Müxtəlif səbəblərdən bəzi şəxslərin mobil telefonu itə, ya da oğurlana bilir.
İtmiş və ya oğurlanmış mobil telefonların tapılması mümkündür. Sadəcə, bunun üçün müvafiq qurumlara vaxtında müraciət etmək lazımdır. Bu gün müxtəlif səbəblərdən bəzi şəxslərin mobil telefonu itə, ya da oğurlana bilir. Nəticədə telefonsuz qalan vətəndaş, onu necə tapacağı və hansı üsullarla axtaracağı sualı ilə müəmmalara qərq olur. Araşdırmalar göstərir ki, heç də hər zaman itmiş və ya oğurlanmış telefonu tapmaq mümkün olmur. Bunun da müxtəlif səbəbləri var. Misal üçün, bu cür hallarla rastlaşan vətəndaş ya bu barədə aidiyyəti qurumlara gec müraciət edir, ya da kimlərsə, tərəfindən tapılan telefonun mühafizə sistemi hakerlərin köməkliyilə sındırılır və İMEİ kodu dəyişdirilərək yenidən işlənmiş telefon kimi satışa çıxarılır. Təəssüflər olsun ki, çox vaxt bundan qorunmaq istəsək də, bəzən kiminsə, telefonuna sahib çıxmış oluruq. Maraqlıdır bəs şəhərdəki telefon satışı dükanlarında satıcılar bu cür telefonları alarkən əsas nəyə diqqət yetirirlər. "İlk öncə şəxsiyyətini təsdiq edən sənədi tələb edirik və onun surətini çıxarırıq. Eyni zamanda İMEİ kodunu və imza atdırırıq. Həmin şəxslə əlaqə saxlamaq məqsədilə telefon nömrəsini götürürük. Əgər telefonu satarkən bir problem yaranarsa, o zaman bu barədə polisə müraciət edirik", - deyə satıcı Şamil Kərimov bildirib. Amma razılaşmaq lazımdır ki, heç də bütün satıcılar belə etmir. Telefonu ucuz almaq naminə heç bir sənəd təqdim etmədən alqı-satqı prosesini həyata keçirirlər. Bəs bütün bu prosseslərin qarşısını necə almaq olar. Milli.Az ANS TV-yə istinadən xəbər verir ki, ilk öncə bunun üçün Rabitə və Yüksək Texnalogiyalar Nazirliyində "qaynar xətt" möcuddur ki, siz 17 66 və daxili nömrə 5-i yığmaqla itmiş və ya oğurlanmış telefonunuz haqda məlumat verə bilirsiz.Bu zaman abunəçinin zəngi qeydə alınır və müraciəti araşdırılır. Onun İMEİ kodu müəyyənləşdirilərək, 24 saat ərzində şəbəkədə istismarına məhdudiyyətlər qoyulur. Həmin cihaz nəzarətə götürülür. Telefondan digər bir şəxs istifadə etdiyi təqdirdə, mövcud qaydalara əsasən nazirlik tərəfindən, həmin telefon itirilmiş olması və dərhal yaxınlıqdakı polis məntəqəsinə müraciət olunması barədə sms göndərilir. Eyni zamanda, polisə itmiş telefonunuz barədə müraciət etməniz də vacibdir. Çünki polis axtarış prossesini nazirliyin operatorundan aldığı məlumatlar əsasında aparır. "Ümumiyyətlə, itmiş telefon barədə vətəndaş respublikanın bütün ərazilərində fəaliyyət göstərən polis bölmələrinə müraciət edə bilər. Vətəndaşın müraciəti əsasında polis bunula bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verir. Həmin məlumatlar əsasında itirilmiş cihazların şəbəkədən istismarına məhdudiyyət tətbiq olunur. Həmin cihaz tapıldıqdan sonra yenidən aktivləşdirilir", - deyə nazirliyin baş məsləhətçisi Zakir Qasımov qeyd edib. Əgər siz aldığınız telefonun itirilmiş və ya oğurlanmış olmasından şübhə edirsizsə, o zaman telefonunuzdan *dyes 06 dyes yes nömrəsinə göndərməklə, İMEİ kodu əldə edib 16 77-ə sms göndərirsiz. Qısa zamanda sizə gələn cavabdan telefonunuzun itirilmiş və ya oğurluq olub-olmaması haqda bütün məlumatlarları əldə edə biləcəksiz. Amma bütün hallarda alqı-satqı prossesində diqqətli olmanız məsləhət görülür.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü