Bəzi insanlar onlarda baş verən ürək bulanması, baş gicəllənməsi, ürək döyünməsi, təzyiqin qalxıb-enməsi kimi xoşagəlməz halları gözdəymə ilə əlaqələndirir. Doğrudanmı gözdəymə mümkündür? Mövzuyla bağlı həm psixoloqların, həm də din adamlarının fikrini öyrənmişik. Həkim psixoloq Adil Qeybulla bunu insanlarda mənfi və müsbət enerjilərlə izah edir ki, insanların gözlə ötürdüyü həmin enerji qarşıdakına müvafiq şəkildə təsir göstərir.
Əlbəttə, müsbət dəyişilkilər baş verərkən bunu qarşıdakının ötürdüyü enerji ilə izah etmirlər. Amma pis şeylər müşahidə olunduqda gözdəymə yada düşür.
Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurub ki «nəzər haqdır». Elə xalq arasında da bədnəzərin, gözdəymənin mövcud olmasına böyük inam var. Amma bütün bunların elmi baxımdan izahını vermək çətindir. Elm insan orqanizminə mənfi təsirin və ya hansısa digər hadisənin baş vermə səbəbinin pis gözlə deyil, müəyyən qanunauyğunluqlarla bağlı olduğunu göstərir. Bununla belə, Adil Qeybulla bildirir ki, insanların bir-birinə müsbət və ya mənfi enerji ötürə bilməsi təsdiqlənir: «Nəzərdə tutsaq ki, hər insan canlı enerji mənbəyidir. Onun ətrafında bioloji sahə var. Müxtəlif impulslar o bioloji sahələrdə müəyyən deffektlər yarada bilər ki, bu da insanın oriyentasiyasını poza bilər, səhhətində problemlər yarada bilər. Deyilənə görə, göygöz adamların gözündə daha çox dəymə olur».
Psixoloqun fikrincə, gözdəymə və ya bəd nəzərin fəsadları kimi qələmə verilən hadisələr insan beyninin qəbul etdiyi pis informasiya, mənfi enerji səbəbindən yarana bilər. Bu isə adamların əhval-ruhiyyəsinə, səhhətinə də öz təsirini göstərir: «İnsan xoşu gəlməyən adamla məclisdə olanda hətta arada xeyli məsafə olsa belə, narahat olur. Amma nəzərə alaq ki, onların gözü bağlı olsa bir-birlərini hiss edə bilərlərmi? Biz kənardan 6 analizator vasitəsilə informasiya alırıq, onlar beyində toplaşır. Hansısa xoşagəlməz informasiya olanda, o bizim kordinasiyamızda xeyli problem yarada bilər. Gözdəymə deyilən hal da bununla bağlıdır».
İnsanların hipnoza, təlqinə meylli olduğunu deyən psixoloq baş verən hadisələrin adamlar tərəfindən müəyyən təsəlli xarakterli məlumatlarla izah olunmasını təbii sayır. Belə ki, insan əsası tapılmayan hadisələr zamanı panikaya düşür və bunun günahını nədəsə axtarır. Ümid yeri isə müəyyən inanclardır. Gözdəyməni aradan qaldırmaq üçün üzərlik yandırmaq, duz çevirmək, göz muncuğu, dağdağan və s. talismanların gəzdirilməsi də məhz insanların inamı ilə bağlıdır. Elmi baxımdan bütün bunların mənfi enerjini və ya bəd nəzəri aradan götürməsi sübut olunmasa da, insan bunları etməklə sanki mənəvi cəhətdən rahatlıq tapır və bəd nəzərdən uzaqlaşdığını güman edir.
El adətlərinə görə, gözdəymənin qarşısını almaq üçün adamın başına üzərik atılır, duz çevrilir. Bütün adətlərimiz kimi, bu da bir elmi əsasa söykənir. Parapsixoloq Zahid Budaqlı deyir ki, duz, insandakı mənfi enerjini özünə çəkir. Gözdən qorunmaq üçün göz muncuğu da asılır. Parapsixoloqlar bəd nəzərin həqiqətən mövcud olduğunu bəyan etsə də, bu, elmi cəhətdən hələ öz tədiqini tapmayıb. Buna baxmayaraq, Zahid Budaqlının sözlərinə görə, bəd nəzərin nə demək olduğuna və onun insana necə təsir etməsinə dair müəyyən açıqlamalar var: «İnsan beynində bir mərkəz var və görmə mərkəzi ilə bərabər çalışır. İnsan ən çox təəccüb edərkən, o mərkəzdə qıcıq oyanır. Çünki insan bir şeyi görəndə, o beyinə gəlir və qıcıq zamanı orada aktiv enerji oyanması gedir və göz vasitəsilə bu enerji ötürülür. Bu enerji insanın üzərinə gələrkən, birinci onu əhatə edən auraya rast gəlir. Aura pozitiv bioenerji sahəsidir, gözdən gedən enerji isə mənfi, neqativ bir enrjidir. Onların toqquşması zamanı yanma baş verir və oradan həmin şüalar daxil olur insan vücuduna, orada bir dəlik açır».
Aura insan bədənini qoruyur və burada yaranan dəliklərin uzun müddət qalması ətrafdan gələn kosmik enerjinin insan bədəninə təmizlənmədən daxil olması ilə nəticələnir. İnsan bədəninə daxil olan həmin mənfi enerji isə onda xoşagəlməz hisslərin yaranmasına gətirib çıxarır. Parapsixoloqlar dəliklərin bir neçə günə, bəzən, hətta bir həftəyə qapandığını deyir.
Bədnəzərə qarşı mübarizə aparmaq üçün insanlar əsrlər boyu müxtəlif üsullardan istifadə edib. Məsələn, bəzi evlərin girişində qapıdan nal asıldığının şahidi oluruq. Zahid Budaqlı bunun xüsusi izahının olduğunu bildirir. Belə ki, insan müəyyən bir yerə gedərkən əvvəlcə onun nəzərini maraqlı bir əşya cəlb edə və onda təəccüb yarada bilər. İnsan həmin əşyaya baxarkən, onda olan mənfi enerjinin boşalması prosesi gedir. Bu əşyanın nal olması isə ora daxil olan mənfi enerjinin eyni sahədə nalın uclarına doğru sürətli hərəkətinə, uclarda isə enerjinin yanmasına gətirib çıxarır. Parapsixoloq Zahid Budaqlı deyir ki, bəzən nalı yerə bərkidirlər ki, gələn mənfi enerjini torpağa ötürsün: «İnsan beynində mənfi enerji tormozlayıcı təsir göstərir. Üzərlik beyin hüceyrələrini aktivləşdirir, onun sıxılma, tormozlama prosesini aradan qaldırır. İkinci, üzərliyin özü mübət enerjili bir bitkidir. O, mənfi enerjini özünə çəkmə qabiliyyətinə malikdir. Ona görə onu başa dolayıb yandırırlar. Həm beyinin tormozlanmaya məruz qalan sinirləri açılır, həm də insanın üzərində olan mənfi enerjini alır».
Bəd nəzərdən qorunmaq üçün bəzən insanın başından duz hərləyirlər. Parapsixoloqlar bunun da izahını duzun müsbət enerji sahəsinə malik olması ilə verir. Duzu insanın başından hərləyərkən o, bədəndə olan mənfi enerjini özünə çəkir. Sonra həmin duzu ocağın üzərinə atıb yandırırlar. Əgər insanda bəd nəzər olarsa, onda həmin duzda partlayışlar olacaq. Çünki mənfi və müsbət sahələr duz kristallarında yığılır və istidən genişlənən zaman orada partlayışlar baş verir.
Nəzərdən qorunmağın digər yolu isə bədənin gözlə görünən hissəsində gözmuncuğu gəzdirməkdir. Bu bəzək əşyası diqqəti öz üzərinə çəkərək mənfi enerjinin boşalmasına kömək edir. Parapsixoloq deyir, güclü nəzərdən hətta muncuqların partlamasının da şahidi olmaq mümkündür: «Bir də mənfi enerjini buraxmaması üçün nə edirlər. Bəzən evdən tikanlı budaqlar, əşyalar asılır. İnsan ilk öncə qeyri-adi bir şeyə baxır, o zaman nəzəri o tikana cəlb olunur. O tikan insana batma və ağrı vermə düşüncəsini gətirir və tikana baxanda insan bədənində və beyində sıxılma gedir. Neqativ enerjinin oyanma mərkəzi sıxılmaya məruz qalır və insanın enerji buraxma potensialı bağlanır.
Parapsixoloq bəd nəzərin xoş niyyətli insanlara daha tez təsir etdiyini deyir. Buna səbəb, onların tam müsbət sahədən ibarət, çox şəffaf auraya malik olmasıdır. Bu auraya tam mnfi enerji sahəsi təsir etdikdə orada alışma daha güclü olur.
İlahiyyatçılar islamda bəd nəzərin, gözdəymənin mövcud olduğunu təsdiqləyir. Amma bundan qorunmaq üçün əşyalardan istifadə etməyi düzgün saymır. Çünki Quranda yazılanlara görə, insanı ancaq Allah qoruyur. Dinşünas Elşən Mustafayev belə duşunur ki, insanlar buna inanmasalar da, bədnəzər dini baxımdan mövcuddur: «Bədnəzərdən ətrafdakı insanların həsədləri hansısa bir məsələyə yanaşması, paxıllıq etməsi, müəyyən bəd emosiyaların şər qüvvələrin konkret bir insan istiqamətinə yönəlməsi məsələsi var. Amma bundan qorunmağın da yolu var. Yeganə effektiv yolu şübhəsiz ki, dinimizin bizə öyrətdiyi kimi Allaha sığınmaqdır».
E.Mustafayevin sözlərinə görə, gözdəymədən qorunmaq üçün müəyyən əşyalara- üzərliyə, göz muncuğuna, talismanlara müraciət etmək düzgün deyil. Elşən Mustafayev bildirir ki, müqəddəs Quran məntiqindən çıxış etdikdə Allahı qoyub, hansısa bir əşyaya üz tutmaq bir növ bütpərəstlikdir. Müsəlman əqidəsinə görə, Allahdan başqa insanı qoruyacaq bir şey yoxdur: «Quranda olan bir sıra ayələr bir sıra surələr var. Məsələn Quranın son surələri İxlas, Fələk, Nas surələri hətta ərəb dilləri bilməyənlər öz dillərində götürüb oxuya bilərlər və Allaha üz tutub hər cür həsəddən, hər cür paxıllıqdan, nəzərlərdən, şeytanı qüvvələrdən Allaha sığına bilərlər. Quranda «İyyəkədü kəfəri» ayəsi var, hansı ki, bədnəzər üçün oxunmağı effektiv ola bilər. Heç Qurandan xəbəri olmayan da elə əlini açıb Allaha sığınar ki, «Allahım sənə sığınıram, sənə iman gətirirəm. Sən məni hər cür bəd nəzərdən, həsəddən qoru». O, həmçinin qəlbən Allaha sığınan insanın Allah tərəfindən qorunacağını və heç bir əşyaya üz tutmasına ehtiyac olmadığını bildirdi. İlahiyyatçının dediyinə görə, ümumiyyətlə Allahı insana yaxınlaşdıran müəyyən bir vasitələr var və bu vasitələrin başında Allaha olan ibadət dayanır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR