
İtirilmiş telefonlarla bağlı daha bir yenilik tətbiq olunub.
ANS TV-nin məlumatına görə, əgər itmiş, ya da oğurlanmış telefonunuzun sadəcə rəngi və markasını bilirsinizsə, onda onu axtarmağa dəyməz. Bunun üçün heç polisə də müraciət etmək lazım deyil. Çünki vaxt itkisidir, onlar üçün də, sizin üçün də. Səbəb isə sizin itirdiyiniz barədə əhəmiyyətli olan xüsusiyyətlər barədə məlumatsızlığınızdır.
Telefon satıcısı Ruslan məsləhət görür ki telefonu itən alıcı ilk növbədə polisə müraciət etsin. Çünki, polis telefonun arxasında 15 rəqəmdən ibarət olan İMEİ kodu vasitəsilə onu axtarışa verir. Telefonu tapma müddəti 10 gündən 1 aya kimi uzana bilər. Bəs itmiş telefonu tapmaq üçün hansı məlumatlara sahib olmalıyıq və nələri bilməliyik? İlk öncə telefonun identifikasiya kodunu (İMEİ). Bu kodu telefonun qutusunun üstündən, akkumlyator batareyasının altından və telefona *#06# yığmaqla öyrənmək olar. Bu məlumatı bildikdən sonra itmiş və ya oğurlanmış telefonun axtarılması barədə düşünmək olar. Əgər telefonunuz oğurlanıbsa, gec-tez o telefon istifadə edilərkən mobil operator vasitəsiylə yerini müəyyənləşdirmək mümkündür. Amma heç bir operator bu məlumatı sizə verməyəcək. Ona görə də ilk növbədə polisə müraciət etmək lazımdır . Telefonu itən və ya oğurlanan şəxsin atacaği növbəti addım bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaratdığı “1677” nömrəli qaynar xəttə məlumat verməkdir. Bundan dərhal sonra həmin cihaza sms göndərilir. Bununla itmiş telefonu tapan şəxsə məlumat verilir ki, dərhal onu polisə təhvil versin. Əks halda qaydalara uyğun olaraq ölçü götürülür.
RYTN-nin rəsmisi Zakir Qasımov deyir ki, hər il müraciət əsasında 33%-40% arası itirilmiş telefonlar tapılaraq öz sahibinə qatarılır. Əgər itirilmiş telefon sahibi və ya ondan istifadə edən şəxs tərəfindən bu barədə məlumat verilirsə dərhal 24 saat ərzində telefon qapadılır.
Nazirlik rəsmisinin sözlərinə görə, son 1 ildə quruma telefon axtarışı ilə bağlı 1000-dən çox müraciət daxili olub. Mobil cihazlarin İMEİ kodlarının qeydiyyat sistemi işə düşdükdən sonra itən telefonların tapılma halları 30-40 faiz artıb. Ölkə daxilində tamamilə funksiyasız qalan mobil telefon lazımsız bir əşyaya çevrilir. Buna görə, onu tapan və ya oğurlayan şəxsin telefonu özündə saxlamağı da mənasız olur. İndi telefon oğruları yalnız cihazların detallarını satmağa ümid edə bilər ki, belə xırda məbləğə üçün həbsə düşməyi gözə alanlar azdır. Amma düşünməyin ki, bu yolla telefonunuzu hər zaman tapacaqsınız. İş ondadır ki, savadlı proqramistlər telefonun mühafizə sistemini sındıra və İMEİ kodunu dəyişə bilər. Bundan əlavə, əgər sizin telefonunuz artıq xaricə aparılıbsa, onda bizim polislər heç nə edə bilməzlər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Uşaqları yemək yeməyən valideynlərə tövsiyələr
Rusiyadan qorxulu addım
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Ronaldonun qiyməti açıqlandı
Sezonun trendi: Yumşaq dəri
“Bakcell”in mobil nömrələrin daşınması ilə bağlı ciddi planları var
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
Pəhrizə necə başlamalı?
Maaşı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq
Yeni Zelandiya yox olacaq
Ayaqqabı modelləri
Ən asan toyuq salatı (foto-resept)
Pelin və Anıl ekizlərinə hesab açdılar-FOTO
Əhvalımızı necə qaldıraq?
Nuradan yeni fotossesiya - FOTO
Yağış yağdı, evləri su basdı
Hava haqqında
D vitaminini artıran üsullar
Ermənistanın Azərbaycana qarşı təcavüzü Argentina mətbuatında
Bu günün hava proqnozu
Altıaylıqsan?.. İşbilməz! - MÜZAKİRƏ
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Qan artıran ərzaqlar
Bakıda yaşayıb rayon qeydiyyatlı maşın sürənlərin nəzərinə
Bayram Bakıda həkimlərə dinclik vermədi
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA
Qaxda qış turizmi
Azərbaycana güclü qar yağıb
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Mehriban Əliyevaya orden verildi
İnstagramdan YENİLİK!
Qapalı məkanlarda maskadan istifadə məcburi oldu - RƏSMİ
Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər
Soyuqdəymə ilə necə mübarizə aparmalı?
Az yeməklə daha uzun yaşayın
Aclıq hissini yox edin
Prezident və xanımı açılışda
Dırnaq boyasının ömrünü uzadan məsləhətlər
Şamaxı Rəsədxanasından qorxunc proqnozla bağlı
Tərəvəzli plov (foto resept)
Evdar xanımlar üçün kiçik məsləhətlər
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Yaz havası geri qayıdır
Bayden prezident olmaq istəyir
Uşaq kraliça ilə belə zarafatlaşdı-VİDEO
Çay maskası ilə günəş ləkələrindən xilas olun
Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
İranda şok cəza















- ŞƏRHLƏR