Güclü biosahə - yaxşı sağlamlıq, yüksək özünü qiymətləndirmə və inkişaf etmiş bio-enerji deməkdir. Məhz bu keyfiyyətlərin olmaması uğur əldə etməyə imkan vermir. Buna baxmayaraq, ideal biosahənin 7 əlamətinə diqqət yetirməklə enerji müdafiəsini inkişaf etdirmək olar.
İstənilən insanın energetikasını uğura kökləmək olar. Biosahəyə diqqətlə nəzər salmaqla, öz üzərində işi hansı istiqamətdə aparmaq lazım olduğunu müəyyən edə biləcəksiniz. Onu da qeyd edək ki, energetikası güclü olan insanların xüsusi və ciddi təlimlərə ehtiyacı yoxdur.
Enerji baxımından güclü şəxsiyyətin 7 əsas əlaməti var. Aşağıdakı bəndlərdə özünüzü tapa bilmirsinizsə, amma onlar sizə tanışlarınızı və ya hər hansı TV ulduzunu xatırlatdırsa, belə insanlara yönəlməyə dəyər. Onlar kainatın ünsiyyət kanalı vasitəsilə aldıqları müsbət enerjini sizə də ötürə bilər. Əgər ətarfınızda güclü insanlar olarsa, həyatın hər hansı bir sahəsində uğur qazanmaq şansınız daha yüksək olacaq.
Enerji nədir və onu necə artırmaq olar?
İstənilən canlı orqanizm xüsusi bir auraya sahibdir. İnsanlarda bu, xüsusilə güclüdür, çünki biz ağıllı varlıqlarıq və ətrafımızdakı dünyanı dəyişə bilərik. Biz dünyayı öyrənə və kainatın yaranma çələngi ola bilərik. Şərq fəlsəfəsində insanın çakra deyilən 7 enerji mərkəzinə malik olduğuna inanılır.
Kainat bizə məqsədə doğru getməyə, arzu və bacarıqlarımızı yerinə yetirməyə kömək edir. Əgər orqanizm buna köklənməyibsə, o zaman uğur sizi həmişəlik tərk edə bilər. Energetikanı yüksəltməyin ən yaxşı yolu kainat qaydalarını qəbul edib dünya ilə birləşməkdir. Kainat qanunlarına əməl etsəniz, ali məqsədlərinizə daha tez çatarsınız. Məsələn, işin yekun nəticəsini daha çox düşünsəniz, daha çoxuna nail olmaq şanslarınız daha çoxdur. Müsbət hadisələr haqqında nə qədər çox düşünsəniz, həyatdan bir o qədər çox zövq alacaqsınız.
Enerjini nə yüksəldir və artırır?
Sağlam həyat tərzi
Siqaret, alkoqol və həddən artıq işləmək nəinki biosahə ilə əlaqəni məhv edir, həm də şüuru pozur və dünyanın effektiv görmək qabiliyyətlərini kütləşdirir.
Affirmasiya (müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılması)
Təsirini artırmaq və yenidən müraicət etmək üçün üçün onlardan bəzilərini həftənin bəzi günlərinə bölmək olar. Onlar özünüzə inanmağa və beyni radio kimi istənilən dalğaya tənzimləməyə imkan verəcək.
Mərasim və ayinlər
Energetika təbiətin törəməsidir, odur ki, onunla öz dilində ünsiyyət saxlayın. Lazımlı energetika zonalarını aktivləşdirmək üçün müxtəlif günlərdə və ya bayramlarda mərasimləri düzgün yerinə yetirin.
İşarələrə əməl edin
Qara pişiyin və ya süpürgəni aşağı qoymağın uğursuzluq gətirdiyini insanlarla elə-belə fikirləşməyib. Dəbə-babalarımız hələ qədim dövrlərdə aşkar edib ki, bəzi hərəkətlər neqativ rəngə malik ola bilər. Odur ki, uğura gedən yolda gözlənilməz maneələrlə qarşılaşmamaq üçün əcdadların bu tövsiyəsindən istifadə edin.
Bu məsləhətlər həyatınızı dəyişdirməyə və orqanizmin energetika aurasını yaxşılaşdırmağa kömək edəcək.
Güclü energetikanın 7 əlaməti bunlardır:
pic
İlk əlamət
Əgər aura təmiz və güclüdürsə, insan demək olar ki, heç vaxt xəstələnmir. Aura zəifləyibsə, insan taqətdən düşür, onda tez-tez baş ağrıları və xroniki xəstəliklər meydana çıxır, o, asanlıqla soyuqlayır. Bəzən iş təhlükəli vəziyyət alır, daha ciddi xəstəliklərin əlamətləri meydana çıxır.
İkinci əlamət
Güclü biosahə öz daşıyıcısına bütün işlərdə inanılmaz uğur hədiyyə edir. Kobud desək, güclü energetikası olan insanlarda nəzərə çarpacaq dərəcədə səy göstərmədən müvəffəqiyyətə nail olmaq şansı həmişə daha çoxdur.
Üçüncü əlamət
Əgər hər hansı şəxs optimizm saçırsa, bu, güclü bir auranın əlamətidir. Belə bir insanın yanında duranda, hərəkət etmək, dünyayı fəth etmək istəyirsən və hər şeyi işıqlı görürsən. O adam əks cins olarsa, ona aşiq olmaq çox asandır.
Dördüncü əlamət
Energetikası yüksək səviyyədə olan insanlar problemləri özünə çəkmir. Bu heç də onu bildirmir ki, belə insanların heç bir problemi yoxdur, sadəcə onlar bunun üçün şərait yaratmır.
Beşinci əlamət
Əgər insan energetikanın yüksək səviyyəsinə malikdirsə, onda o, ehtimal ki, liderdir. Başqalarını özü arxanca aparmaq və zəif olmaq bir-biri ilə qətiyyən müqayisə edilə bilməyən iki şeydir.
Altıncı əlamət
Güclü aura güclü bədən deməkdir. Ruhən güclü olan insan həm də fiziki baxımdan güclüdür. O, dözümlüdür, yavaş-yavaş yorulur və yeni zirvələri fəth etməyə həmişə hazırdır.
Yeddinci əlamət
Onun zehni öyrənməyə həmişə açıqdır. Bu insanlar təcrübə aparmaqdan, çərçivələri genişləndirməkdən, yeni üfüqlərə doğru yol almaqdan qorxmur. Güclü energetika istənilən dəyişikliklərdən qorxmamağa icazə verir. Bu, yenə sübut edir ki, həyat dinamikadır. Həyat -dəyişkən, daimi və daimi çevrilmədir.
Yeddi əlamətdən yalnız ikisinə malik olmaq mümkün deyil. Sadəcə onlar cürbəcür inkişaf edir. Kiçik anomaliyalar var, amma bütovlükdə hər bənd biosahənin artmasıyla yüksəlir. Sadəcə öz fikir və dünyaya baxış bucağı üzərində işləmək lazımdır - onda hər şey alınacaq.
Aytən Məftun (Publika.az)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sürüşmə zonasında yol tikintisi başa çatır
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
On il müddətində sərt qış olacaq-XƏBƏRDARLIQ
Alimlər pendirin faydasını sübut etdilər
Gül qurabiyəsi (foto resept)
Roma papası Azərbaycana gələcək
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Qırış əleyhinə 6 qızıl qayda
Ezgi Mola ərə gedir-FOTO
Necə bir evliliyiniz var?
Zelenskinin oğlu koronavirusa yoluxdu
Venesuelada hökumət istefa verdi
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Bir vaxtlar yer silirdi, indi 130 milyard dolları var - FOTO
Xokkey, futbol, raketa... - bizdə niyə yoxdur?
Bakteriyaların müxtəlifliyi
Kölgələri tap
Çöp şiş (foto-resept)
Qadin.Netlə birlikdə ARIQLA!-layihəsi (4)
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Həyatımızı necə yaxşılaşdıraq?
Coca-Cola-da təhqir çıxdı
Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI
Kəndi işğaldan azad olan Şəhriyar Məmmədyarov: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur”
Smartfonla təyyarə idarə olunur
Sərin yay donları
Qabaqlı kekslər (foto resept)
Onkoloqdan XƏBƏRDARLIQ!-Bu kosmetik vasitələr xərçəng yaradır
Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb
"Milli Atlas" qeydə alındı
Ankarada güclü partlayış: 28 ölü, onlarla yaralı
Riqa sammiti: əsassız ümidlər, siyasi boşluq və Azərbaycanın məxsusi fikri
Kıvanç Tatlıtuğ yeni biznesə başladı
Həftəsonu Bakıda hava necə olacaq?
Keti Perrinin hamiləlik xəbərləri yayıldı- FOTO
Hər yaşa uyğun çətirlər
Koronavirus səbəbindən çinli həkimlərin dərisi qaralıb
İndoneziyada güclü daşqın baş verdi
Qadınların vəhşi döyüşü: burada heç bir qayda yoxdur - FOTO
Şəki işıqsız qalıb
Övladını qorumaq üçün ana nə etməz ki.
Adam Levinin dəri gödəkçə sevgisi
Ayla Raydan möhtəşəm klip-VİDEO
Goranboyda qeyri-adi buzov dünyaya gəldi
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Kələmli, üzümlü və almalı salat (foto resept)
Gəlinlik donları
Qonşunun haqqı
100 dollarlıq kompüter təqdim olundu
Prezident Qubadlıda şəhid Milli Qəhrəman Şükür Həmidovdan danışdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]