"Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Oyunlarının atletləri, xanımlar və cənablar, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz, ilk Avropa Oyunlarına xoş gəlmişsiniz! Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm!"Trend-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.M.Əliyeva bildirib ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir.Birinci xanımın sözlərinə görə, müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır:"Bu səhifəni biz yazırıq. Bu səhifəni Azərbaycan xalqı yazır. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Əziz dostlar, biz bu axşam Avropanın idman tarixində yeni fəslə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı. Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir.Mən Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə minnətdarlığımı bildirmək istəyirəm. Bu minnətdarlıq onun həm ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsinə, həm də yadda qalacaq belə bir tədbirin təşkilinə verdiyi dəstək və göstərdiyi yardımla bağlıdır. Mən, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Olimpiya ailəsinin üzvlərini salamlamaq istəyirəm. Azərbaycanda Olimpiya hərəkatlarına verdikləri davamlı dəstəyə görə onlara minnətdaram".Mehriban xanım Əliyeva vurğulayıb ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik ölkədir: "Multikulturalizm və tolerantlıq, qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir".Birinci xanım qeyd edib: "Biz bu il Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir. Biz müstəqil dövlət kimi gəncik, cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanması ilə üst-üstə düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunur".Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bildirib ki, Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirtmək imkanı yaradır: "İşə sadiqliyimiz və yorulmaz fəaliyyət nəticəsində vaxtın məhdud olduğunu qət edərək, bu Oyunları cəmi 2 il yarım ərzində hazırladıq. Mən Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza, bir çox yerli və xarici könüllülərə minnətdarlığımı bildirimək istəyirəm".Mehriban Əliyeva vurğulayıb ki, komandamız qarşılıqlı əməkdaşlığın, anlaşma və dostluğun bariz nümunəsidir: "Biz bu axşam Avropanın təqribən 6 min ən yaxşı atletini ölkəmizdə salamlayırıq. Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız, siz Avropa Oyunlarının ilk çempionları olacaqsınız. Bütün Azərbaycan xalqı sizə dəstək vermək üçün buraya gəlib. Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq. Bu axşam mən xalqımdan, əldə etdiyimiz bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram. Mən bu Oyunlara qəlbən bağlandığınıza görə hamınıza təşəkkürümü bildirirəm. Onu da bildirirəm ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və Bakı-2015-in parlaq alovunun atəşi orada olacaq.Avropa Oyunlarının atletləri, xanımlar və cənablar, əziz qonaqlar, sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmişsiniz!"
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Emrah yenə suallardan qaçdı
Yeni il gecəsi üçün makiyaj
Qozlu xarço şorbası
Müəllimlərin attestasiyası ləğv olunur
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Qozlu tort (foto resept)
Qadın qol saatları
Yay üçün donlar
Game of Thrones obrazlarının saç düzümləri
Qonşudan gələn təhlükə
Dövlət Xidmətindən quş əti açıqlaması
DİQQƏT: Bu gecədən qadağalar ləğv ediləcək
Körpə ilə tətilə çıxmaq
Kiyev separatçılarla razılığa gəldi
Yeni ildə işıqsız qalmayacağıq
Cəbrayıl və Füzulisiz 27 il...
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Tünzalə Ağayeva formada qalmağının sirrini açıqladı
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Azərbaycanlı bəstəkar vəfat edib
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Laçın rayonunun yeni giriş tablosu
İphone sevənlərə
Eser Yenenler evlənir -FOTO
Hava haqqında
Banklardakı pulumuz artdı
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Masaj texnikaları (II hissə)
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
İspanaqlı keks ( foto resept)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Günün ulduz falı - 03.09.2013
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
27 il Şuşasız...
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Pikassonun oğurlanmış əsəri tapıldı
Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Təbii meyvə şirələri şəfa mənbəyidir
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Cinsi zəka nədir?
Mıhlama-Türk mətbəxi (foto resept)
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
- ŞƏRHLƏR