Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamilə qadını işə qəbul edə bilmərik, rəhbərlik qoymur!
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Baş bəlası sızanaqlar
Günün qoroskopu: yaxşı tanımadığınız adamlara inanmağa dəyməz
Milanda moda həftəsi
Hande Erçeldən nümunəvi addım
Əhvalı yaxşılaşdıran idmanlar
“O səs Türkiyə 2018" - İlk FOTO
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Vitaminsiz ömür: norma və anormallıq
İdeal xarici görünüş yoxdur!
Azərbaycanda elektron ticarətin həcmi artdı
Yatmış gözəl pəhrizi
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Dişlərinizin gözəl olması üçün 10 qayda
Ərdoğan Putinə məktub göndərdi
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Həyatın içindən
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
Məktəblilər üçün türkdilli ölkələrin ortaq kitabları hazırlanacaq
Rəngarəng qablar
İmmuniteti gücləndirən içkilər
Tilsimləyən tortlar
Lavaşarası sosiska (foto resept)
Saçqıranlar üçün banan maskası
Sılanın hansı səbəbdən döyülməsi ilə bağlı İDDİALAR
İnternetin keyfiyyəti artacaq
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Planetin ən yüksək nöqtəsi deşilir
Arıqlamaq üçün məşhur sirri
Zebra keks (foto resept)
Hava haqqında
Çimərlik geyiminin tarixi
Güclü yağış Gəncədə 12 evi uçurdu
Fəaliyyətini bərpa edən metrodan istifadə qaydaları açıqlandı
Jaket necə geyinilməlidir?
Gürcüstan-Tbilisi (6)
Bu həftəsonu 5 gün iş olmayacaq
Megan Marklenin səyahət geyimləri
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Uşağın qüsurlu və şikəst doğulmasına səbəb olan amillər
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Müddətli həqiqi hərbi xidmətə çağırılanların nəzərinə - VİDEO
Fərqli, yeni Alpina B4
Pəhriz salatı (foto resept)
Kartoflu rus salatı (foto-resept)
Hər kəsin rahibə bildiyi şəxs əslində....
- ŞƏRHLƏR