
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib.
APAnın məlumatına görə, indiyə qədər nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilənin bağlanmasını təsdiq edən sığorta şəhadətnaməsi sərnişin avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblər sırasında yer alıb.
Dəyişikliyə əsasən, sərnişinlərin fərdi qəza sığortası ilə bağlı tələb müəyyənləşib. Bundan sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.
İndiyə qədər sərnişinlər qarşısında daşıyıcıların mülki məsuliyyətinin icbari sığortası, sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti üzvlərinin həyat və sağlamlığının sığortası, habelə sərnişinlərin icbari sığortası Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq sığorta müqavilələri əsasında edilib. Sərnişin avtonəqliyyat vasitəsində qanuni əsaslar olmadan gedişi həyata keçirən şəxs ona dəymiş zərərin ödənilməsini sığorta edəndən və ya avtomobil daşıyıcısından tələb edə bilməzdi. Bu tələb də yeni redaksiyada verilib. Bundan sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” qanuna, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununa uyğun olaraq həyata keçirilməlidir. Bu icbari sığorta növlərinin həyata keçirilməsinin təmin edilməsi avtomobil daşıyıcılarının hüquq və vəzifələri sırasında yer alacaq.
İndiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından irəli gələn tələblər üçün iddia müddəti altı ay təşkil edib. Bu müddət şəxsin ona zərər vurulmasını bildiyi və ya bilməli olduğu andan hesablanıb. Pretenziyanın verilməsi iddia müddətinin axınını pretenziyanı almış tərəfin onu təmin etməkdən imtina etməsi barədə müvafiq sənədlər əlavə edilməklə yazılı bildiriş verdiyi günədək dayandırıb. Pretenziya qismən təmin edildikdə, yalnız onun təmin edilməmiş hissəsinə dair iddia müddətinin axını təzələnib. Dəyişikliyə əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda bu bənd ləğv edilib. Bu proses icbari sığorta ilə bağlı tələblərə əsasən tənzimlənəcək. İndiyə qədər Nəqliyyat Nazirliyi müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənara çıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə tərtib etdiyi akt əsasında daşıyıcıya xəbərdarlıq edə və ya daşınmalardan kənarlaşdıra bilərdi. Bundan sonra daşıyıcı icbari sığorta növlərini həyata keçirmədikdə Nəqliyyat Nazirliyi bu addımları atacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İrəvan Moskvadan bərk inciyib
Kişilərin sevdiyini göstərən əlamətlər
Cinsi problemlərə yol açan duyğular
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
Suriya baş naziri: "Savaşı qazanırıq"
18 dəbli manikür modeli
Valeriya Eminlə başlatdığı biznesindən danışdı
Ekspress xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək - RƏSMİ
Bəbir dərisi naxışı dəbi
Xərçəng xəstəliyindən qorunun!
Biz hər yerdəyik
Koalaların nəsli kəsilə bilər
Köhnə film ulduzların palto dəbi
İstanbulda "Lalə festivalı" keçirilib (VİDEO)
Danışan idman ayaqqabıları
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!
Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?
Yeni günə gümrah oyanmaq üçün
Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı
Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!
Günün qoroskopu: İşlərinizi qaydasına salın
Ailə tərbiyəsi necə olmalıdır?
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
Soyuq da gözəllik yaradır
Tətil sabahdan başlayır!
"Ronaldu və Messi hazırda dünyanın ən yaxşı futbolçularıdır"
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Bengü canlı yayımda ağladı-VİDEO
Ramazan ayı ilə əlaqəli mədə xəstələrinə tövsiyələr
İlham Əliyev Almaniyada
“Yeşilçam”ın aktyoru vəfat etdi
Qaranlıqdan qorxan uşağa necə davranmalıyıq?
Culiya Roberts 45 kq oldu-FOTO
O mükəmməl bədən kimindir?
Kəsmikli alma piroqu
JeepВ® Compass yeniləndi
Sukeçirməz, ağıllı qolbaq
Qreypfrutun faydaları və zərərləri
Hande Erçelin FOTOsu səs-küy yaratdı
Peruda YADPLANETLİLƏRİN cəsədləri aşkar edildi
Almaniya haqqında maraqlı faktlar
Uşaqlarınıza kitab oxuyun
Çuğundur salatı (foto resept)
Hava ilə bağlı XƏBƏRDARLIQ
Ən yaxşılar seçilir
Son 50 ildə görünməmiş həddə qar yağıb
Azərbaycanda 9 May















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]