan növbəti eleqant obraz - FOTO
Polad Həşimovun yaşadığı bina təmir edilir - FOTO
Cennifer Lopezin nişanlısının XƏYANƏT xəbəri yayıldı_FOTO
Azərbaycan müstəqil siyasət aparan ölkədir
Elmə məlum olmayan heyvan tapıldı
Sərt karantin rejimi daha iki həftə uzadıldı?--VİDEO
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
Türk general Bakıdan İrəvana ULTİMATUM göndərdi: "Bütün imkanlarımızla..."
Hamiləlikdə diş ağrısı
Tito Vilanovanın dəfn tarixi açıqlandı
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
BÜRCLƏR bizə nə vəd edir? - 2 Mart
Anita Tsoy koronavirusdan sağaldı
Qadin.Netlə birlikdə ARIQLA!-LAYİHƏSİ (3)
Kıvanç Tatlıtuğ 3 milyon ziyana düşdü
Sağlam və parlaq saçlar üçün vitaminlər
Moda tarixində mif və reallıq
Palma yağı haqqında bilməli olduqlarınız
Sevgilisinə gül alanlar nəyə diqqət etməlidir?
Güləşçilərimizdən növbəti uğur
Uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə start verildi
Dəhşətli virus yenə can aldı
İştirakçı valideynlərini məhkəməyə verdi-SƏBƏB/FOTO
“Sadəcə Mariya” serialının aktrisası 28 İL SONRA - FOTO
Xodorkovski prezident olmaq istəyir
Vanqa - həyatı haqqında bilmədikləriniz
Saç tökülməsinin qarşısını alan vasitələr
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub
Dəb adı altında zövqsüzlük
Sabahın HAVAsı
Həcc ziyarəti başlandı - FOTO
NASA alimindən YADPLANETLİ açıqlaması
Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI
"Beynəlxalq Çempionlar Kuboku" turnirinin təqvimi açıqlanıb
Şaftalı cemi ilə piroq (foto resept)
Pul əskinaslarını rəsm tablosuna çevirdi
BÜRCLƏR bizə nə vəd edir?-18 Sentyabr
Türkiyədə yeni zəlzələlər qeydə alınıb
Ermənistanın Azərbaycana qarşı təcavüzü Argentina mətbuatında
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmaları üçün YENİ İMKAN
Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi - RƏSMİ
Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır
2019-da qarşılaşacağınız trendlər
Körpələr üçün dairəvi yataq modelləri
Elektrik enerjisi artıq qalıb? – Qonşuya sat

- ŞƏRHLƏR