Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Axundovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli sərəncamına əsasən təşkil olunub.
Tədbirdə alimin həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs olunub.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. O bildirib ki, V. Axundovun tibb elmində özünəməxsus yeri var: “Bununla yanaşı, Vəli Axundov böyük ictimai xadim olub. O 10 il müddətində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışıb. Vəli Axundov sadə, qayğıkeş, alicənab, humanist bir insan idi. Vəli müəllim Akademiyada vitse-prezident kimi çalışsa da, qapısı daim açıq olurdu. Biz onunla tez-tez söhbətləşirdik. Mən ona böyük tarixi yol keçmiş insan kimi qulaq asırdım”.
Akademik Əhliman Əmiraslanov qeyd edib ki, V. Axundovun 100 illik yubileyi tək Akademiyada deyil, bütün respublikada geniş şəkildə qeyd olunur: “Vəli Axundov şərəfli, həm də mübariz bir həyat yolu keçib. O səhiyyə naziri vəzifəsinə təyin olunanda ölkədə yoluxucu xəstəliklər tüğyan edirdi. O yoluxucu xəstəliklərə qarşı mübarizə aparıb. Məhz onun təşəbbüsü ilə əhali arasında peyvəndləmə işlərinin aparılması o vaxtlar baş verə biləcək epidemiyaların qarşısını ala bildi. Vəli Axundovun Azərbaycan dilinə olan sevgisi də böyük idi. O səhiyyə naziri vəzifəsinə təyin olunan zaman ilk imzaladığı sənəd bu oldu ki, səhiyyə sistemində yazışmalar Azərbaycan dilində həyata keçirilsin”.
Millət vəkili Musa Qasımlı V. Axundovun keçdiyi ictimai-siyasi yol haqda məruzə ilə çıxış edib.
Qeyd edək ki, V. Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində anadan olub. 1937-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib. 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutub. 1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın I katibi vəzifəsini tutub. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olub.
V. Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib.
Mənbə: APA,Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda qadınlara da hərbi bilet veriləcək
Uşaqların saçın uzatmaq ziyanlıdırmı?
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğalından 21 il ötür
Qaraciyər yağlanmasının səbəbləri
2017-ci ilin Türkiyə gözəli
Bakıda dünya kuboku yarışları başlandı
"Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər"
2012-ci ilin şal modelləri
Daha varlı və xoşbəxt olmağın sirri - Fen-şuy
Eviniz təmiz, uşağınız sağlam olsun!
Yalan xəbər yayan saytların adları açıqlanacaq
Ümumi müşahidələrdən “xüsusi nəticəyə” məktub
Ehtiyatlı olun, beyniniz oğurlana bilər!
Milyarderin özəl təyyarəsini görənləri heyrətə gətirir – FOTO
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Erməninin şokedici etirafı
Almaniyada müəllimə hədiyyə vermək olarmı?
Tövlədə gözəl, unikal xəzinə tapıldı
Göyçayda kişi işi görən qadın - FOTO
Uşaqların boyunu uzadan 5 qida
Qaçqınlar təhlükə altında qalıb
"Gərəksiz" uşaqlar qəbristanlığı
Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI
65 minlik Azərbaycan ordusu ayağa qaldırıldı
Stiv Cobsun evi ziyarət məkanına çevrilir
3D döymələr
Gürcüstan-Tbilisi (2)
Mətbəx stolları
Ramazan bayramını kimlər nə vaxt qeyd edirlər?
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu
Kişilərin gizli qorxuları
Ermənilərin yeni təxribatı
İlham Əliyev metroda - FOTO
Supermodel karantində 15 kiloqram kökəldi - FOTO
Rusiyalı məşhurlar Heydər Əliyev Sarayında
Cəbrayıl və Hadrut elektrik enerjisi ilə təmin olundu
Aforizmlər
İşləyən analar üçün məsləhətlər
Makiyajdan asılı olduğunuzu göstərən xüsusiyyətlər
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı
Tısbağa görnüşlü kotlet(foto resept)
Arı südünün faydaları
Günün ulduz falı
131-ci arvadı almağa ömür "vəfa" etmədi
Damla saqqızın faydaları
"Taxt oyunları" serialından yeni treyler - VİDEO
"Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır"
Qurban tələb edən gözəllik
Qoz mürəbbəsi (foto resept)














