Həqiqətən smartfonlarda radiasiya var, ancaq təhlükəsi barədə konkret fikir yoxdur.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Kimyəvi Fizika Problemləri İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Svetlana Afanasyeva danışıb. Onun sözlərinə görə, smartfon da daxil olmaqla istənilən cihaz elektromaqnit şüası yayır. Yüksək dozada təsiri bədənin molekullarının daha sürətli işə salınmasına və istiləşməsinə səbəb olur. Bununla birlikdə ekspert bildirib ki, smartfondan gələn radiasiya o qədər kiçikdir ki, insan bədəninin hərarətini qaldıra bilməz.
Ancaq bəzi tədqiqatçılar telefondan ötürülən radiasiyanın beyin xərçəngi ehtimalını artıra biləcəyinə inanır. Bu mövzuda elm adamlarının fikirləri fərqlidir.
Mütəxəssisin fikrincə, Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il üçün hesabatında radio tezliyi, o cümlədən mobil rabitə, elektromaqnit şüalanması 2B sinfinə aid edilib. “Yəni insanlar üçün kanserogen olan maddələrdir”, - deyə Afanasyeva izah edib. O əlavə edib ki, aloe vera və turşu tərkibli tərəvəzlər də bu kateqoriyaya daxildir. Hər halda təsirini minimuna endirmək üçün telefonu uzun müddət qulaqda saxlamamağı tövsiyə edib.
Yanvar ayında ABŞ-ın Yale Universitetinin alimləri xərçəngin yaranmasını mobil telefonlardan gələn radiasiya ilə əlaqələndirmişdi. Mütəxəssislər 900-ə yaxın şəxsi müayinə etdikdən sonra müəyyən edib ki, nukleotid polimorfizmi olan xəstələrdə smartfonların aktiv istifadəsi tiroid xərçəngi riskini iki qat artırır.
XƏBƏR LENTİ
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı
"Dərd insana daima yol göstərir"
Abdullah Gülün oğlu Harvarddan məzun oldu
Pensiyalar artırılacaq – RƏSMİ
Almeda Abazi yeni doğulan körpəsindən danışdı-FOTO
Yadplanetli üzərində əməliyyat NASA-dan sızan dəhşətli görüntülər-FOTO
İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur
Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu
İdmançımız finişə hamıdan tez çatdı
Azərbaycanda işıqpulu ilə bağlı MÜHÜM XƏBƏR: BUNDAN SONRA... - VİDEO
Adobe Photoshop (Dərs9)+videodərs
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
Kraliça şahzadənin qərarından narazıdır
Rusiyada altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulunda yenilik
Kakaolu gecə maskası
Düzgün duruş üçün nə etməliyik?
Ordumuzda “Həyəcan” siqnalı
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: 474 yeni yoluxma
Şok dərman ucuzlaşması
Əgər Ay yox olsa...
Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb
Ayaqdakı çatları aradan qaldıran üsul
Cəbhədə son vəziyyət
Düyü qadın sağlamlığı üçün çox faydalıdır
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Məşhur olmadan əvvəl aktyorların peşələri
Fanatlığın beləsi də olur: sutkada 23 saat əzab
"Gözəllik kraliçası" doğulacaq körpəsinin şəklini paylaşdı
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Rəqs etməyin 4 faydası
Balıq mövsümü başladı: təzə balığı necə tanımalı?
Çaytikanı yağının müalicəvi xüsusiyyətləri
İŞİD Bağdada girdi: 1000 ölü
Günün ulduz falı
Saç rəngini tündləşdirmək üçün maska
Meqan Markl ikinci övladını itirib
Ən sürətli şəkildə saç uzatma qaydası
Bişkekdə Heydər Əliyev adına park salına bilər
Viruslu hepatitlər
Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib
Ulduzların gözəllik sirrləri
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Qeyri-adi dekorasiyalar
Günün ulduz falı
Ürək sızladan tarixi şəkillər
4 saniyədən az bir müddətdə özünüzü necə sevdirə bilərsiniz?
80-ci illərdən gələn pencək dəbi