
Azərbaycan təhsil nazirinin "2015/2016-cı tədris ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmrinə əsasən, martın 5-dən ərizələrin elektron qeydiyyatı keçirilib.
ANS PRESS-in məlumatına görə, ərizəsi elektron qeydiyyatdan keçmiş vətəndaşların övladlarının sənədləri mayın 1-dən başlayaraq, hər bir müəssisədə təmsil olunacaq işçi qrup tərəfindən qəbul ediləcək.
Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş işçi qrup tərəfindən həyata keçirilir.
Məktəb direktorunun rəhbərlik etdiyi qrupun tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndələri daxildir.
İşçi qrup 2 mərhələdə fəaliyyət göstərir: I mərhələ 1 maydan 31 may tarixədək, II mərhələ isə 1 avqustdan 15 sentyabra qədər olan dövrü əhatə edir. İşçi qrupu sənədləri hər həftənin I-VI günləri (bayram günləri istisna olmaqla) saat 10:00-dan 15:00-dək qəbul edir.
I sinfə elektron ərizə verən valideyn şagird qəbulu üçün müvafiq sənədləri işçi qrupa təqdim edir. Təqdim edilən sənədlər tələblərə tam uyğun olduğu halda işçi qrup uşaqla tanışlıq müsahibəsi aparır. Müsahibə prosesində əsas diqqət uşağın fiziki və əqli inkişafının və təlim dilini (seçdiyi bölməyə uyğun) bilmə səviyyəsinin qiymətləndirilməsinə yönəldilməlidir. İşçi qrupun üzvlərində uşağın normal inkişafı barədə rəy formalaşdığı halda sənədlər qəbul edilir və valideynə bu barədə qəbz verilir. Uşağın hansı müəllimin sinfində təhsil alması barədə valideynin arzusu öyrənilir və bu haqda müvafiq reydlər edilir. Lakin valideynə hökmən izah edilməlidir ki, bu yekun seçim hesab edilə bilməz və şagirdlərin siniflərdə komplektləşdirilməsi yalnız avqust ayı ərzində həyata keçiriləcək.
İşçi qrupun fəaliyyətinin I mərhələsində sənədləri qəbul edilən şagirdlərin valideynlərinə övladının məktəbə qəbulu barədə qərarın mayın 31-də qəbul ediləcəyi və bu barədə elektron bildirişlərin SMS-lə telefonuna və ya e-mail ünvanına göndəriləcəyi barədə xəbərdarlıq edilir.
Orta məktəblərin I sinfinə bu ilin sentyabrın 15-nə 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, 16.09.2009-cu il tarixdən 31.12.2009-cu il tarixədək olan dövrdə anadan olan və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada müsahibədən uğurla keçmiş və Təhsil Nazirliyinin təşkil etdiyi məktəbəhazırlıq qrupunu uğurla bitirən uşaqlar qəbul olunur.
Qeyd edək ki, təhsil nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərlərinə uşaqlarını I sinfə qəbul etmək tapşırılıb.
Mənbə:ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda yollarda vəziyyət necədir?
Azərbaycanda bazarlar ləğv olunur
Hikmət Hacıyev: “Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raket sistemlərindən istifadə edib”
Sizə ən uyğun makyaj tərzi (Test)
Rayonlara gediş-gəliş bərpa olunsun, dərslər BU QAYDADA keçirilsin - TƏKLİF
Qocalmanı ləngidən və sürətləndirən qidalar
İnfarktdan ölmək istəmirsinizsə, bunlara əməl edin
Bakı 15 gəzməli şəhərdən biridir
Sabahın HAVAsı
İran prezidenti: "Urmiya gölündə suyun səviyyəsində 10 sm artım müşahidə olunur"
Badımcan turşusu (foto-resept)
Bakı metrosu "Qarabağ"a görə vaxtı uzatdı
“Bu il mənzil bazarında qiymətlərin artacağı gözlənilir ”
Bir peyvəndlə bütün qrip növlərindən qorunmaq mümkün olacaq
İlin ən uzun gecəsinə hazırsınız?
Qozlu brownie (foto resept)
Dünyanın ən gözəl və qeyri-adi meşələri
3D makiyaj sənəti
AKP Azərbaycanda da ən çox səs toplayan partiya oldu
Günün ulduz falı
İlin ən etibarsız parolları açıqlandı
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Bakteriyalar danışır!
Bir-birindən gözəl eyvan dekorasiyası
Ceki Çan koronavirusa görə karantinə alındı
Ariananın 13 milyonluq yeni malikanəsi - FOTO
Polislərə Google Glass paylandı
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
Qayaları birləşdirən mühəndislik möcüzəsi
Cenifer Lopez ideal çəkidə qalmaq üçün nə edir?
Hava haqqında - 10.02.2014
İnsanlar darıxanda
Dəbdə olan ətirlər
Lionel Messini siyasətə alət etdilər
Microsoft planşetləri ucuzlaşır
300 min avroluq futbolçu Azərbaycandan təklif alıb
Qeyri-adi analar
Şəkər əvəzinə nə istifadə edək?
Zolaqlı şəkil hazırlama qaydası
Şuşa döyüşlərində yaralanmış XTQ döyüşçüsü Zaqatalada coşqu ilə qarşılandı - VİDEO
R.T.Ərdoğan Demet Akalına zəng etdi-SƏBƏB
Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi
Ölən Ərinin Maketi ilə Dünya Səyahətinə çıxdı-FOTO
DASH pəhrizi
Çox idman etmək yağ yandırmağınıza mane olar
Kağız halva (4)
Uşaq otağı dizaynı
En faydalı yağlar
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
İranın baş məşqçisi istefa verdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]