Qidadan zəhərlənmə ilə bağlı hadisələr yay mövsümü ilə əlaqədar tez-tez baş verir. Hər hansı qida - pomidor, qarpız və digər meyvə-tərəvəzlər, hətta konservləşdirilmiş məhsullardan zəhərlənmə hallarına bu mövsümdə mütəmadi rast gəlinir. Milli.Az Trend-ə isinadən bildirir ki, məhsulun saxlanma şəraiti, becərilməsində istifadə olunan kimyəvi məhsulların təsirindən bu hadisələrin baş verməsi mümkündür.
Avqust ayının 1-də Tovuz rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib. Rayonun Azaflı kəndində 12 nəfər təzə kəsilmiş qoyun ətindən zəhərlənib. Musayevlər ailəsi kəsdiyi qurbanın ətindən qonşulara da paylayıb. Ətdən kim yeyibsə, zəhərlənib. Nəticədə Musayevlər ailəsinin 4 üzvü ilə yanaşı, 12 sakin də bu hadisədə zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
Analoji hadisə ötən il Bakı şəhərində də qeydə alınıb. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "8-ci kilometr" bazarından alınmış qoyun ətindən yedikdən sonra zəhərlənmə hadisəsi baş vermişdi. Həmin hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edən bir ailənin 5 üzvü ətdən zəhərləndiklərini bildirmişdilər.
Qeyd edək ki, satışa çıxarılan iri və xırdabuynuzlu heyvanların əti laborator müayinədən keçirilməlidir. Kəsilmək üçün nəzərdə tutulan və satışa çıxarılan heyvanın ərazi baytarlıq xidməti tərəfindən laborator müayinəsi aparılmalıdır. Bu heyvanlar tam müayinə olunduqdan sonra satışına və kəsilməsinə icazə verilməlidir. Baytarlıq xidmətinin laborator müayinəsi və sağlamlıq möhürü olmadan heyvanı satan və kəsən şəxslər məsuliyyət daşıyırlar.
Kəsilmək üçün satışa çıxarılan heyvan baytarlıq nəzarətindən keçsə belə, onun dərhal kəsilməsi qanunsuzdur. Yəni, heyvan baytar müayinəsindən keçəndən sonra onun kəsilməsi üçün uyğun şəraitli yer müəyyən edilməli və həmin yerə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları baxış keçirməli və ərazinin temperaturu, təmizlik səviyyəsi yoxlanılmalıdır. Yalnız bu qurumun qaydalarına və müəyyən edilmiş standartlarına cavab verən ərazidə heyvanın kəsilməsinə razılıq verilməlidir. Heyvan həm bu qurumun, həm də baytarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə kəsilməlidir.
Təəssüf ki, bəzi ət kəsimi məntəqələrində bu qaydalara əməl edilmir. Satılan heyvanlar, həmçinin bazarlarda satılan ətlərin əksər hissəsi baytarlıq laboratoriyasından keçirilmədən satılır. Satılan ətin sağlam heyvana məxsus olduğu, hansı şəraitdə kəsilib təmizlənərək satışa çıxarıldığı məlum deyil.
Tovuz rayonunun Azaflı kənd sakini qurbanlıq heyvanı bazardan alıb. Bazarda satılan ət məhsullarının keyfiyyətinə Tovuz rayon Baytarlıq Xidmətinin nümayəndəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən nəzarət edilir. Bazarda satılmış qoyun sanitar müayinədən keçirilibmi? Heyvanın laborator müayinəsi aparılıbmı və satışına hansı qaydada icazə verilib?
Milli.Az
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!