Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti, ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş etmişdir.
Mehriban Əliyevanın trend-ə göndərdiyi məktubunu oxucularımıza təqdim edirik.
- Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.
Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb.
Yaşa dolduqca böyükləri, valideynləri anlamağa başladım, onlara sonsuz minnətdarlıq hissi duydum. Çünki onlar həqiqətə və mənəviyyata can atmağı öyrətdilər. Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət - həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur.
Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm.
Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb. Atamın insani keyfiyyətləri - onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur.
Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir.
Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir.
Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim - müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası - hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır.
O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən.
İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da burada əvəzolunmaz rol oynayır.
Mən öz övladlarımla fəxr edirəm. İlk növbədə ona görə ki, onlar nəcib və ləyaqətli insan kimi böyüyüblər. Onların hərəkətlərinə görə heç vaxt utanc və məyusluq hissi keçirməmişəm. Çünki Leyla, Arzu və Heydər öz işinə, təhsilinə ciddi və məsuliyyətlə yanaşır, ailə ənənələrini yüksək tutur, hörmət bəsləyir, onların dəqiq mənəvi amalları var. Xoşbəxtəm ki, övladlarım xeyirxah və başqalarının dərd-sərinə biganə qalmayan insanlardır. Mən onlara inanıram, çünki dürüstlük və ləyaqətlə yanaşı, bu həyatda ən yaxşı bələdçi - insanlıq və şəfqətdir.
Mən nadir hallarda müsahibə verirəm və özüm haqqında danışmağı xoşlamıram. Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa - bu, mənim üçün ən yüksək mükafatdır.
Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir.
Şübhəsiz ki, hər bir uğur və nailiyyət komanda işindən asılıdır. Fəxr edirəm ki, bütün bu illər ərzində mənimlə çiyin-çiyinə parlaq, istedadlı, məqsədyönlü, zəhmətsevər, həssas insanlar mənim məsləkdaşlarım, həmfikirlərim olublar. Onların hamısına - uzun illər ərzində işlədiyim hər kəsə, bizim layihələrə və təşəbbüslərə heç olmasa bircə dəfə qoşulanlara dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Ən yaxşı xüsusiyyətlərini əsrlər boyu qoruyub saxlamaq istedadına, qəhrəmanlığına, doğma torpağa sədaqətinə, xeyirxahlığına və qəlbinin genişliyinə görə Azərbaycan xalqına, ölkəmizin hər bir vətəndaşına səmimi qəlbdən minnətdarlığımı bildirirəm!
Qoy, Uca Allah hər birinizi və bizim gözəl Vətənimizi qorusun!
Sevgi və səmimiyyətlə, sizin Mehriban Əliyeva.

Qadin.Net kollektivi Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir və onun ünvanına gələn çoxsaylı xoş və səmimi arzulara qoşulur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Paltarların ömrünü necə uzatmaq olar?
Xroniki xəstələr oruc tuta bilərmi?
Piylənmə ömürü 8 il qısaldır
Gənc analara tövsiyələr
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
İnternetdə neçə dildən istifadə olunur?
Koronavirusla bağlı şayiə yayanlara müraciət
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Adriana Lima Metinin yalanını üzə çıxardı
Biskvitli pirojna (foto-resept)
Fərqlilik axtaranlar üçün qeyri-adi aksesuarlar
Qadın.Netlə birlikdə hamiləlik (XVI həftə)
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
Monika Belluçi sadəliyi ilə VALEH etdi
Apple 302 milyon dollar cərimələbdi
Rusiyada koronavirusun müalicəsinin yeni üsulu tapıldı
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Azərbaycanda həkimlər niyə pis yazır? - SƏBƏB BİLİNDİ
Xanımı ilə barışmaq üçün 2 milyonluq hədiyyə aldı-FOTO
Rami Malekdən FOTOsessiya
Bekhem son 3 ayda 6 sevgili dəyişdi
Qadın şəkilli dollar...
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bakının "Qış cəhənnəmi"
Acı bibərlə bağlı yeni faktlar
Britni Spirsin anası qətldə günahlandırılır-FOTO
Metin Hara həbs oluna bilər-SƏBƏB
May ayı üçün gözlənilən hava proqnozu
Günün qoroskopu:Tələskənliyə yol verməyin
Mercedes BMW X6-ya qarşı
"Çernobl"da şəkil çəkdirdi, tənqid olundu-FOTO
Cansu Dere villası sayəsində onlarla qonşu oldu
Saç düzümləri
BÜRCLƏR bizə nə vəd edir? -25 MAY
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
Tovuzu su basdı
İNANILMAZ FAKTLAR: O dünyadan qayıdan 9 adam - FOTO
Ermənistan Xudavəngin eksponatları ilə sərgi keçirir - Nazirlikdən BƏYANAT
Sabah küləkli gün olacaq
Whatsapp-dan daha bir YENİLİK
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Can Yaman və Demetin gecə görüşü -FOTO
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
Bakının havası - sıfır
Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən VACİB TÖVSİYƏ
Xərçəngə meydan oxuyan pilot xanım sirləri açıqladı














