Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tələbələrə kredit veriləcək - Fond yaradılır
Bakıda ən hündür yolka harada qurulacaq?
Leyla Əliyevadan təbrik mesajı: “Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan!” - FOTO
15 yaşlı qız eşqi üçün üzünü dəyişdi
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Asan hamilə qalma yaşı neçədir?
Burak Özçivitin saçlarını ələ saldılar-FOTO
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”
Quş qripi yenidən dirildi
Bükmə (foto resept)
Motivasiya və uğur qazanmaq üçün taktikalar(3)
Üçyaşlı uşaq dünyanın ən ağıllı adamlarından biridir
Toyuq filesindən yemək (foto resept)
Sürücülərə pis xəbər
Həyat yoldaşınız öz bürcünün xüsusiyyətlərini daşıyırmı?
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Məşhur neyrocərrahdan inanılmaz açıqlamalar
Hava haqqında - 22.01.2014
Tele ulduz geyimi ilə HEYRƏTLƏNDİRDİ
Putinə savaş mesajı
Bibərin faydaları
Maaşsız qalan müəllimlərə cavab - YENİLƏNİB
Qadınların günlük qəbul etməsi lazım olan qidalar
10 min manatlıq güzəşt reallaşır
Ermənistanı Rusiyaya nifrət dağıdacaq?
Bu içkilər sizi cavan saxlayacaq
Şridevinin ölüm səbəbi açıqlandı-FOTO
Uşaq otağı dizaynı
Qarağatlı tort
Tarixin tapıntısı: Marsda qaynayan göl tapıldı-FOTO/VİDEO
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Bayram şirniyyatları
ABŞ-dan İŞİD-ə “cəhənnəm odu”
Şokoladlı konfet (foto resept)
Adelin necə arıqladığı məlum oldu-FOTO
Ətli pirojnalar və suxarili pendir çubuqları
Günün ulduz falı
Təmr haqqında gələn xəbərlər
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
Bakı Olimpiya Stadionunda toy
Yumurta, yoxsa plastik top?-Bakıda qeyri-adi hadisə - VİDEO
Facebook pulsuz antivirus paylayır
Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı
Təhsil nazirinin Lənkəranda vətəndaşları qəbul vaxtı dəyişdirilib
Azərbaycanda dərmanlar bahalaşacaq?
Bu şəklə görə İraq gözəlinin ailəsini ölkədən qovdular - FOTO
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Dünyaya baxşınızı dəyişəcək filmlər
Kişilər niyə futbolu sevir?
- ŞƏRHLƏR