Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər "chek-up" olmayan işçi ilə işləmək istəmirlər.
Xəstəliklərdən qorunma və erkən diaqnoz məqsədi ilə edilən analizlər toplusuna "chek-up" (çekap) deyilir. "Çhek-up" vasitəsi ilə hər il dünyada xərçəngin erkən diaqnozu qoyularaq daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur. Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən "chek-up" vasitəsi ilə yaxa qurtarmaq mümkündür.
"Chek-up" nədir?
"Chek-up" ÜST-ün hazırladığı diaqnostika proqramıdır. İki formada həyata keçirilir - ümumi və fərdi. "Chek-up" əsasən, kardioloji, uroloji, şəkərli diabet, qastroenteroloji, hamilə qadınlar üçün, uşaqlar üçün və ginekoloji olur.
"Chek-up" proqramına həm analizlər, həm USM müayinələri daxildir. Eyni zamanda bu müayinə növünə konsultasiyalar da daxil edilir. Terapevt, ginekoloq, uroloq, nevroloq, kardioloq, oftalmoloq, mammoloq məsləhəti da buna daxildir. O ki qaldı klinik-laborator müayinələrə, qeyd edək ki, "chek-up" daxilində konkret olaraq analiz və müayinələrin sayı müəyyənləşdirilməyib. Bu, pasiyentin öz istəyi ilə bağlıdır.
Özəl tibb müəssisələrində "chek-up" bahadır?
Özəl Diaqnostika Mərkəzlərinin birindən aldığımız məlumata görə, qanın ümumi analizi, nəcisin və sidiyin analizi, exo-kardioqramma, USM, rentgen və terapevtin məsləhətləri minimum "chek-up" paketində mütləq olmalıdır. Bütün bu müayinələr üçün isə 100 manat tələb olunur. Əgər pasiyent başının xüsusi rentgenini tələb edirsə, bu "chek-up" müayinə paketinə görə ödənilən məbləğdən əlavə xərc tələb edəcək. Başın rengeninə görə siz 26 manat ödəməli olacaqsınız. Ümumilikdə normal bir "chek-up" müayinəsi üçün minimum 100, maksimum 250 manat tələb olunur.
"Chek-up"ın fərdi olması pasiyentə sərfəlidir?
Nəsrəddin Tusi adına Klinikanın baş həkim müavini Nigar Rzayeva deyir ki, klinikada hər bir pasiyent üçün individual "chek-up" təyin edilir: "Analizlərin sayı xəstənin yaşından, cinsindən və şikayətlərindən asılıdır. "Chek-up" müayinəsi üçün konkret ödəniş deyə bilmirik, bu, 50 manat da ola bilər, 500 manat da. Qeyd etdiyim kimi hər pasiyentə görə "chek-up" fərqli olur".
Qeyd edək ki, dünyada "chek-up" üçün ödənilən orta qiymət 250 dollar civarındadır. Bu analizlərin sayından asılı olaraq nisbətən az və ya çox ola bilər.
"Chek-up" etdirən yalnız xarici şirkətdə işləmək istəyənlərdir
Respublika Klinik Xəstəxanasının həkimi Samirə Allahverdiyeva isə deyir ki, Rusiyada "chek-up"ın qiyməti bizim pulla 900 manatdır, çünki bu, ümumi "chek-up" proqramıdır: "Bizim diaqnostika mərkəzlərində "chek-up" təhlil və test sayına və cinsə görə dəyişir. Bu cür "chek-up"ların orta qiyməti 250 dollardır. "Chek-up" daha çox məcburi edilir, çünki ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər "chek-up" olmayan işçi ilə işləmək istəmirlər. Bu səbəbdən də Azərbaycanda barmaqla sayılacaq qədər az "chek-up" müayinəsi aparılır. Amma qeyd edim ki, bu şirkətlər maksimum "chek-up" müayinəsinə ehtiyac duymurlar, onları maraqlandıran əsas bir neçə xəstəliyin müayinəsini tələb edilər. Bu şirkəti yoluxucu və təhlükəli xəstəliyi olan işçilərdən qorumaq üçündür".
Pasiyent: ""Chek-up" həyatımı qurtardı"
Ölkəmizdə "chek-up" müayinədən keçən çox az adam olduğundan özəl klinikaların birindən pasiyentləri ilə əlaqə yaratmağa kömək etmələrini xahiş etdik. Pasiyentin də razılığını aldıq və Xatirə Süleymanova bizə öz əhvalatını danışdı: "Ailənin yeganə qızı olmuşam, anam və atam necə deyərlər, "gözlərinin yağını" da mənə yediriblər. Səhərdən axşama kimi mətbəximizdə yağlı, şirin, ləziz nə varsa, hamısının dadına baxırdım, heç vaxt kökəlməyimdən narahatlıq keçirmirdim. Ailə qurandan sonra həyat yoldaşımla bir idman klubuna üzv olduq və davamlı idmanla məşğul olduq.Bir gün klubumuzun keçirdiyi bir yarışa qatılmaq üçün müraciət etdik, bizdən sağlamlığımız və yarışa yararlı olmağımız barədə "chek-up" tələb edildi və biz də "chek-up" müayinəsinə getdik. Qanımdakı xolestrol və şəkər təbii ki, normal deyildi, bu uzun illərdir yanlış qidalanmağımın nəticəsi idi. Amma "chek-up" mənim ürəyimdə problem olduğunu göstərdi, halbuki heç vaxt ürəyimdən şikayətim olmayıb. Kardioloqla görüşdük və bildirdi ki, bu, gizli gedən və insanı narahat etməyən təhlükəli bir problemdir. Ürək divarında qalınlaşma və piy əzələsi yaranırmış. Əgər "chek-up" etdirməsəydim, qəfil bir ürək tutması keçirmə ehtimalım yüksək idi".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Süd və süd məhsullarının faydaları
Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
Avropa Birliyi Türkiyədəki istefalardan narahat olub
Avropada yeni terror dalğası
Günün qoroskopu: Xoş xəbər eşidəcəksiniz!
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB
Məşhur tarixçidən Meqan Markl barədə - İlginc sözlər
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
Eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər koronavirusa yoluxdu
Koronavirusun necə yayıldığını görmək üçün konsert təşkil edəcəklər
Sadə rulet (foto resept)
Cəbhədən xəbər var
Ed Şiran şok məbləğə 27 əmlakın sahibi oldu-FOTO
Yürüş üçün Honda
Azərbaycan klublarının reytinqi açıqlandı
Ürək peçenyesi (foto resept)
Alkoqol yaraların sağalmasına mane olur
Enerji içkiləri ilə bağlı Yeni Qaydalar - Təsdiqləndi
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb - VİDEO
İt tarixdə ilk dəfə pilot vəsiqəsi aldı
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Çay evlərində ömrünüzü çəkirsiniz?..
HAVA Xəbərdarlığı!-18 dekabr
Dünya alimlərindən şok elmi nəticə!
Qafqaz qorxunc virusun təhlükəsi altında
Bakı metrosu reklamsız qalır?
WhatsApp-la bağlı sirr açıldı
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Kruasan-Fransa mətbəxindən (foto resept)
YUNESKO-nun Baş Qərargahında "Arşın mal alan" operasının 100 illiyi qeyd olunacaq
Bakının boş küçələri
Sadə qələmlə çəkilmiş şəkillər
Tovuz atəşə tutuldu
Duz istifadəsini azaltmaq üçün tövsiyələr
Milyarder yeni kosmik aparat hazırlayır
Praqa tortu (foto resept)
Üç müğənniyə “Xalq artisti” fəxri adı verildi - Sərəncam
Amerika İsraili hədələdi
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Qəribə, lakin faydalı məsləhətlər
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib
Məşhur model 14 yaşlı qızını zorla əməliyyat etdirir-FOTO
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO
"Məni tək burax" sviteri
"Tom və Cerri"nin yaradıcısı öldü
Manat möhkəmləndi
Buraxılış imtahanlarında "2" alan şagirdlərin sayı açıqlandı
Prezident onu vəzifədən AZAD ETDİ
Prezidentin köməkçisi: “Araik Artunyan cəzasını aldı”
- ŞƏRHLƏR