ANS PRESS-in məlumatına görə, dövlət başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir: “Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.
Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Oyunların Təşkilat Komitəsi yaradılmışdır. Biz bu gün Təşkilat Komitəsinin birinci toplantısını keçiririk. Oyunların önəmini nəzərə alaraq, bu birinci toplantını mən özüm aparıram. Əminəm ki, bundan sonrakı dövrdə Təşkilat Komitəsi bütün vəzifələri uğurla icra edəcək və bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm “Eurovision” müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər”.
Dövlət başçısı xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd edib: “Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi.Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Baxmayaraq ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı çox çirkin kampaniya aparılırdı. Bu kampaniya əlaqələndirilmiş şəkildə aparılırdı. Bəzi xarici dairələr Azərbaycanda gedən inkişafı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq üçün sanki yarışa çıxmışdılar. Azərbaycan haqqında yalan, böhtan, uydurma informasiyalar xarici media orqanlarında da geniş yer almışdı. Əlbəttə, biz yaxşı başa düşürdük və bilirdik ki, bu, təsadüfi deyil. Bu, çox düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyası idi. Bu kampaniyanı aparan və onu sifariş edən qüvvələr bir məqsədi güdürdü ki, Azərbaycanı gözdən salsınlar və Oyunlara ləkə vursunlar. Ancaq onların bütün səyləri Azərbaycanda alt-üst edildi. Ona görə ki, ölkəmizə, Oyunlara gəlmiş idmançılar, nümayəndə heyətlərinin üzvləri, qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq, abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu Oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər. Fəxr edirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Gördülər ki, Azərbaycan idmançıları həm peşəkar, həm vətənpərvər idmançılardır”.
İlham Əliyev vurğulayıb ki, bu Oyunlar Azərbaycan dövlətinin təntənəsi idi: “Bizə qarşı bu çirkin əməlləri sifariş və icra edən qüvvələr heç bir məqsədə nail ola bilməmişlər. Baxmayaraq ki, Oyunlar ərəfəsində Avropa Parlamenti anti-Azərbaycan qətnaməsi qəbul etməyə çalışırdı. Ancaq məqsədə çata bilməmişdir, o qətnamə qəbul edilməmişdir. Oyunların açılış günündə - iyunun 12-də Almaniya Bundestaqı Azərbaycanın əleyhinə yalan-böhtan üzərində qurulmuş çirkin bir qətnamə qəbul etmişdir. Onu da Azərbaycan xalqı və dövləti rədd etmişdir. Yəni, bütün bu səylər onu göstərir ki, biz hətta misli görünməmiş təzyiqlər şəraitində yolumuzdan dönmədik, Azərbaycan bir daha öz imkanlarını ortaya qoydu.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
11-ci sinif şagirdlərinə bəd xəbər
Maraqlı kitab rəfləri
Ramazanda ağzında yaranda qoxunu necə aradan qaldırmalı?
2014-cü ilin gəlinlik modelləri
Günün qoroskopu: hisslərinizi etiraf edin
Günün ulduz falı
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi
Cəbhədə silahlar susmayıb
Məşhur Maqnat 150 milyonluq ev aldı
Mən arıqladım!
Neslihanın ev halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Lavaş ruleti (foto resept)
Sosial media məsum deyil
İspanaqlı toyuq ruleti
Hande Erçel hər kəsi təəccübləndirdi
Beyninizi qorumağın 10 yolu
Qarğıdalı salatı (foto-resept)
Serenay Sarıkaya diqqət çəkdi-FOTO
İkinci, dağılmış Yer tapıldı
Dünya şöhrətli "Turandot" Nizami Gəncəvinin əsəri çıxdı
Şakira İsraildə verəcəyi konserti LƏДћV ETDİ
Günün ulduz falı
Moruqlu bisküvit (foto resept)
Enrikenin yeni doğulan körpəsi - FOTO
"Qızıl top"un yeni sahibi məlum oldu - FOTO
Nazir karantin rejimi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Futbolçu jurnalisti belə xilas etdi - VİDEO
10 ən güclü sülalə
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Məişət texnikası da bahalaşdı
Dünyanı bu bəladan pişiklər xilas edəcək
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
Dünya şöhrətli bakılı alim
Leyla Lydia Tuğutlunun gözəllik sirləri
Siqaret yenidən ucuzlaşdı
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Məşhurlar və övladları
Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik”
Dünyanın ən qorxunc körpüləri
Demet Özdemir sevgilisindən koronavirusa görə ayrıldı-FOTO
Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib
DİQQƏT: bu istilərdə beyin qanaması keçirə bilərsiniz
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Yüksələn dərd: təzyiq
Türkiyə Rusiya ilə sərhədləri açır - Dəqiq tarix bəlli oldu
Kerri özünə erməni müşavir seçdi
"Gözü yaşlı Xocalım"
Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi
2013-cü ilin saç modelləri
Leonardonun adası hər kəsi təəccübləndirdi















- ŞƏRHLƏR