Qoç - Günün ilk yarısında xırda problemlər nigaranlıq yaradacaq. Çoxdan bəri həllini tələb edən məsələ yenidən gündəmdədir. Tələsik davranmayın, düşünülməmiş qərarlar verməyin. Ünsiyyətdə əsla qarşı tərəfə təzyiq göstərməyin.
Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin.
Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın.
Axşam saatlarında planlar qəflətən dəyişə bilər.
Buğa - Emosional, gərgin gündür. Şəxsi planlarınızı reallaşdırmaq üçün müstəqil çalışaraq tək qala bilməyəcəksiniz. Yaxınlarınız sizdən diqqət gözləyirlər. Ailə üzvlərinin yardım istəklərinə soyuq yanaşsanız, münaqişə istisna deyil. Situasiyaya bir qədər fərqli baxın.
Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır.
Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin.
Emosional baxımdan stabil olun. "Arxa cəbhə"ni hazırlayın.
Axşam saatlarında əyləncəyə yollanın.
Əkizlər - Bilik və bacarıqlarınızı tam nümayiş etdirin. Ətrafınızdakı insanlar sizdən təşəbbüskarlıq, təşkilatçılıq bacarığının izharını və ümumi məqsədlərə çatmaq üçün pozitiv davranış gözləyirlər. Əhvalınızda kəskin dəyişikliklər ola bilər.
Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar.
Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır.
Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin. Sürətli və dürüst qərarlar qəbul etməsəniz, vəziyyətə nəzarət imkanlarını əldən verəcəksiniz.
Xərçəng - Diqqət mərkəzində olacaqsınız. Narahatlıq və təlaşa qapılaraq fəsadları ağır ola biləcək səhvlərə yol verməyin. Emosiyalarınızın izharı üçün əlverişli vaxtdır.
Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Sözlər indi hisslərin düşmənidir. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin.
Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Emosiyalar sizi gərəksiz əşya almağa sürükləyə bilər.
Şir - Emosiyalarınız artacaq, hissləriniz aktivləşəcək. Öz mövqeyini absolyut həqiqət sayan insanlarla ehtiyatlı davranın. Yalnız peşəkar fəaliyyət müstəvisində mübahisələr etmək olar. Gərəkli məlumatı arayın, mürəkkəb məsələləri həll edin. İntellektual məsələnin çözümü zamanıdır.
Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Fiziki iş üçün əlverişli zamandır. Məqsədə mümkün qədər tez, sürətlə çatmaq üçün daha fəal olun.
Ailəniz sizə dəstək olacaq. Ümumi problemin həllinə başlayın.
Qız - Eyni vaxtda bir neçə işə başlamayın. Yalnız təcili həll tələb edən, cari məsələlərlə məşğul olun. Gecikmə, təxirəsalma, çalışdığınız insanların qeyri-dəqiqliyi istisna deyil.
Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin.
Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək.
Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.
Tərəzi - Hadisələrə süni təkan verməyin. Spontan olayların məcrasında hərəkət etməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın.
Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz.
Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər.
Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin.
Əqrəb - Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın.
İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin.
Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin.
Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.
Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər.
Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın.
Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.
Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.
Dolça - Daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.
Balıqlar - Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İrəvan Moskvadan bərk inciyib
Kişilərin sevdiyini göstərən əlamətlər
Cinsi problemlərə yol açan duyğular
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
Suriya baş naziri: "Savaşı qazanırıq"
18 dəbli manikür modeli
Valeriya Eminlə başlatdığı biznesindən danışdı
Ekspress xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək - RƏSMİ
Bəbir dərisi naxışı dəbi
Xərçəng xəstəliyindən qorunun!
Biz hər yerdəyik
Koalaların nəsli kəsilə bilər
Köhnə film ulduzların palto dəbi
İstanbulda "Lalə festivalı" keçirilib (VİDEO)
Danışan idman ayaqqabıları
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!
Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?
Yeni günə gümrah oyanmaq üçün
Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı
Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!
Günün qoroskopu: İşlərinizi qaydasına salın
Ailə tərbiyəsi necə olmalıdır?
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
Soyuq da gözəllik yaradır
Tətil sabahdan başlayır!
"Ronaldu və Messi hazırda dünyanın ən yaxşı futbolçularıdır"
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Bengü canlı yayımda ağladı-VİDEO
Ramazan ayı ilə əlaqəli mədə xəstələrinə tövsiyələr
İlham Əliyev Almaniyada
“Yeşilçam”ın aktyoru vəfat etdi
Qaranlıqdan qorxan uşağa necə davranmalıyıq?
Culiya Roberts 45 kq oldu-FOTO
O mükəmməl bədən kimindir?
Kəsmikli alma piroqu
JeepВ® Compass yeniləndi
Sukeçirməz, ağıllı qolbaq
Qreypfrutun faydaları və zərərləri
Hande Erçelin FOTOsu səs-küy yaratdı
Peruda YADPLANETLİLƏRİN cəsədləri aşkar edildi
Almaniya haqqında maraqlı faktlar
Uşaqlarınıza kitab oxuyun
Çuğundur salatı (foto resept)
Hava ilə bağlı XƏBƏRDARLIQ
Ən yaxşılar seçilir
Son 50 ildə görünməmiş həddə qar yağıb
Azərbaycanda 9 May














