
Yuxunun yaranma səbəblərindən biri çoxlu qidalanmadır. Türkiyəli mütəxəssisin sözlərinə görə, bu, həzm prosesi ilə əlaqəlidir.
Belə ki, yemək yedikdən sonra orqanizm həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə, nə qədər çoxlu qida qəbul edilərsə, bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.
Milli.Az bizim.info-ya istinadən xəbər verir ki, qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə, düzgün qidalanmaq lazımdır. Çünki yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır.
Karbohidratlı qidalar da yuxu yaradır. Bu cür qidalanmadan sonra qanda şəkər artır. Qanda olan şəkərin bütün hüceyrələrə girməsini mədəaltı vəz təmin edir. İnsulin daha sonra triptofan aminturşusunu çıxarmağa kömək edir. Triptofan, serotonin hormonunun istehsalında aktivdir. Serotonin hormonu yuxunu tənzimləyir. Çox karbohidratlı qidalar istifadə etdikdə serotonin istehsalı artır və bu da yuxulamalara səbəb olur.
İnsulin miqdarını artırmaq da bu prosesə yaxşı təsir edir. Çünki insulinin təsiri ilə triptofan salınır. Nə qədər karbohidrat ağırlıqlı qidalansanız, qan şəkəri o qədər sürətli yüksələr. Ani insulin yüksəlməsi eyni zamanda daha tez acmağınızı təmin edir. Bu da heç istəmədiyimiz başqa təsirlərə səbəb olur. Bu baxımdan qidalanmaya diqqət göstərmək vacibdir.
Yemək yedikdən sonra yuxunuzun gəlməsini istəmirsinizsə, bol karbohidratlı qidaların yerinə tərəvəz, çərəz, balıq və toyuq kimi qan şəkərinə təsir etməyən qidalar qəbul edə bilərsiniz. Çünki düzgün qidalanmaq insanı həm ac olmaqdan, həm də yemək sonrası yaranan yuxulamalardan qoruyur.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR