Sosial yaşamınızdakı dəyişikliklər və texnoloji inkişaflar gecənin də artıq gündüz kimi yorğun bir şəkildə keçməsinə yol açır. Bu vəziyyət, yuxu keyfiyyətini pozur, enerjini azaldır, duyğusal vəziyətə və sağlamlığa mənfi təsir edir. Gün ərzində düşünmə, diqqət cəmləmə və problem həll etmə kimi bacarıqları məhsuldar istifadə edə bilmək üçün "yuxu gigiyenası"na diqqət göstərməmək mənfi təsir göstərir. Memorial Ankara Xəstəxanası Psixiatiriya Bölməsindən həkim Levent Sütçigil, yuxu üçün diqqət edilməsi lazım olanlar haqqında məlumat verdi.
Yuxu keyfiyyətindəki azalma hormon sistemini də pozur.
Bir çox insan zaman-zaman yata bilmədiyindən ya da gündüz yuxulu hiss etdiklərindən şikayətlənirlər. Bu vəziyyət davamlı hala gəlir və günlük yaşama mənfi təsir etməyə başlayırsa, bunun bir pozuqluq ola biləcəyi düşünülür. Yuxu keyfiyyətinin pozulması sağlamlığa təsir edir.Yuxu pozulmasını 3 qrupa bölmək olar. Bunlar "insomnia" olaraq adlandırılan yuxuda azalma, "hipersomnia" olaraq adlandırılan yuxuda artma və "narahat ayaq sindiromu", "yuxu apnesi" kimi yuxunun təməlinin pozulduğu vəziyyətlərdir.
Bu əlamətlərə diqqət
Yuxu pozulmalarının keçici ya da müalicə edilməsi lazım olan bir vəziyyət olub-olmadığını anlamaq üçün əlamətlərə diqqət etmək lazımdır.
- Gün ərzində bir və ya birdən çox yuxulu olma halı, halsızlıq, əsəbilik və narahatlıq
- Oturarkən, televizor izləyərkən ya da oxuyarkən asanlıqla yuxunun gəlməsi
- Avtomobil sürərkən diqqət cəmləmə, yuxulu hal ya da yorğunluq hissi
- Diqqəti cəmləmədə çətinlik
- Sıx-sıx "yorğun görünürsən" kimi sözlər eşitmək
- Hərəkətlərdə yavaşlıq
- Duyğuları ifadə etməkdə çətinlik
- Gün boyunca yatmaq istəyi
"Yuxu gigiyenası"na riayət etməklə daha rahat yatmaq mümkündür.
Yuxu vərdişlərini müsbət istiqamətdə dəyişdirmək və bunları mümkün olduğunca nizamlı şəkildə etmək uzun müddətdə yuxu keyfiyyətini artıracaqdır.
- Həftə sonları da daxil olmaq üzrə yatma və qalxma saatlarını mümkün olduğunca eyni edin.
- Yuxu üçün özünüzə kafi zaman ayırmağa çalışın. Ehtiyac duyulan yuxu müddətini insanlar arası fərqliliklər göstərsə də, ertəsi gün gümrah oyanmaq üçün ehtiyacınız olan ortalama yuxu müddəti 7-8 saatdır.
- Yataq otağınızın qaranlıq, səssiz və sərin olmasına diqqət edin.
- Yatmadan əvvəl ilıq bir duş qəbul edin ya da kitab oxumaq kimi vərdişlər inkişaf etdirin.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
