Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Abort qadağan edildi
Acun gənc sevgilisi ilə belə görüntüləndi-FOTO
Həyatın sonuna nə qədər qalıb?
“Facebook” istifadəçilərinin nəzərinə
Qubada zəlzələ olub
Azərbaycanda prestijli nömrələrin qiymətləri açıqlandı
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
Günün ulduz falı - 16.10.2013
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb - FOTO
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
Toyuq ətli qarnıyarıq (foto resept)
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Bakıda valideyn dərdi
Balaca gəlinliklər
Düşünməyi sevənlərə özəl (1)
Obama ailəsi film biznesinə başladı
Möhtəşəm donlar
Günün ulduz falı
"WhatsApp"da 3 YENİLİK!
Girovumuz şikayətə hazırlaşır
Əsl qış çantaları
Polis xəbərdarlıq etdi
“WhatsApp”dan xoş xəbər
Eşqin 7 səviyyəsi
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Uşağınızın qarın ağrısına diqqət edin!
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Orbakayte qızına ad günü etdi - fotolar
Meqan Markl yenə Kral ailəsinin neçə illik qaydasını pozdu-FOTO
Xəzər rayonunda bu yollar bağlandı
Varlılarla yoxsullar arasındakı 10 fərq
İrem Dericidən qəribə cəhd-FOTO
Pis müdir əməkdaşların ürək tutması riskini artırır
İnternetdən daha çox nə satın alınır?
Xəbəriniz varmı: 3-cü Dünya Müharibəsi başlandı
Rza İrem Derici haqqında AÇIQLAMA verdi
Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO
Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda sülhməramlılarla bağlı mübahisə
500 milyon dollarlıq vəsiyyət
Valideyn diqqəti olmasa da, onların hüququ qanunla qorunacaq
Kartof Graten (video-resept)
Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!
Qeyri-adi etiraz aksiyası
Yayda havalar sərin keçsə də, temperatur normadan yüksək olub-SƏBƏB
Azərbaycanda siqaretin qiyməti qalxdı
Mədə problemləri olanlara xüsusi tövsiyələr
Atəşkəs yenidən pozuldu
Körpənizin dərisini rahatlatmaq üçün bunu edin!
Rusiyanın Azərbaycandakı səfirliyi Gəncə terrorunun qurbanı Artur Mayakovla bağlı paylaşım etdi
Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır
- ŞƏRHLƏR