Televeziya izləmək, kompüter qarşısında zaman keçirmək artıq çoxunun gündəlik həyatının bir hissəsidirİndi uşaqlar böyüklərdən daha çox gününü kompüter, televizor qarşısında keçirir.
Uşaqlar televizordan məlumatlar öyrənir və əylənirlər. Amma bununla yanaşı əksər reklam və şiddət ehtiva edən filmlərə baxmaq uşaq inkişafına böyük təsir edir.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, televiziya uşaqlar üçün dünyaya açılan bir pəncərə rolunu oynayır. Uşaqlar televiziyadakı həyat formalarından və davranışlardan müxtəlif mesajlar alırlar. Televiziyada həyatın sərt həqiqətlərinə şahid olmaq uşaqların inkişafına böyük təsir edə bilər: "Hər uşağın televiziyada izlədiklərinə reaksiyası fərqlidir və hər bir uşağın televiziyada gördüklərinə necə reaksiya verəcəyini tam olaraq təyin etmək mümkün deyil. Ancaq ümumiyyətlə, uşağın yaşı və inkişaf səviyyəsi verəcəyi reaksiyaya böyük təsir edir. Təkrarlanan təcrübələr qəliblərin meydana gəlməsinə gətirib çıxarır. Bu qəliblər isə düşünmə, danışma, problem həll etmə, diqqətini cəmləmə və başqaları ilə ünsiyyət qurma kimi bacarıqlara təsirsiz ötüşmür".
Uşaqlar televiziya ekranına "yapışa bilər" və dolayısıyla reklamlar da daxil olmaqla fasiləsiz televiziya izləyə bilərlər. Uşaqlar nə qədər çox televiziya izləyərsə, inkişaf və sağlamlıqları baxımından böyük əhəmiyyət daşıyan oyun, ictimailəşmə və məşqə ayırdıqları zaman da o qədər azalar. Mütəxəssislərin fikrincə, uşaqlar danışmağı, yazmağı və düşünməyi öyrənmək üçün bunları təcrübə etməlidir. Amma televizor bu təcrübənin qarşısını alır. Bütün bunlarla yanaşı kiçik uşaqlar gördüklərinin gerçək olmadıqlarını anlaya bilmirlər. Bu da onlarda təqlid mexanizmini işə salır.
Psixoloq deyir ki, 6 yaşından kiçik uşaqlar televizorda yayımlanan hadisələrin gerçək və ya xəyal məhsulu olduğunu fərqləndirə bilmirlər. İzlədikləri proqramlarda fantastikanı və bütünlüyü izləməyib, həyəcanverici anlara diqqət yetirirlər. Bu yaşda olan uşaqlar səbəb və nəticəni də başa düşmürlər. Onlar film xarakterlərini həqiqət olaraq qəbul edər və reklamların cazibəsinə açıq olurlar. Uşaqlar baxdıqları filmlərdəki qəhrəmanlara bənzəmək istəyirlər. Seriallardakı qadın-kişi münasibətləri uşqlara həyatı yanlış anlamağa vadar edir.
Həmsöhbətimizin sözlərinə görə, yeniyetməlik dövründə uşaqlar seks və modayla daha çox maraqlandıqları üçün baxdıqları serial qəhrəmanları onlar üçün yanlış örnək ola bilər. Bunun üçün uşaqların otağına televizor qoyulmamalı, internet saytlar kodlaşdırılmış olmalı, yeniyetmələr filmləri ailə içində izləməlidirlər.
Amerikada aparılan araşdırma zamanı məlum olub ki, otağında televizor olan uşaqların dərs öyrənmə və qavrama qabiliyyəti zəif olur. Bütün bunlarla yanaşı izlənilən filmlər uşaqların psixologiyasına da mənfi təsir göstərir: "Uşaqlar filmlərdə olan hadisələri həqiqətə uyğun olub-olmadığını öz təcrübələri ilə müəyyən edirlər. Məsələn, televizyada gördüyü bir heyvanı həyatda görübsə, onun real olduğunu qəbul edir. Və ya hansısa sehrbazın etdiyi sehri özü edə bilmədiyi üçün real olmadığını anlayır. Bəzi filmlərdə baş verən hadisələrin real olmadığını, filmlərdə aktyorların oynadıqlarını bilirlər. 9-10 yaşında uşaq artıq hər şeyi anlamağa başlayır, 6-7 yaşında uşaq isə filmlərdə baş verənlərin real olduğunu düşünür".
Müsahibimiz bildirir ki, reklamların uşaqlar üzərindəki təsir gücü həddən artıq çoxdur. 8 yaşından kiçik uşaqların çoxu reklamlarda deyilənlərin doğru olduğuna inanır. 8-10 yaşlarındakı uşaqlar reklamların hər vaxt doğrunu söyləmədiyinin fərqindədir, ancaq deyilənin hansının doğru, hansının doğru olmadığını tam olaraq təyin etməkdə çətinlik çəkirlər.
Məhsulları tanınmış kəslərin tanıtması uşaqları asanlıqla aldada bilir. Çox zaman uşaqlar reklamlarda gördükləri şeyləri istəyir və ana-atalarına aldıra bilmək üçün hər yolu sınayırlar. Hələ danışmağı tam anlamayan uşaqlar üçün reklamların dili də aldadıcı ola bilər. Məsələn, "Böyüyən dad", "meyvə köklü" sözlərini uşaqlar öz xeyirlərinə başa düşə bilərlər.
A.Əlibəylinin dediyinə görə, son zamanlar televiziyalarda kriminal proqramlar, döyüş filmləri daha çox nümayiş etdirilir. Uşaqların televiziyada şiddət-döyüş, mübahisə görüntülərinə məruz qalmaları ana-ataların çoxunu narahat edir. Uşaqlar bu cür görüntülərə yaş və inkişaf səviyyələrinə uyğun formada reaksiya verirlər. Televiziyada başqa uşaqlara və heyvanlara qarşı şiddət, zorakılıq, ailə içi şiddət görüntüləri hər yaşda olan uşağı narahat edir. Çox zaman uşaqlar şiddətin-zorakılığın faydalı olduğunu düşünürlər. 8 yaşından kiçik uşaqlar televiziya izləyərkən gülsələr də, real olmadığını söyləsələr də, zorakılığın lazımlı olduğunu düşünür və o da ətrafındakılara qarşı aqressiv davranmağa başlayır. Və həyatda baş verən şiddət, zorakılıq uşaq üçün adiləşir.
Aparılan araşdırmalara görə, uşaqların televizor izləməsi gündə 2-5 saat arasında dəyişir. Bu isə ilboyu 730-1460 saata bərabərdir. Bu uşaqların məktəbdə keçirdikləri zamandan (1260) və valideyinləri ilə keçirdikləri zamandan daha uzundur.
Psixoloq məsləhət görür ki, iki yaşından kiçik uşaqlara televiziya izləməyə icazə verilməməlidir. Televiziya uşağı əyləndirmə vasitəsi olmamalıdır: "Bəzi valideynlər uşağı yedizdirərkən, yatızdırarkən televiziya qarşısında qoyurlar. Bu isə uşağın inkişafı üçün çox zərərlidir. Birincisi, televizorda hər 6-7 saniyədən bir kadr dəyişir ki, bu da uşağın görmə qabiliyyətinə zərər verir. İki yaşından sonra uşaqlara gün ərzində 1 saat baxmağa icazə vermək olar. Uşağın baxdığı filmi də valideyn seçməlidir".
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR