Tural yeni bir iş qurmaq üçün banklardan birinə müraciət edir. İş qura bilmək üçün ona təxminən, 3-4 min manat lazım olduğunu deyir. Bank işçisi isə Turalın gəlirlərini yoxlayır və ona borcu necə ödəyəcəyini soruşur. Tural isə cavabında maşını olduğunu, lap çətin vəziyyətdə taksiliklə məşğul olacağını vəd edir. Bu söhbətdən sonra bank müştərisinə istədiyi məbləği verir. Ancaq, işlərinin düz gətirməməsi Turalı çətin vəziyyətə salır. Artıq, 3 aydan çoxdur ki, o borclarlını ödəyə bilmir, hətta, maşınını belə satıb. Qazanc yolu olmayan gəncdən pul almaq isə bank üçün əməlli başlı problemə çevrilib. Tural deyir ki, onsuz da mənə heç nə edə bilməzlər: "Uzağı məni məhkəməyə verə bilərlər. Adımda da heç bir əmlak və ya mal yoxdur. Məhkəmə isə buna görə, mənə iş kəsə bilər. Yəni, iş kəsilərsə borcu aybaay, az miqdarda ödəməliyəm. Bu isə banklara sərf etmir. Həqiqətən, borcumu ödəməyə imkanım yoxdur. Bank isə mənə borcu qısa vaxtda ödəməyi tələb edir".Təəssüfki, bu gün Turalın vəziyyətində olan insanlar az deyil. Mərkəzi Bankın açıqladığı son rəqəmlər də banklarda olan problemli kreditlərin həcminin nə dərəcədə artdığını göstərir. Vətəndaşların banklara olan 1 milyara yaxın pulu ödəməkdə çətinlik çəkməsi AMB-ni müvafiq addımlar atmağa vadar edir. Kredit şərtlərinin çəıtinləşdirilməsi, iş yerindən arayış tələb edilməsi kimi əlavə şərtlərin olmasına baxmayaraq vəziyyət hələ də ürək açan deyil.İqtisadçı alim Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bu məsələnin kökündə dayanan problemlərə toxunub. Mütəxəssisin fikrincə, problemli kreditlərin azaldılması üçün inzibati və təşviqedici metodlardan istifadə olunmalıdır. Bununla da bu növ kreditlərin həcmini azaltmaq olar. Ekspert qeyd edir ki, krediti ödəyə bilməyən şəxsə həbs verilməsi, ölkədən kənara çıxmasına qadağa kimi metodlardan istifadə də banklardakı ödənilməyən borcların azalmasına səbəb ola bilər:"Həmçinin, təşviqedici metoddan da istifadə etmək olar. Məsələn, vətəndaşa krediti vermək üçün əlavə zamanın verilməsi. Rusiyada qlobal maliyyə böhranları başlandıqdan sonra problemli kreditlərin həcmində artım başladı. Vəziyyətdən çıxış yolu axtaran hökumət isə vətəndaşlara kreditlərini verə bilmək üçün 5 il vaxt verdi. Bu müddət ərzində vətəndaşlar ödəyə bilmədikləri borcları hissə-hissə ödəməyə başladılar. Bununlada Rusiyada qısa müddət ərzində problemli kreditlərin həcmi azaldı. Türkiyə kimi ölkələrdə isə başqa bir metoddan istifadə edilir. Əgər qardaş ölkədə kredit götürüb onu vaxtında ödəyə bilməsəniz, o zaman sizə həbs düşür, həmçinin ölkəni tərk etmək qadağan edilir".
V.Bayramlı hesab edir ki, Azərbaycanda kredit götürülərkən həbs ehtimalının olması bank müştərilərinin məsuliyyətini birə-beş artıra bilər. Amma, bu metodu daha çox yeni kredit götürən şəxslərə şamil etmək daha səmərəli olar:
"Artıq ölkədə problemli kreditlərin həcmi 1 milyarda yaxındır. Bu göstəricinin azaldılması üçün inzibati metodlardan yox, təşviqedici metodlardan istifadə edilməlidir. Çünki, ödəmə qabiliyyəti olmayan vətəndaş onsuzda krediti ödəmək gücündə deyil. Onun həbs edilməsi isə kreditlərin ödənilməsinə imkan yaratmayacaq. Hesab edirəm ki, vətəndaşlara borclarını ödəyə bilmək üçün əlavə zaman verilməlidir. Məsələn, vətəndaşa 3 illik vaxt verilə bilər. Əgər bu vaxt ərzində vətəndaş borcunu ödəyə bilməsə o zaman ona qarşı inzibati metodlardan istifadə etmək, hətta cinayət işi də açmaq olar. Xüsusilə, gələcəkdə problemli kreditlərin həcminin azaldılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. Kredit götürən şəxsə borcu ödəyə bilmədiyi təqdirdə həbs ediləcəyi ilə bağlı qərar qəbul edilməlidir".
Mütəxəssis problemli kreditlərin sürətlə artmasında banklarla yanaşı vətəndaşların da günahının olduğunu deyir. Ekspert qeyd edir ki, vətəndaşın gəlir planı düzgün yoxlanılmır: "Əslində, vətəndaş da öz büdcəsinə uyğun kredit götürülməlidir. Hər iki halda kredit verilərkən vətəndaşın ödəmə qabiliyyəti nəzərə alınmalıdır".
Qeyd edək ki, qanunvericilikdə kredit borcunu təyinatı üzrə istifadə etməyən və borcunu qəsdən ödəməkdən yayınan şəxslərlə bağlı cəzalar var. Cinayət məcəlləsinin İqtisadi sahədə cinayətlər bölməsində müvafiq inzibati cərimələr nəzərdə tutulub. Belə ki, əgər vətəndaş borcunu ödəməzsə o zaman, borcun məbləğindən və digər nüanslar nəzərə alınmaqla şəxs, 2 ildən 5 ilə kimi həbs edilə bilər. Eyni zamanda, vətəndaş borcunu ödəməzsə vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma kimi hüquqlarından məhrum edilir, ona müvafiq iş kəsilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
HAVA necə olacaq?- 8 MAY
İtkin düşmüş gəmi tapıldı-77 il sonra
Cəlilabadda qədim yaşayış məskəni aşkarlandı
Evdə arıqlama üsulları
​Yevlaxda 13 yaşlı bəylə 14 yaşlı gəlin evləndi - FOTO
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
Gəlinin cehizi
Madird muzeyində Ronaldunun mum heykəli hazirlanıb
Yuxusuzluq xəstəliyin xəbərçisidir
Bakıda xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub - RƏSMİ
İdeal qadın...
Qısqanclıq özgüvənsizliyin əlamətidir!
Apple App Store yeni rekord vurdu
Yayda koronavirusla mübarizədə yol verilən səhvlər
HAVA necə olacaq?
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq
Azərbaycanda ailə qurmaq istəyənlər üçün tələblər DƏYİŞDİ
Məhərrəm ayı BU TARİXDƏ başlayır
Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ
Heyvanlar haqqında maraqlı məlumatlar
Hikmətli sözlər
Məşhur müğənni koronavirusa görə konsertini ləğv etdi
Brus Li"nin mənəvi gücü
Toyuq filesi və göbələkdən yemək
Pakistanda güclü zəlzələ, Azərbaycan da silkələndi
Övladları Bred Pitti istəmədilər
Həkimlərimiz kurs keçəcək
Ramazan ayının doqquzuncu gününün duası
0-4 ay arası uşaqların qidalanması
Maqnit qasırğası olacaq-XƏBƏRDARLIQ
Dəhşət: əyyaş və pinti ana, acından ölən uşaq və zibilxana ev
Səhiyyə Nazirliyindən əhaliyə VACİB XƏBƏRDARLIQ
Unikal enerjili avtomobil
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Bir-birindən gözəl geyim dəstləri
Leyla Lydia Tuğutlunun gözəllik sirləri
TOYUQ SALATI
Amansızlığın Anatomiyası
Koronavirusun daha 4 simptomu aşkarlandı - VİDEO
Rəsm rəngləməyə hazırsınızmı? (1-ci hissə)
77 yaşlı kişi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Sabundan hazırlanmış incəsənət
Kristina Aqilera makiyajsız fotosessiya edib
Google Glass dəyişir
Soyuq havalarda gözləri necə qorumalı?
Uşaqla alış-veriş etmənin qaydaları
WhatsApp-ın çoxdan gözlənilən yenliyi gəlir
Ötən il neçə şagird attestatsız qalıb?
Kartoflu, pendirli qəlyanaltı (foto-resept)
Faydalı məsləhətlər
- ŞƏRHLƏR