
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində artıq 19 nəfər məhkum əfv sərəncamı əsasında azadlığa buraxılıb. Trend-in məlumatına görə, onların arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdə var.Fərhad Əliyev jurnalistlərə bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, cənab Prezidentə sadiq qalacaq: "Cənab Prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub.Ona görə də həbs olunmamışdan əvvəl də, həbsdə olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".F.Əliyev bildirib ki, o, yüksək mənəviyyata, əxlaqa sahib olan, özünə hörmət edən şəxs kimi bundan sonra xalqın, dövlətin inkişafına, daha da qüdrətlənməsinə xidmət edəcək: "Harada işləməyimdən, fəaliyyət göstərməyimdən asılı olmayaraq, cənab Prezidentin yaratdığı şəraitə uyğun olaraq, fəaliyyətimi davam etdirəcəyəm. Ulu öndər Heydər Əliyevin yoluna sədaqətli olacağam".F.Əliyev bildirib ki, ailəsi ilə birlikdə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək.Ombudsman Elmira Süleymanova da 2 saylı cəzaçəkmə müəssisəsində azadlığa çıxanları təbrik edib. Ombudsman bildirib ki, bütün əfv sərəncamları sevinclə qarşılanır. Ancaq budəfəki əfv fərqlidir. Çünki həm çox insanı əhatə edir, həm də Qurban bayramında həyata keçirilib.Penitensiar xidmətin rəis müavini general-mayor Hüseyn Əlixanov da azadlığa çıxanları təbrik edib və onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb: "Əfv sərəncamının imzalanması Prezidentin həmin şəxslərin ailələrinə etimadıdır. Ümid edirik ki, əfv olunanlar yenidən cinayət törətməyəcəklər".
"Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyevdə bu gün 6 saylı cəzaçəkmə müəssisəsindən azad olunub. R.Əliyev 2 saylı cəzaçəkmə müəssisəsinə gələrək qardaşı F.Əliyevi qarşılayıb. Orada jurnalistlərə açıqlama verən R. Əliyev onları əfv etdiyi üçün cənab Prezidentə təşəkkürünü bildirib.Bu gün 9 saylı cəzaməkmə müəssisəsində daha 3 nəfər azadlığa buraxılıb.Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına bu gün səhərdən başlayıb.Əfv sərəncamı 153 nəfərə şamil olunub. Onlardan 134 nəfəri azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də əfv olunanlar sırasındadır.Bundan başqa, əfv olunanlar arasında 4 İran, 2 Banqladeş, 1 Rusiya, 1 Özbəkistan, 1 Gürcüstan və 1 Nigeriya vətəndaşı da var.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA
Rusiyanın peyki xarab oldu
Stil ikonu olmaq üçün 7 qayda
Düzgün yuxu vərdişi
Türkiyənin Baş naziri: Bundestaq böyük səhv etdi
Şimşək çaxdı - UNO şəhərə endi -VİDEO
Castin Trüdonun OXŞARI tapıldı-FOTO
“Son zəng” açıqlaması
Kişi sonsuzluğunun müalicəsində mühüm yeniliklər
Avtomobillərin dövlət texniki baxışına təqdim olunma qaydaları dəyişib
Somonlu yumurta salatı (foto-resept)
İstanbul Universiteti koronavirusun yeni müalicə metodunu tapdı - ABŞ hərəkətə keçdi
Hamilə olan Fahriyənin son halı - FOTO
HAVA necə olacaq? 18 MAY
Düşüncə dərsi (3)
Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
Sabundan hazırlanmış incəsənət
Kaliforniyanın yeni qubernatoru da aktyor olacaq?
Bakı yol polisindən sərt açıqlama: "Kimliyindən asılı olmayaraq..."
2016-cı ilin rəngləri
Tələbələrə smartfon qadağası
Azad Söz (10-cu hissə) SON
Ən böyük mavi almaz tapıldı
İşinizə yarayacaq ixtiralar
Məşhur professordan açıqlama: "Xaş yeyin!"-VİDEO
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Lavaşlı-kəsmikli piroq (foto resept)
Muncuqla işlədiyim tablolar
Komandir: "Əvvəlki günlərə nisbətən ermənilər sakitləşiblər"
Xoşbəxtlik ətrafımızdadır
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Uşaq şeirləri
Paris moda həftəsində məşhurlar
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Bakıya hava müjdəsi
51 kq Arıqlayıb Britaniya Gözəli Oldu-FOTO
Bakı bulvarının vəfalı gözəlləri
Depressiyaya təbii zərbə
"Aşk tesadüfleri sever 2"nin treyleri yayımlandı - VİDEO
Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?
Darıxdırıcı həyatı dəyişdirmək üçün nə etməli?
Sağlamlıq haqqında bilmədiyiniz faktlar
Hava haqqında - 05.09.2013
İlk görüşdə bunları yeməyin
20 dollara aldığı divandan sərvət çıxdı
Mart ayının qeyri-iş Günləri
Yağ yandıran içki
Ronaldo oğlunu kubokla vurub - VİDEO
Qadin.Netlilərin körpələri (1)
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]