Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Hüseynov Trend-ə bildirib ki, intizam məsuliyyəti yalnız işçi intizam xətası törətdikdə yarana bilər. Belə ki, işəgötürən, işçi vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.
Onun sözlərinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.
Hüseynov bildirib ki, Əmək Məcəlləsində intizam tənbehinin töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, işdən çıxarma kimi növləri müəyyən edilir:
"İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunan intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır".
Hüquq məsləhətçisi qeyd edib ki, intizam tənbehi verilməzdən öncə işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir:
"İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir".
Vəkilin sözlərinə görə, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən, yaxud da işəgötürən tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən verilə bilər.
Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verildiyini deyən hüquqşünas bildirib ki, intizam tənbehi işçiyə, işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz:
"İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir".
Vəkil qeyd edib ki, intizam tənbehi əməlin aşkarlandığı vaxtdan 1 ay müddətində verilə bilər.
İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur:
"İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir".
Hüuq məsləhətçisi qeyd edib ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Qadın.net xanımlarının Sevgi hekayəsi -4 (son)
Bakıda İlaxır çərşənbə bayramı keçiriləcək
"Eurovision 2016"nın qalibi müəyyənləşdi
Kartof pizzası (foto-resept)
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Qərbi şoka salan hadisəyə mövqe
Parazitlər artır, həkimlər azalır?
Susuz qalan bədəni necə canlandırmalı?
Qapanma ilə bağlı əldə edilən nəticələr nə zaman bəlli olacaq?
İlk peşəsi müəllim olan məşhurlar
Xocalı soyqırımının iştirakçıları axtarışa verildi
İlham Əliyev Vatikanda Qarabağı gündəmə gətirdi
Azərbaycanda əmək kitabçaları ləğv olunur
Həccə gedən Azərbaycan zəvvarlarını həkimlər müşayiət edəcəklər
Çox az insanın dinlədiyi gizli müəllim
Avokadonun faydaları
Şuşaya ruhani dönüş: İllər sonra ilk cümə namazı qılındı - VİDEO
Dünyanın ən iri akulası
Diqqət! Diqqət! Danışır Bakı!
Cazibədar don modelləri
İlham Əliyevdən külək elektrik stansiyasının tikintisi ilə bağlı SƏRƏNCAM
Dollar yenə ucuzlaşdı
Ukraynada müharibə dayanacaqmı?
Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM
Şuba salatı (foto resept)
Bəzi dərmanlar uşaqlarda karlığa və dovşandodaqlığa səbəb olur
Dünyanın kənarındakı vulkan püskürdü: aləm külə büründü
Tez qırılan saçlar üçün 3 maska
Məşhur repçi həbs olundu
Bakıda güzəştli mənzil almaq istəyənlər tələyə düşdü
HAVA necə olacaq? 10 İyul
Qabarıq ətək modelləri
Rəngarəng şərflər
Rayonlara gediş-gəlişin bərpası yalnız bu halda mümkündür
Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?
Yer üçün təhlükə: sentyabrın 1-də...
Çiyələkli brauni (foto-resept)
Koronavirusla bağlı son STATİSTİKA
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
HTC Desire 626 satışa çıxarıldı
Sinem Öztürk ekizlərinə qoyacağı adları açıqladı-FOTO
Neftin qiyməti düşüb
Avropada köklük əlilliyə bərabər tutula bilər
Gecə eyni saatda oyanmağın səbəbləri
Xaçmazlı MMA döyüşçüsü dünya çempionu oldu
Facebook ən yaxın "Wi-Fi" ötürücüsünü tapmağa başladı
Normal yuxu orucu asanlaşdırır
"Beatles"ın "beşincisi" öldü
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
- ŞƏRHLƏR