
Stress orqanizmdə əsəb sisteminin normal vəziyyətdən kənara çıxması prosesidir. Stressin o qədər çox formaları var ki, buna tərif vermək çox çətindir. Hər bir insan stressi müxtəlif formada qəbul edir. Vəziyyətə görə stress həm faydalı, həm də zərərli ola bilər. Performansımız üçün bizi motivasiya edirsə və həyatımızda müsbət dəyişikliklərə gətirib çıxarırsa, bu stress faydalıdır. Stress olmasaydı, həyat darıxdırıcı, sıxıcı olar və heç bir şəkildə biz rahat yaşaya bilməzdik.
Psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, stress yuxu rejimini tarazlayan serotonin və melatonin hormonlarına təsir edir və bunun nəticəsində yuxusuzluq problemi yaranır. Yuxusuz qalmaq isə baş ağrısı, təzyiq balanssızlığı, həzm problemləri və immunitet sisteminin zəifləməsi kimi simptomlarla sosial həyatda problemlər yaradır.
"Stressi ümumiyyətlə iki kateqoriyaya ayıra bilərik - xəbərdar edən və ya reaksiya. Başımızdan keçən bir vəziyyət və ya hadisə nəticəsində stress bizi xəbərdar edə bilər. Bu hadisə avtomobil qəzası, iş yerində mübahisə, işini itirmə və ya sevdiyiniz bir adamın ölməsi kimi, fiziki və ruhi bir vəziyyət ola bilər. Stress eyni zamanda bizim bu hadisəyə qarşı ruhi və ya fiziki reaksiyamız da ola bilər".
Psixoloq bildirir ki, stress özünü sabit fikirlər, narahatlıq, qorxu, kədər, əsəbilik, hirslilik, davamlı unutqanlıq, təklik, diqqət əskikliyi, qərarsızlıq, ümidsizlik, yuxusuzluq, kabus görmə, depressiya və son olaraq intiharla büruzə verir. Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, əzələ spazmı, baş ağrısı, miqren, diş qıcatma, yorğunluq, halsızlıq, qəbizlik, ishal, həzmsizlik, xora, titrəmə, astma, yüksək təzyiq, sürətli nəfəs alıb vermə baş verir.Müsahibimizin dediyinə görə, stress ürək xəstəliklərinin, xərçəngin, tənəffüs yolları xəstəliklərinin, oynaq iltahablarının, mədə-bağırsaq pozuntularının, yuxusuzluğun, psixoloji narahatlıqların (depressiya, intihar), psixomatik narahatlıqların, dəri xəstəliklərinin, xroniki ağrı və sancıların başlıca səbəblərindən biridir. Bütün bu xəstəliklərin tək səbəbini stressə bağlaya bilmərik. Ancaq stressin bu xəstəliklərin meydana gəlməsindəki əhəmiyyətli rolunu da unutmaq olmaz.Bir çox ölkədə stress ürək xəstəliklərinin öndə gedən səbəblərindən biridir. Narahatlıq, qorxu və hirs insanı ürək xəstəliklərinə daha tez yaxalayır. İsveçrədə aparılan bir araşdırma zamanı infarkta səbəb olan damar sərtləşməsinin əsas səbəbinin stress oduğu məlum olub. Belə ki, stress testləri edilən xəstələrin damarları daralıb, qan axını azalıb, təzyiqləri artıb və ürək atış ritmi yüksəlib. Kiçik diametrdə yaşanan gündəlik streslər insanı pessimizmə, əsəbiliyə və yorğunluğa gətirib çıxarır. Stress xronikiləşməyə başladığı zaman, stress hormonları depressiya, həyacan kimi davranış pozuntularına, hətta yaddaş itkisinə səbəb ola bilər.
"Stresdən uzaq olmaq üçün yatmadan əvvəl bitki çayları içmək lazımdır. Saat 19.00-dan sonra yemək yeməyin. Qəhvə və kola kimi kafein tərkibli, xəbərdarlıqçı xüsusiyyəti olan içkilər içməyin. Stress anında bədənimiz, daha az adrenalin ifraz edir. Bu əskiklik xüsusilə baş ağrısı və miqren mövzusunda həssas olanlara təsir edər. Stressin verdiyi adrenalin əskikliyini ödəmək üçün idman etmək məsləhətdir. Nizamlı məşq beyin damarlarına gedən oksigeni tənzimləyir və stress anında meydana gələn baş ağrısı riskini azaldır".
Stresli mühitlər immunitet sistemini yavaşlatdığı üçün xəstəlik və mikroblara qarşı mübarizə gücünü də azaldır. Bunun nəticəsində insan özünü davamlı halsız və yorğun hiss edir. Bol tərəvəz və kivi, portağal, C vitamin ilə zəngin meyvələr stressin qarşısını alır. Stress zamanı adrenalinin azalması həzm sisteminin də yavaşlamasına səbəb olur. Yediyimiz yeməklərin yavaş həzm edilməsi mədə sancıları, qaz və bulanma şikayətlərini artırır. Bunun qarşısını almaq üçün isə lifli qidalar və prebiotik tərkibli yeməklərə üstünlük vermək məsləhətdir.
Psixoloq deyir ki, stressə düşmüş insanlar çox zaman bu vəziyyətdən çıxa bilmədikıəri üçün ruhi vəziyyətləri pozulur və intihara əl atırlar. İntihar çox zaman stressə düşmüş insanların son çarəsi olur. F.Məmmədzadənin sözlərinə görə, belə hadisələr ən çox qış aylarında baş verir. Günəş şüalarının yetərli olmaması orqanizmi gücdən salır və sonradan baş verən hər hansı hadisə stressə yol açır.
Mənbə: Ekspress.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ölü şəhər: lüks villalar var, yaşayan yoxdur - FOTO
Sabahın HAVAsı
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Xama alarkən nələri bilməliyik?
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
Apple-in rəhbəri nə qədər qazanıb?
Mənə namaz necə nəsib oldu
Dünyanın ən ağıllı robotu Türkiyəyə gedir
Qatığın möhtəşəm faydaları
Qabartma tozunun ev şəraitində hazırlanması
Nikolas Keyc ilk dəfə bunu edəcək
Çiy balıq yeyən qadın balıqdan hamilə olduğunu öyrəndi-FOTO
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Hadisədən Ozan Güvən qalmaqalına sərt reaksiya
Dünyanın diqqəti Bakıda!
"Şən uşaqlar" - içlikli pomidorlar (foto resept)
Nazirlik ana ölümlərinin səbəbini AÇIQLADI
Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Azərbaycanda iqlim dəyişmələri insanların sağlamlığına necə təsir edir?
Evini zibilxanaya döndərənlər...
Dalğıc akulanı ölümdən xilas etdi-VİDEO
İt cinsləri və xarekterləri
Stallone ailəsinin karantin əyləncəsi - FOTO
Yumurta qabıqlarından necə faydalanmalı?
Moskva son illərin ən soyuq qışını yaşayır
COVID-19-a təkrar yoluxmanın başlıca səbəbi
"Baunti" şokoladlı keks (foto resept)
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bu gün Azərbaycanda Novruz bayramıdır
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Şahzadə Harri və Meqan Markl evlənir!
Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT
Nurgül Yeşilçay İran filmində - FOTO
Xoşagəlməz xatirələri beyindən silmək olacaq
Beynimizin oynadığı oyunlar
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Uzun ətəklər- 2012
Manikur
HAVA necə olacaq?
Hitlerin nifrət etdiyi dahilər
Yeni Türkiyə gözəli odur - FOTO
Toyuq əvəzinə aptek yeyirik?
Ən çox danışdığımız xarici dil ölür
İranda bu gündən dərslər başlayır
Hamlet Xanızadənin doğum günüdür
Sabah Bakının bu rayonunda QAZ OLMAYACAQ!
Bir gecəyə yolu oğurladılar
2018-in ən romantik Koreya serialları
Bu gün imam Mehdinin (ə) mövlud günüdür
Bu gün QAZ OLMAYACAQ-SƏBƏB















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]