Quşqonmaz nədir?
Bəlkədə bir çox xanımımız mənim kimi quşqonmazın hansı bitki olduğu və onun faydaları haqqında bilmir. Xəbəri hazırlayana qədər mən bu bitkinin adının quşqonmaz olduğunu bilmirdim. Bizim tərəflərdə yəni, Naxçıvanda bu bitkiyə "mərəcüvə", bəzən də "mərəçöyüt" deyirlər. Bu haqda xəbər hazırlamaq istədim və "google"-da bu adla axtarış apardım və heç bir nəticə çıxmadı. Aydın oldu ki, bu bitkinin elmi adı başqadır, "mərəcüvə" deyil. Qısa axtarışdan sonra aydınlaşdırdım ki, bu bitkiyə ruslar "sparj" deyirlər. Yenidən "sparj" adı ilə axtarış etdim və aydın oldu ki, mərəcüvə dediyimiz və yaz aylarında ən çox yediyimiz bu bitki məhz quşqonmaz imiş.
Quşqonmaz ta qədim dövrdən məlum olan bir bitkidir. Qədim romalılar və misirlilər Quşqonmazdan ərzaq kimi istifadə etmişlər. Quşqonmaz ən çox Fransa, İtaliya, Çin, Amerikada yetişdirilir. Quşqonmazın ağ, yaşıl və bənövşəyi rəngli növləri var. Quşqonmaz yumşaq torpaqlarda yetişir və çoxillik bitkidir. Quşqonmazın toxumunu əkəndən 4 il sonra bu bitkini əldə etmək olar. Quşqonmaz A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.
Azərbaycanda quşqonmaz ən çox Kür və Araz çayının ətrafında bitir və ən çox rast gəlinən növü isə yaşıl rəngli quşqonmazdır. Bizim bölgədə -yəni Naxçıvanda da quşqonmaz ən çox Araz çayının sahillərində, rütubətli yerlərdə bitir. Naxçıvanda quşqonmazın yalnız bir növünə rast gəlmişəm, o da yaşıl növüdür. Əhali rasında çox sevilən bir bitkidir. Yaz aylarında demək olar ki, süfrələrin bəzəyi olur. Quşqonmazı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər.
Quşqonmazın faydaları:
1. Sidikqovucu təsiri vardır;
2. Sidik yollarını təmizləyir;
3. Həzmi yüngülləşdirir;
4. Sinirləri qüvvətləndirir;
5.Zehin yorğunluğunu aradan qaldırır;
6. Diş ağrısını sakitləşdirir;
7. Gözləri və ürəyi qüvvətləndirir;
8. Qaraciyərin işini yaxşılaşdırır;
9. Qanı təmizləyir;
10. Qandakı şəkəri endirir;
11. Üzdəki sızanaqlara qarşı xeyirlidir;
12. Dəriyə canlılıq verir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hərəkətsiz qalmaq bədənimizə necə təsir edir?
İsti hava şəraiti nə vaxta kimi davam edəcək?
Hazal Kayadan hamiləlik FOTOsessiyası
Poroşenko sərt danışdı
Bakıda yeni yol ötürücüsü
Məşhur ulduzların məlumatları oğurlandı
Balaca qız uşaqları üçün ətəyin toxunması
6 il sonra Marsdan ilk FOTO
Koreyasayağı salat (foto resept)
Ermənilər mövqelərimizi atəşə tutublar
Pizza xəmiri (foto resept)
Beynəlxalq təşkilat: "Seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına uyğun və şəffaf keçiriləcəyini sübut edir"
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
Yay yeməyi (foto resept)
Yenidən "Hercai"yə qayıtdı
Qeyri-adi ixtiralar
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Körpə dırnağına qulluq
Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər
Zəncir vurmayan sürücülər cəzalanacaq
Bu dəfə yol bağlanmayacaq
"Necə göründüyümü məndən yox, Aslıdan soruşun” - FOTO
Yay ilin ən depressiv vaxtıdır?
Ev üsulu rollı (foto resept)
Saçımıza qarşı etdiyimiz səhvlər
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
Uşaq ensiklopediyası (13)
BÜRCLƏR bizə nə vəd edir?-12 İyul
Soya souslu can əti (foto resept)
ÇAY İÇMƏYİN QADAĞALARI
Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə sərt sözlər
MİSİR PLOVU (foto resept)
Yalnız qadınların qarşılaşdığı hallar
İdmandan sonra bu qidalardan uzaq durun
Böyük burunları gizlədən saç modelləri
Qan donduran araşdırma - 5042 ölü
Yeni doğulan uşaqlara ən çox bu adlar qoyulur - SİYAHI
Azərbaycanda işsizlərin sayı məlum olub
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Koronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir? - Kardioloq TÖVSİYƏSİ
Günün qoroskopu: Sağlamlığınız təhlükədədir!
Şaxtalı hava ilə bağlı avtobuslara tapşırıqlar verildi
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
Bürclər hansı aksesuarları sevər?
Dünyanın ən uzunsaçlı kişisi
“Samsung”un rəhbərinin övladları doqquz milyard dollar miras vergisi ödəməlidirlər
Azərbaycan cənnəti qışda
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Heyvanların hiperrealistik şəkilləri
Dünyanın ən bahalı brendi o oldu
- ŞƏRHLƏR