Dəyərli sayt oxucuları və istifadəçiləri,keçirdiyimiz Hansı rubrikanı daha çox bəyənirsiniz? Sayt sorğusunu nəzərə alaraq bildirim ki, ən çox bəyənilən rubrika Bizim mətbəx rubrikası oldu. Azərbaycan xanımlarının mətbəxə nə qədər çox həvəsli olduqları elə bu sorğudan məlum oldu. Əlbəttə ,sevindirici haldır ki,xanımlarımız hər zaman yeni reseptlər axtarışındadırlar və hazırladıqları ləziz yeməklər və şirniyyatlarla ailə üzvlərini sevindirməyə,evladlarını əyləndirməyə çalışırlar.
Odur ki, mən də Sizlərin marağını və həvəsini nəzərə alaraq müxtlif xalqların mətbəxlərindən olan reseptləri saytda yerləşdirməyə davam edirəm.(Təbii ki,digər rubrikalara da davam ediləcəkdir) Bugünkü reseptimiz qardaş ölkə Türkiyə mətbəxindən olan Börəkdir.Börək daha çox Türk xalqının çay süfrəsində və qonaq qəbulunda istifadə olunan reseptlərindən biridir.
Xəmir üçün:
8 stəkan ələnmiş un
8 çay qaşığı ərinmiş yağ(marqarin)
1 yumurta
1 ç.q. Azərduz yodlu narın xörək duzu,
2 fincan ilıq su
İç üçün:
8 çay qaşığı yumşaldılmış kərə yağı
500 qr qiymə
Üzəri üçün:
3 yumurta
4 x.q. qatıq
1/8 ç.q. soda
Hazırlanması:
Qiymə tavada qovrulur
İstəyə görə qiyməyə soğan və başqa ədviyyatlar da da vurmaq olar
Xəmir yoğurmaq üçün unun ortası açılır,su,yumurta,duz,yağ əlavə olunub yoğrulur
Yumşaq bir xəmir əldə olunanadək yoğrulmaya davam edilir və 30 dəqiqə müddətinə dinlənməyə qoyulur
Xəmir dinlənənə qədər börəyin üzəri üçün sos hazırlanır
Qatıq+yumurta+soda çırpılır
Xəmir 6 kündəyə ayrılır
Qeyd: kündələri yayarkən un yerinə nişastadan istifadə etsəniz,yuxa daha tez açılar
Hətta nişasta ilə 2 yuxanı üst-üstə yaymaq daha sərfəlidir,zaman baxımından,nişasta yuxaların yapışmasını əngəlləyir
Açılmış incə yuxalar ya mətbəx fırçası ilə,ya da sadəcə qaşıqla yağlanır
Qovrulmuş qiymə yuxanın ortasına qoyulur
Və yuxa rulet formasında bükülür
Hazırlanmış yuxa ruletlər yuvarlaq soba sinisinə şəkildə göstərildiyi kimi spiral formasında qoyulur
Börək xəmirinin üzərindən tam bərabərdə qatıqlı sos tökülür və əvvəlcədən 180 dərəcədə isidilmiş elektrikli sobada 45 dəqiqə bişirilir
P.S. Bu üsulla börəyin içi üçün qiymədən başqa pendir və ya ispanaqdan da istifadə edə bilərsiniz.
Nuş olsun!
XƏBƏR LENTİ
Türkiyədə YouTube qadağası ləğv edildi
Xəyanət nədən yaranır?
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Qonur gözlərə makiyaj növləri
Hicablı xanımlar üçün geyim dəstləri
Cemli piroq (foto resept)
Məhkəmə Sılanın yalanını ifşa etdi - Ahmeti ŞƏRLƏYİB
İngilis dili-Ff (1)
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Kompüterlərimiz üçün yeni təhlükə
Evdə dondurma (foto resept)
Azərbaycanda reklama nə qədər pul xərclənilir?
Noxudlu burger (foto resept)
Bu yay trend olan geyimlər
Uşaq ölümünü uşağa necə izah etməli?
Günün Ramazan təqvimi (15 iyul)
Damla şokoladlı keks (foto-resept)
TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildi
HAVA necə olacaq?-31 yanvar
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Günün ulduz falı
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
Xərçəngsiz bir həyat üçün bunları yeyin
Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu
Emberin məhkəmə rəyi üzə çıxıb
Quranda adı çəkilən yeganə ədviyyat
Urmiya gölü çöl oldu
Prezident: Biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
Manikürün 4 trend rəngi
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
Günün qoroskopu: vədlərə əməl olunmayan gündür
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
I siniflərə şagirdlərin qəbulu başlayır
Oskar; qırmızı xalça
Laçını tərk edən ermənilər vandal hərəkətlərindən əl çəkmirlər - FOTO
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Arda Turan Barselonada?
Ermənilər Bakıya gəlirlər
Azərbaycanda yağış yağacaq
Hava kəskin soyuyur
Bu görüntülərə biganə qalmaq mümkün deyil
Özümüz də bacararıq!
Körpələr üçün zərif dekorasiya modelləri
Saç aksessuarları
Məşhur cütlük evlənir!-FOTO
2015-Kəs və yapışdır-8
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
- ŞƏRHLƏR