Azərbaycanda orta məktəblərdə dərs ilinin başlanmasına çox qalmayıb. Yeni dərs ili müəllimlər üçün alınan çiçəklər, sonra isə müxtəlif dərsliklər, dəftərlər və qələmlərlə yanaşı, bir para xərclərdir ki, bu barədə çox yazılıb, deyilib.
Bəs "Firəngistan"da, Fransa və Almaniyada necədir vəziyyət?
Fransada müəllimlərə hər hansı formada hədiyyə verilməsi qəti qadağandır.
Almaniyada isə vəziyyət bir qədər fərqlidi. Müəllimlərə dəyəri baha olmayan, kiçik hədiyyə və ya çiçək vermək olar, amma ehtiyatla.
Məsələn, Almaniyanın paytaxtı Berlinin Fridrixshan rayonundak məktəblə bağlı qalmaqal hələ unudulmayıb. Həmin məktəbin 10-cu siniflərindən birinin şagirdlərinin valideynləri fizika müəliminə kiçik hədiyyə etmək qərarına gəlmişdilər. Hər ailə 15 avro verib, sonucda 190 avroluq kiçik heykəlcik və 20 avroluq çiçək dəstəsi alınıb.
Media bundan xəbər tutanda aləm qarışıb. Müəllim hədiyyələri qaytarmaqla yanaşı, belə "biabırçı addım atdığı" üçün cərimələnib: o, 4 min avro cərimə ödəyib.
Almaniya qanunvericiliyinə görə, bütün büdcə təşkilatlarının işçiləri kimi, müəllimlər də dəyəri 10 avrodan artıq olan hədiyyəni qəbul edə bilməzlər.
Fəqət, federativ ölkə olan Almaniyada hər əyalətin öz qanunları, fərqli normaları var.
Məsələn, Berlində əgər sinifdəki şagirdlər toplaşıb müəllimə dəyəri 30 avrodan artıq olmayan hədiyyə alıb versələr, məqbuldur. Amma hədiyyənin dəyəri 30 avronu keçərsə, müəllim bunun üçün məktəb direktorundan icazə almalıdır.
Hədiyyənin məbləği 50 avrodan artıq olarsa, müəllim ya imtina etməli, ya Berlin Şəhər Təhsil Departamentindən icazə almalıdır.
Şimali Reyn-Vestfaliya əyalətində iə müəllimlərə yalnız məktəb kitabxanasına vermək üçün kitablar, şagirdlərin əl işlərini, dəftərxana ləvazimatını, çiçək və ya şokolad qəbul etmək icazə verilir. Hədiyyənin dəyəri 20 avrodan artıq olmamalıdır.
Şagird müəllimə sevimli klubun futbolkasını və ya sinif otağı üçün şəkil hədiyyə etmək fikrinə düşərsə, hədiyyə qəbul edilməməlidir.
Almaniyadakı gimnaziyalarda dərs deyən müəllimlər isə maksimum 20 dollarlıq hədiyyə ala bilərlər.
Bundan başqa, valideyn övladının təhsil aldığı məktəbdə çalışan müəllimə restoranda qonaqlıq verə bilməz. Müəllimi dərsdən sonra avtomobillə evə aparmaq da yasaqdır.
Almaniyada müəllim üçün dərs ilinin əvvəli və ya təhsilin sonu ilə bağlı ən yaxşı hədiyyə məktəb həyətində piknikdir.
Müəllimlər bir qayda olaraq pikniki təşkil edir, şagirdlər onlara özlərinin hazırladıqları suvenir və ya açıqcaları hədiyyə edir, valideynlər evdə bişirdikləri yeməkləri gətirir, ya da qrildə sosis bişirirlər.
Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR