
Vaqif Əsədov: “Paytaxtın küçə və yolları, xüsusilə məktəblərə bitişik ərazilər nəzarətə götürüləcək”; Nazim Məcidov: “Bulvar həmişə olduğu kimi hamının üzünə açıqdır”.Artıq dərs ili yekunlaşır. Bu gün orta məktəb məzunları 11 illik təhsillərini başa vuraraq məktəblərdən ayrılacaqlar və “Son zəng” keçirəcəklər. Maraqlıdır ki, hər kəsin yaddaşında silinməz iz qoyan “Son zəng” mərasimi bu dəfə necə keçiriləcək?Təhsil Nazirliyi bu il son zəngin necə və harada keçiriləcəyi bağlı mətbuata açıqlama verib. Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Nazirlik yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib. Tövsiyələrdə bildirilib ki, “Son zəng” tədbiri bilavasitə təhsil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.“Son zəng” günü təhlükəsizlik tədbirlərinə gəlincə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Yeni Müsavat”a açıqlamasında “Son zəng” günü valideynləri daha diqqətli olmağa və maşınlarını nəzarətsiz qoymamağa çağırdı: “Biz hər il olduğu kimi bu il də ”Son zəng" tədbirinin keçirilməsi ilə bağlı xəbərdarlıq etmişik. Həmçinin tədbirlə bağlı müəyyən məlumatlar da vermişik. Birinci növbədə polis gücləndirilmiş iş rejimində xidmət aparacaq. Paytaxtın küçə və yolları, xüsusilə məktəblərə bitişik ərazilər nəzarətə götürüləcək. Hər il olduğu kimi, təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti yarandığından funksional vəzifəmizə aid olanlar tərəfimizdən həyata keçiriləcək. Ancaq sizin də vasitənizlə bir daha valideynlərə xəbərdarlıq edirik ki, azyaşlıları, xüsusən də özlərinə məxsus avtomobilləri nəzarətsiz qoymasınlar. Çünki fakt, təhlil, yol qəza hadisələri haqda tərtib edilmiş inzibati protokollardan görünür ki, bəzən valideynlərin övladlarına avtomobil idarə etmək şəraiti yaratması, yaxud uşaqların valideynlərdən gizli avtomobil sürməsi son nəticədə yol-qəza hadisəsi və ağır nəticələr ortaya çıxarır. Ona görə də bu baxımdan valideynlər diqqətli olsunlar və maşınlarını nəzarətsiz qoymasınlar. Çalışaq ki, təhlükəsizliyi birgə təmin edək".Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə bulvarda məktəblilər üçün heç bir məhdudiyyətin və qadağanın olmayacağını dedi: “Bulvar həmişə olduğu kimi, hamının üzünə açıqdır. Ancaq buna baxmayaraq, Bulvar İdarəsi bilir ki, belə günlərdə əhalinin sayı çox ola bilər. Ona görə də gücləndirilmiş iş rejimi ilə işləyəcək. Bu həm aparatın, həm müəssisələrin, həm də rəhbərlərin işlərinə aiddir. Bundan əlavə, biz mühafizə xidmətini də gücləndirəcəyik. Bizim işimiz ancaq odur ki, insanlara mədəni istirahət etmələri üçün xidmət göstərək”.Xatırladaq ki, bu il Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxt da dəyişdirilib. Belə ki, tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” mayın 30-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]