Quşqonmaz nədir?
Bəlkədə bir çox xanımımız mənim kimi quşqonmazın hansı bitki olduğu və onun faydaları haqqında bilmir. Xəbəri hazırlayana qədər mən bu bitkinin adının quşqonmaz olduğunu bilmirdim. Bizim tərəflərdə yəni, Naxçıvanda bu bitkiyə "mərəcüvə", bəzən də "mərəçöyüt" deyirlər. Bu haqda xəbər hazırlamaq istədim və "google"-da bu adla axtarış apardım və heç bir nəticə çıxmadı. Aydın oldu ki, bu bitkinin elmi adı başqadır, "mərəcüvə" deyil. Qısa axtarışdan sonra aydınlaşdırdım ki, bu bitkiyə ruslar "sparj" deyirlər. Yenidən "sparj" adı ilə axtarış etdim və aydın oldu ki, mərəcüvə dediyimiz və yaz aylarında ən çox yediyimiz bu bitki məhz quşqonmaz imiş.
Quşqonmaz ta qədim dövrdən məlum olan bir bitkidir. Qədim romalılar və misirlilər Quşqonmazdan ərzaq kimi istifadə etmişlər. Quşqonmaz ən çox Fransa, İtaliya, Çin, Amerikada yetişdirilir. Quşqonmazın ağ, yaşıl və bənövşəyi rəngli növləri var. Quşqonmaz yumşaq torpaqlarda yetişir və çoxillik bitkidir. Quşqonmazın toxumunu əkəndən 4 il sonra bu bitkini əldə etmək olar. Quşqonmaz A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.
Azərbaycanda quşqonmaz ən çox Kür və Araz çayının ətrafında bitir və ən çox rast gəlinən növü isə yaşıl rəngli quşqonmazdır. Bizim bölgədə -yəni Naxçıvanda da quşqonmaz ən çox Araz çayının sahillərində, rütubətli yerlərdə bitir. Naxçıvanda quşqonmazın yalnız bir növünə rast gəlmişəm, o da yaşıl növüdür. Əhali rasında çox sevilən bir bitkidir. Yaz aylarında demək olar ki, süfrələrin bəzəyi olur. Quşqonmazı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər.
Quşqonmazın faydaları:
1. Sidikqovucu təsiri vardır;
2. Sidik yollarını təmizləyir;
3. Həzmi yüngülləşdirir;
4. Sinirləri qüvvətləndirir;
5.Zehin yorğunluğunu aradan qaldırır;
6. Diş ağrısını sakitləşdirir;
7. Gözləri və ürəyi qüvvətləndirir;
8. Qaraciyərin işini yaxşılaşdırır;
9. Qanı təmizləyir;
10. Qandakı şəkəri endirir;
11. Üzdəki sızanaqlara qarşı xeyirlidir;
12. Dəriyə canlılıq verir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Azərbaycanda Konstitusiya Günüdür!
Məşhur aktrisa Can Yamanı yalançı adlandırdı-SƏBƏB
Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər - VİDEO
Quru dərilər üçün effektli maskalar
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Gözəl ziyafət geyimləri
Təbabətdə inqilab kimi yenilik
30 yaşdan sonra hamiləlik
Məşhur aktrisanın sərt sözlərinə CAVAB gecikmədi
Ronaldonun tətilə xərclədiyi məbləğ TƏƏCCÜBLƏNDİRİR_FOTO
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Azərbaycanda bir layk və şərhə görə boşananlar var
Seçkilərdə iştirak edən Sezen Aksudan qəribə AÇIQLAMA
Kirayə yolu ilə mənzilləri necə əldə etmək olar? - Ekspert BÜTÜN DETALLARI AÇDI (VİDEO)
Saç tökülməsinin qarşısını alan maska
Pislik hissi
YARPAQ DOLMASI (foto resept)
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Gülben Ergendən AÇIQLAMA
İnfarktın səbəbləri
Rusiyada COVID-19 əleyhinə ikinci vaksin oktyabrda hazır olacaq
Bakıda 1 tonluq bayram xonçası - FOTO
Dərman xərcləri artır
Günün ulduz falı
Qadın xəstəliklərinə türkəçarə
Onurğaya zərər verən vərdişlər
Füsunkar Göygöl
Prezidentə məktublar: "Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur"
Mehmet Ali Ərbilin adı şirə verildi - Foto
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
İdman ayaqqabıları
Hansısan?
Bakı Zooparkı fəaliyyətini dayandırır
Göz iltihabı
İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
Dəbli qısaboğaz çəkmələr
Azərbaycanda pullu yollar pul gətirəcək?
Manat yenə ucuzlaşacaq?
Bu gecə bankomatların 60%-i işləməyəcək
Ermənistan silkələndi
Güləş üzrə reytinq siyahısı açıqlandı
Tarixdə İlk Dəfə görüntüləndi-FOTO
Ən yaşlı kişi uzunömürlülüyünün sirri ilə bölüşdü
Kremli çörək
Yaz yorğunluğunu depressiyaya çevirməyin
Lazımsız dostla münasibətləri kəsməyin yolları
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA
İnsan səadətini harada axtarmalıdır?
İran və Rusiya prezidentləri Bakıya nə vaxt gələcəklər?
- ŞƏRHLƏR