Toyuqların yeminə 59 adda dərman qatılır
İndi hamı ağ ət deyib toyuq əti yeməyə çalışır ki, kökəlməsin, kilo almasın, bəzi xəstəliklərə yaxalanmasın. Amma çoxu hələ də bilmir ki, broyler toyuğu dediyimiz “əldəqayırma” məhsullarla qidalanma sağlamlığımızı daha çox təhlükədə qoyur. Bunu mən demirəm. Son illərin araşdırmaları, müşahidələri göstərir ki, broyler toyuğunun yetişdirilməsində istehsalçılar yenə də gəlir əldə etməyi hər şeydən üstün tuturlar.
42-45 günlük ömrü olan broyler toyuqları
Kənd toyuğu deyilən məhsulların gec bişməsini hamımız yaxşı bilirik. Bəzən saatlarla qaynadıqdan sonra yeməli vəziyyətə gəlir. Sümüyü də daha sərt olur. Broyler toyuqları isə 20-25 dəqiqəyə hazır olur. Həyət toyuğu gün işığı görür, sərbəstdir, broyler toyuğunun azadlığı məhduddur. Bütün günü yeyir, içir, “şişir”. Bəs bu toyuqlar necə olur ki, xəstələnmirlər?
Amerikalı Con Hopkins və Arizona Universiteti alimlərinin apardığı son araşdırmalar bu suala cavab verir. Belə ki, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur. Hətta bu dərman sayının 59 olduğu bildirilir. Dərmanların çoxu antibiotik təsirlidir, bu isə toyuqların müqavimətinin güclənməsini və tez zamanda çəkisinin artmasını təmin edir. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen (Cartegena) Biogüvənlik Protokolu dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Deyilənlərə, elə yerli təssərrüfatlarda nə dərəcədə əməl olunduğunu demək çətindir. Amma broyler quşçuluqda işləyən bir işçinin dedikləri bu barədə təssəvvür yaradır. Belə ki, kəsimə gedən toyuqlar çox vaxt 6-7 həftəlik olur. “Buna səbəb satışda azçəkili toyuğa tələbatın olmasıdır. Kəsilən quşlar təmizləndikdən sonra xlordioksidli soyuq suda saxlanılır, daha sonra soyuduculara verilir. Kimyəvi maddəli sudan istifadənin məqsədi məhsulun uzun müddət təmiz qalmasını saxlamaq və mikroblardan uzaq qalması məqsədini daşıyır. Çəkisi müəyyən edildikdən sonra qablaşdırılır”.
Türkiyəli alimlər isə broyler toyuğunun “zəhərli” olduğunu deyirlər
Son illər broyler məhsullarının insanlarda müxtəlif xəstəliklərə yol açdığını bildirən çox iddialar irəli sürür. Türkiyənin tanınmış həkim, professorları Əhməd Rasim Küçük və Yavuz Dizdar bu barədə araşdırma və çıxışları ilə nüfuz qazanıblar. Yavuz Dizdar broyler toyuqların uşaqlara verilməsinin əleyhinədir. Onun fikrincə, antibiotiklə kökəldilən bu toyuqlar uşaqların əsasən sümük-əzələ sisteminin inkişafına pis təsir edir. İnsanlarda böyrək xərçənginin yaranmasına səbəb olur. Çünki broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Digər professor Əhməd Rasim Küçük isə broylerdə toyuqların hormonlu qidalarla bəsləndiyini deyir.
“Ölmüş toyuqların satışda olduğunu heç kəs təxmin edə bilməz”
Azərbaycanda broyler toyuq fermalarının sayı son illərdə sürətlə satılır. Amma broyler toyuğunun sağlamlıq baxımından qiymətini açıq sözlə deyən yoxdur. Tək onu bilirik ki, mütəxəssislər, eləcə də həkimlər kənd, həyət toyuğunun daha xeyirli olduğunu vurğulayırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdəfələrlə broyler məhsulları haqqında fikrini deməkdən çəkinməyib. Mütəxəssis təkcə qablaşdırmada böyük səhvə yol verildiyini deyir. “Toyuqların qablaşdırılmasında istifadə olunan streç sellofanlar Koreya və Çində istehsal olunan keyfiyyətsiz məhsullardır. Polivinilxlor tərkibli məhsullar zərərlidir. Bu gün, demək olar ki, ucuz başa gəldiyindən bundan kütləvi şəkildə istifadə olunur. Bizim iradımız Nazirliyə bildirilib, onlar da müraciətini edib, amma nəticə yoxdur. Bir də bizə edilən şikayətlər arasında ölmüş toyuqların satışa çıxarılması məsələsidir. Bu isə sahibkarın insafına qalır”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kann festivalı başlandı - FOTO
Kişilərin qadınlardan eşitmək istəmədikləri...
Avtomobilinə zərər dəyməsinə icazə vermədi, qızının ölümünə səbəb oldu
Erməni güləşçi: "Azərbaycanlılara təşəkkür edirəm "
Koronavirusla bağlı son STATİSTİKA
Cazibədar sinə üçün məsləhətlər
Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Beren Saat yenidən ekranlarda!
Günün qoroskopu - 05.11.2013
Messi daha bir rekorda imza atdı
Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər
İlham Əliyevdən yeni təyinat
Selena Qomez filmə çəkilir - FOTO
Türklər Məkkəyə metro çəkəcək
"Bəyaz gecələr" salatı (foto resept)
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
Cinsi əlaqədə 10 qızıl qayda
Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı
İnternet problemi nə vaxt həll olunacaq?
Maykl Ceksonun həyatı film olur
Müharibə mütləq olacaq
ŞOK! Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar cərimələndi
NATO-dan vurulmuş vertolyotla bağlı
Körpəni ana südündən necə ayırmalı?
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Cüneyt Arkın məşhur serialda
Piyada zolağında kim daha üstündür?
Fəqərəarası disk yırtıqları
Yeni avtobuslar gəlir
Rasim Balayevdən xəbər var
Fərqli yeni il ağacları
Toplumun fikrini dəyişəcək gücə malik məşhurlar bəlli oldu-FOTO
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Ölümcül virusu müalicə edən həkim öldü - SƏBƏB
Twitter artıq bunu da edəcək
Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO
Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək
Günün qoroskopu: gərginləşməyə davam edəcək
Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ
Türkiyə klubunu məğlub etdik
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib
Kimin bığ və saqqalı daha yaxşıdır?
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Neymar üçün mundial bitdi
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq
“Survivor” tarixinin ən böyük mükafatı-VİDEO
"Chanel"dən yeni kolleksiya - FOTO
Barak Obamadan qəribə açıqlama
Şuşada Qarabağı əhatə edən möhtəşəm YENİLİK















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]