Qadin.NET / Hərbi çağırışa start verildi

Hərbi çağırışa start verildi

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi xidmətə yola salma mərasimi keçirilib. Mərasimdə hərbi xidmətə yola düşən çağırışçılarla yanaşı, onların valideynləri, yaxınları da iştirak ediblər. Çağırışçı gənclər şən əhval-ruhiyyə ilə hərbi xidmətə yolla salınıblar.Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, çağırış yaşı çatan gənclərin həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Şəmkir rayonundan bir qrup çağırışçı bu gün müxtəlif hərbi hissələrə göndərilib.Göygöldə isə bu münasibətlə təntənəli mərasim keçirilib.Oktyabr ayının birindən başlamalı olan gənclərin həqiqi hərbi xidmətə çağırış kompaniyası ölkədə keçirilən prezident seçkiləri ilə əlaqədər bir qədər yubanıb. Kampaniyaya bu gündən start verilib. Çağırışın ilk günü olmasına baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində canlanma yaşanır.Əvvəlki mərasimlərdən fərqli olaraq bu dəfə bir qədər gec başlaması çağırışçılarda heç də ruh düşkünlüyü yaratmayıb. Şəmkir rayonunda təşkil olunan mərasimdə əsl çoşqu yaşanır.Xidmətin Şəmkir rayon Şöbəsində çağırışçıların vaxtında hərbi hissələrə çatdırılması üçün təlimata uyğun bütün tədbirlər yerinə yetirilib. Həmişə olduğu kimi bu dəfə də çağırışçılar əvvəlcə bölmədə həkim nəzarətindən keçirilirlər. Sağlıq durumu ürək açan gənclər bir qayda olaraq bölgü üzrə hərbi hissələrə yola salınırlar.Çağırışçılar kimi valideynlər də bir qədər həyəcanlı görünürlər. Buna baxmayaraq onlar övladlarının düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəklərinə əmin olduqlarını bildirirlər.Göygöl rayonunda da çağırışçı gənclərin təntənəli yola salınma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Mayıl Şahverdiyev gənclərə xoş niyyət və arzularını səsləndirib. Onları hərbi xidmətdə ayıq-sayıq olmağa səsləyib. Tədbirdə söz alan şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları orduya göstərilən dövlət qayğısından geniş bəhs ediblər. Günbəgün qüdrətlənən ordunun düşmənə layiqli cavab verməyə hazır olduqlarını vurğulayıblar.Yola salma mərasimi toy bayramla davam edib. Çağırışçıların hərbi xidmətə getməsi münasibəti ilə qurbanlar kəsilib. Daha sonra gənclər milli musiqilərin sədası ilə hərbi hissələrə yola salınıblar. Qeyd edək ki, ölkə ərazisində gənclərin həqiqi hərbi xidməti çağırış mərasimi ayın sonunadək davam edəcək.

 

Mənbə: Milli.Az

10 oktyabr 2013
GO BACK