Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib:
- Hörmətli cənab Prezident.
Hörmətli iclas iştirakçıları.İlk növbədə, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə Təşkilat Komitəsinin bütün üzvləri adından Sizə dərin minnətdarlığımı çatdırıram. Sizi əmin edirəm ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz çalışacağıq ki, Sizin və Azərbaycan xalqının yüksək etimadını doğruldaq və Oyunlar ən yüksək səviyyədə keçirilsin.
Bu günə qədər ölkəmizdə bir çox böyük miqyaslı beynəlxalq tədbirlər keçirilib. O cümlədən, əlbəttə, bu il böyük uğurla keçirilən birinci Avropa Oyunlarını qeyd etmək istəyirəm. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərdi. Həm Siz, həm Azərbaycan xalqı, həm Oyunlarda iştirak edən idmançılar, həm də qonaqlar Oyunların çox yüksək səviyyədə hazırlanmasını qeyd etdilər. Ümumi fikrə görə, bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminəm ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin.Bildiyiniz kimi, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmişdilər. Qərar yekdilliklə qəbul edilmişdir. Assambleyanın qərarı bir daha göstərdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmuşdur.İndi isə icazənizlə IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri haqqında Sizə məlumat verim. Əvvəlcədən deməliyəm ki, Oyunların keçirilməsinə müəyyən vaxtın olduğunu və bir çox danışıqların davam etdiyini nəzərə alaraq, bu gün səsləndirilən göstəricilər dəyişə bilər.IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir.IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur.IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcəkdir.Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim. Belə ki, güləş və cüdo Heydər Əliyev adına İdman Arenasında, voleybol, boks, taekvondo, karate "Baku Crystall Hall"da, üzgüçülük Su İdmanı Sarayında, stolüstü tennis Bakı İdman Sarayında, tennis Bakı Tennis Akademiyasında, atıcılıq Bakı Atıcılıq Mərkəzində, basketbol, həndbol, ağır atletika Bakı Ekspo Mərkəzində, futbol yarışlarının isə Olimpiya Stadionunda və "Bakcell Arena"da keçirilməsi planlaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulur. Media Kəndində kütləvi informasiya vasitələrinin nümayəndələri yerləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm, birinci Avropa Oyunları zamanı əldə etdiyimiz təcrübə göstərir ki, yeni yaradılmış Atletlər Kəndi ən yüksək səviyyədə çalışırdı və orada yaşayan hər bir idmançı çox yüksək rəylə bütün hazırlığı qeyd etmişdir.Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq Oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaqdır. Dünya mediasında İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə informasiya yayılması nəzərdə tutulur.Hörmətli cənab Prezident, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizə əvəzedilməz təcrübə qazandırdı və növbəti tədbirlər üçün idarəetmə, təşkilati və logistika işləri, kommunikasiya, informasiya, şəffaflıq və sair sahələrdə çox yüksək tələbləri formalaşdırdı. Avropa Oyunlarının irsi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı qarşıda duran təhlükəsizlik, nəqliyyat təminatı, digər texniki təminat və təşkilati məsələlərin həllinin zəminini yaratmışdır. Odur ki, əsas məqsəd bu zəmində yarışlara yüksək səviyyədə hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar üçün tam şəkildə hazırlamaqdan və milli yığma komandanın Oyunlara hazırlığından ibarətdir. Qeyd etmək lazımdır ki, qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır. Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür. Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir.İslam Həmrəylik Oyunlarında gənclərin könüllü qismində cəlb edilməsi geniş yer tutacaq. Cənab Prezident, Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı Azərbaycan gəncləri, könüllüləri öz bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə bizim gənclərin peşəkarlığı, vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəylik Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. İlkin hesablamalara görə, Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir.Oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır. Həmin Tədbirlər Planı qısa müddət ərzində Sizin diqqətinizə təqdim olunacaqdır.Cənab Prezident, sonda bir daha bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Sizi və bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm. Çox sağ olun.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gülümsəmək həyat keyfiyyətini artırır
Dünya çempionatının püşkatmasının vaxtı bəlli oldu
"Qaz ayağı" peçenyesi (foto-resept)
İpoteka kreditləri sahəsində vacib yeniliklər gözlənilir
Yay kimi gərilən insan...
Şüyüdlü-qiyməli plov (foto resept)
Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?
Təhsil Nazirliyi ona tapşırıldı - Sərəncam - FOTO
Ərzaqlar haqqında bilmədiyiniz faktlar
Bakı dumana bürünəcək
Məşhur cütlük övladları ilə-FOTO
Görünüşünə görə əməliyyat olan Neslihan yenidən "çirkinləşdi" - FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 11 fevral
Zövqlü ziyafət donları
Uşağına bu adı verənə 10 min dollar mükafat
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Bakıya yeni ikimərtəbəli qatarlar gətirildi
Rəngarəng ayaqqabı modelləri
Hər paylaşımı milyon qazandırır-FOTO
Messinin azərbaycanlı oxşarı - Video
Pensiyaçılara ŞAD XƏBƏR
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır
Yarımçıq saxlama
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Əyləncə məkanlarında baş vermiş bədbəxt hadisələr
Küçə iti aktyorun yaralandığını sandı – VİDEO
Məşhur Hollivud aktyoru həbs edildi-SƏBƏB
Pişik cinsləri və xarekterləri
Azərbaycanda 1000 nəfərə yaxın insan qidadan zəhərlənib
Yeni il tortları
2014-cü ilin dəbli gəlinlikləri
Dördqanadlı lələkli dinozavr
Şahzadə babasının burnundan yapışdı - FOTO
Onlar dözür, dərilərini kəsir, özlərini bəzəyirlər
8 Mart - Bayramınız mübarək!
HAVA necə olacaq?
Məhkəmə onun istəyini rədd etdi-FOTO
Köhnə geyimlərini atmayın!
Rusiyada COVID-19 əleyhinə ikinci vaksin oktyabrda hazır olacaq
Dollarda qəfil ucuzlaşma
Tas kababı (foto resept)
Qida zəhərlənmələrini yaradan təhlükələr
Dəniz Çakır izləyicilərindən ŞANS istədi
Salam Allahın salamıdır: Bəs biz kimik?
Xocalını yuxumda ağlayan gördüm
WhatsApp-dan sürpriz
Azərbaycanda ət ucuzlaşdı
Britaniyalı arxeoloq İsa peyğəmbərin yaşadığı evi aşkar etdiyini bildirib
Üç ildir eyni paltarı geyinir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]