
Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin arasında yarımdairəvi divarla əhatələnmiş əraziyə Hicri-İsmail deyilir. Divarın hündürlüyü təqribən 1,3 metrdir.Yarımdairənin içərisi mərmərlə döşənib. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmailin hüdudları daxilində bir neçə peyğəmbər dəfn olunub.
Milli.Az İslam.Az-a istinadən bildirir ki, Həcc mərasimində Kəbənin ətrafını təvaf edərkən Hicri-İsmail də mütləq təvafa daxil edilməlidir. Yəni təvaf vaxtı Kəbə ilə Hicri-İsmailin arasından keçmək olmaz (bunların arasında dar keçid var), əksinə, Hicri-İsmailin çöl tərəfindən keçmək lazımdır. Bu hökm Hicri-İsmailin də Kəbə qədər müqəddəslik daşıdığını göstərir.
Kəbənin rüknül-əsvəd adlandırılan şərq küncünə adam boyu hündürlüyündə həcərül-əsvəd (qara daş) bərkidilib. Rəvayətə görə, həcərül-əsvəd Həzrət Adəm Peyğəmbərə (ə) cənnətdən endirilmişdir və əvvəllər dümağ rəngdə imiş, sonralar günahkar insanların toxunmasından və öpülməkdən qaralmışdır. Zaman ötdükcə həcərül-əsvədin ölçüləri kiçildi və o, hissələrə parçalandı. Buna görə daşın hissələrini ərinmiş gümüşlə bir-birinə birləşdirib dairəvi qəlibin içində yerləşdirdilər.
Həcərül-əsvəd 930-cu ildə ifrat müsəlman təriqətçiləri olan qərmətilər tərəfindən oğurlanıb Bəhreynə aparılmış və yalnız 20 ildən sonra müsəlmanlara qaytarılmışdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanından bəri həcərül-əsvəd üç dəfə Kəbənin divarına bərkidilmiş və hər dəfə bu vəzifəni məsum şəxs yerinə yetirmişdir. Belə ki, 605-ci ildə sel nəticəsində uçulmuş Kəbə təmir edilərkən həcərül-əsvədi öz yerinə qoymaq vəzifəsini Həzrət Mühəmməd (s) öhdəsinə aldı. Abdullah ibn Zübeyrin əlavələrindən sonra Kəbə yenidən tikilərkən bu işi İmam Zeynül-abidin (ə) yerinə yetirdi. Qərmətilər həcərül-əsvədi qaytardıqdan sonra isə İmam Mehdinin (ə) onu Kəbə divarına bərkitdiyi rəvayət edilir.
Kəbə evini ipəkdən toxunan örtüklə (buna kisvə deyilir) örtürlər. Bu ənənənin Həz¬rət İsmail Peyğəmbər (ə) tərəfindən yarandığını yazırlar. Bəzi müəlliflər Kəbənin üzərini bahalı parça ilə bəzəmiş ilk şəxsin Yəmən hökmdarı Tübbə olduğunu qeyd etmişlər. Cahiliyyə dövründə, eləcə də, İslamın ilk əsrlərində hər il Kəbənin üzərinə yeni kisvə salırdılar, köhnə kisvə isə zaman keçdikcə cırılıb yerə düşürdü. Daha sonralar Kəbənin damına ağırlıq etməməsi üçün hər il köhnə kisvəni çıxarıb, yerinə təzəsini salmağı qərara aldılar. Əvvəllər kisvə Misirdə tikilib Ərəbistana gətirilirdi. Hal-hazırda bu işlə Məkkə şəhərində 240 nəfərin çalışdığı xüsusi fabrik məşğul olur. Kəbənin kisvəsi qara rəngli xalis ipəkdən toxunur, onun hazırlanmasında xeyli qızıl və gümüş sap işlədilir. Kisvənin üzərinə qızıl saplarla Quran ayələri, Allahın adları və naxışlar tikilir. Hər il həcc mövsümündən əvvəl kisvə təzələnir.
Kəbənin qapısı müqabilində kiçik qübbənin altında Məqami-İbrahim adlı yastı daş yerləşir. Məqami-İbrahim ilə Kəbə arasındakı məsafə təqribən 13 metrdir. Bəzi rəvayətlərə görə, əvvəllər Məqami-İbrahim Kəbənin divarına yaxın məsafədə qoyulmuşdu, sonralar indiki yerinə gətirildi. Rəvayətə görə, Həzrət İbrahim Peyğəmbər (ə) Kəbəni tikəndə əli çatmayan yerlərə daş qoymaq üçün bu daşın üstünə çıxarmış, daş da onun istədiyi hündürlükdə havada durarmış. Daşın üzərinə İbrahim Peyğəmbərin (ə) qoşa ayaq izi həkk olunub. Abbasi xəlifələri dövründə Məqami-İbrahimi qızıla tutub xüsusi çərçivənin içinə saldılar. Məqami-İbrahim təqribən kvadrat formalıdır, eni və uzunluğu 40 sm., hündürlüyü 50 sm.-ə yaxındır. Hal-hazırda Məqami-İbrahim mərmər oturacağın üzərinə bərkidilmiş təqribən 80 sm. diamet¬rə malik qoruyucu büllurun içində yerləşdirilib. Büllur isə kiçik günbəzlə bəzənmiş metal məhəccərin altındadır. Mərmər oturacaqla birlikdə məhəccərin hündürlüyü 3 metrə yaxındır. Məhəccərin şüşə ilə örtülmüş pəncərələrindən baxanda Məqami-İbrahimi görmək mümkündür.
Məscidül-həramın şərq hissəsində, Kəbənin yaxınlığında Zəmzəm adlı müqəddəs su quyusu yerləşir. Onun tarixi Həzrət İsmail Peyğəmbərin (ə) zamanına gedib-çıxır. Zəmzəm quyusu bir müddət istifadəsiz qalıb unudulmuş, sonra Peyğəmbərin babası Əbdülmüttəlib tərəfindən təmizlənib insanların ixtiyarına verilmişdir və bu günə qədər suyu qurumayıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Forbes" planetin yeni ən varlı qadınının adını açıqlayıb
Ermənistan təcavüzkardır
16 kameralı smartfon gəlir
ABŞ-da 10 dollara malikanə satılır
Azərbaycanda sərnişindaşıma bahalaşdı
Dilan Çiçek və Birkan münasibəti-FOTO
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Sürətli saç uzatmağın 7 üsulu
Xoşbəxt olmaq üçün ən asan yol
"Aşk-ı Memnu"nun Bülenti illər sonra-FOTO
п»їİş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı
Dekolteli gəlinliklər
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Azərbaycanda havanın temperaturu yüksələcək
“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Lənkəran meşəsi ətir olub dünya bazarına çıxdı
Rahatlığın yollarını tapan insanlar
Günün ulduz falı
13 ildir saçlarını kəsmir-FOTO
Mozzarella pendirli bükmə (foto resept)
“Türklər koronavirusa yoluxmayacaq, çünki…” – Professordan şok iddia
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Hava ilə bağlı vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Ərdoğan Minsk qrupunu ittiham etdi
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Məşhur bəstəkar Aleynanı tənqid etdi-FOTO
Qadın.Net-lilərin ilk şərhləri (2-ci hissə)
Talış kəndində erməni hərbiçisi vuruldu
Rusiyaya işləməyə gedənlərin nəzərinə
Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək
Respublika Günü ilə bağlı tədbir ləğv olunub
Onlar da AYRILDILAR-FOTO
Uşaqlarda həkim fobiyası
HAVA necə olacaq?-29 noyabr
Azərbaycana qar yağdı - FOTO
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Olimpiya Stadionunda təmir işlərinin gedişi ilə tanış olublar
Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?
Çiyələkli "Ürək" tortu (foto resept)
Nar dənəli çuğundur salatı
Valideynlərə qadağan edilən 10 CÜMLƏ
Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu
Bir günə 10 milyona yaxın izləyici topladı
Böyrəklərimizi zədələyən davranışlar
Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]