Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
İxtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalı avqustun 31-dən etibarən aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını da (pdf formatında) sabahdan etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kəsmikli-kişmişli piroq (foto resept)
Mükəmməl ziyafət donları
Ən maraqlı 6 psixoloji effekt
Ronaldonun 2 milyon avroluq saatı diqqət çəkdi - FOTO
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Təbii maskalar
Toyuq qutabı (foto-resept)
Məşhur ulduz Antalyada konsert verəcək
Cənub istiqamətində bölmələrimizin minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyyatdır - RƏSMİ
Məşhur cütlük evləndi-FOTO
19 yaşlı gənc elə rekord vurdu ki..
İspaniyanın ən gözəl şəhərləri
XƏBƏRDARLIQ: psixi sağlamlığa ən mənfi təsir göstərən şəbəkə bilindi
Bollivud aktyorları
İşgüzar xanımların seçimi
Kremldən Əliyev-Sarkisyan görüşü ilə bağlı açıqlama
İki məşhur instagramda dalaşdı-SƏBƏB
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Ərəblər bunu da etdilər
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Rahat yatmaq üçün üsullar
Xərçəng və qanqrenin yaranma səbəbləri sübut edildi
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır
"Əmək haqqı barədə banka arayış təqdim edən insanların kredit almasında heç bir problem yoxdur"
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
Uşaqlarda qızdırma, ishal, qusma hallarının yayılma səbəbi açıqlandı
Azərbaycan müdafiə naziri Türkiyəyə gedib
Günün ulduz falı
Sürücələrə: "Yolu unudun"
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı
İşğaldan azad edilən Cəbrayılın Əmirvarlı kəndindən reportaj - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Zövqə uyğun ayaqqabılar
Dişləri təbii üsullarla necə təmizləməli?
Bakıda 10 və 11-ci sinif şagirdlərinə hüquq dərsləri keçirilir
Arıqladan yay meyvələri
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
İlk görüşə nə geyinməli?
Toyuq salatı (foto-resept)
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Əl əməyim, göz nurum (2-ci hissə)
Azərbaycan həkimlərindən insanlıq dərsi...
“Diqqət!Ebola qızdırması”
Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ














