
Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Dəyişiklik barədə məlumat verən Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə əsasən, hərbi qeydiyyat Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.
Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.
Qanuna əlavə edilən 28.6-cı maddəyə görə isə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
XƏBƏR LENTİ
Şüşə mayedir
HAVA necə olacaq?-17 yanvar
Almalı gül (foto resept)
Vətən müharibəsinə həsr olunmuş onlayn dərslər keçirilir
İmtahan nəticələri AÇIQLANDI - 7 nəfər 700 BAL YIДћDI
Azərbaycanda zəlzələ oldu
Qadınlar həyatda ən çox nə istəyir
Messi Ronalduya görə Argentinaya getmədi
Müəllim 40 il eyni paltarı geyindi - FOTO
Xoşladığımız yeməklər və xasiyyətimiz
Serenay Sarıkaya "Çukur"a gəlir
Bu ilin trend yeni il ağacları hansılardır?
Bakının bu ərazilərində işıq olmayacaq
Azərbaycanda insanların ürək ağrısı
Kosmosda insan yaşamı üçün ideal məkanlar tapıldı: LAVA TUNELLƏRİ
Yaşanmış "MÖCÜZƏ"dən xatirələr...
Anomal soyuqlar ABŞ-ı dondurub
Üzgüçülərimizdən 2 qızıl, 1 gümüş medal
Boşanan milyarder sevgilisi ilə Venesiyada dincəlir-FOTO
Dünyanın 10 ən təhlükəli ölkəsi
Prezident onu vəzifədən AZAD ETDİ
Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan XİN-dən rəsmi İrəvanın absurd iddialarına SƏRT REAKSİYA
Skype işləməyəcək
Yeni dollar artıq ABŞ-da dövriyyəyə buraxılır
Yeni Samsung televizoru şəkilə oxşayır
İnsanın mimikasını təkrarlayan robot yaradılıb
Dializ aparatı və böyrək
İdmançılarımız Bolqarıstanda 5 qızıl və 2 bürünc medal qazandılar
Havanı zəhərdən təmizləyən bitki yaradıldı
Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI
Məşhur aktrisadan FOTOsessiya
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
"YouTube"dan daha bir QADAДћA
Avropa İttifaqı birdəfəlik plastik qablara qarşıdır
Ət alarkən diqqətli olun!
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Namaz və onun qaydaları (8-ci hissə)
Məşhur aktyordan nümünəvi addım
Rusiyanın Azərbaycan pomidor və almasına qadağa qoyması ilə bağlı AÇIQLAMA
Bakının yaşıllıq ərazisi artırılacaq
Kral ailəsində İŞİD təşvişi
Eldar Həsənov məhkəmə qarşısına çıxarıldı
Dünya tarixində bir İLK-FOTO
Niyə hər gün eyni paltarı geyinirlər?
Azad Söz (8-ci hissə)
MövlР°nР° CəlР°ləddin Rumi
Yeməkdən sonra gələn yuxunun səbəbi
Seda ilk dəfə qızının üzünü göstərdi-FOTO















- ŞƏRHLƏR