Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sabah güclü külək olacaq
Balıq başından buğlama (foto-resept)
Toyuqlu mantı (foto resept)
10 addımda yenilən
BÜRCLƏR bizə nə vəd edir?-6 Oktyabr
12 metrlik nəhəng balina sahilə çıxdı - FOTO
Günün qoroskopu: hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin
Karantin dövründə ödəmələr edilmiş vergi ödəyicilərinin sayı bilindi - RƏSMİ
Can Yaman əməliyyat olundu - FOTO
Böyük Britaniya şahzadəsinin nişanlısı diqqət mərkəzində - FOTO
Məşhur cütlüyün qızı oldu-FOTO
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Paxlava (foto-resept)
HAVA necə olacaq?-5 Noyabr
Qışın sərtliyi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
"Yahoo!" 5 ofisini bağlayacaq
Səudiyyə Ərəbistanında işləmək istəyənlər üçün qaydalar asanlaşdırılır
Şeyma Subaşının restoranı bağlanır?
14, 15 yaşında ana olan qızlar...
Ölkəmiz Avropa çempionatında birinci oldu
Azərbaycanlı tələbələr İsraildə istehsalat təcrübəsi keçəcəklər
"Neftçi" fanatlarına şad xəbər
Argentinanın Baş prokuroru Kamran Əliyevin erməni terrorçuluğu ilə bağlı məktubuna cavab verdi
Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixi dəqiqləşdi
Dünyanın ən bahalı yeməkləri
Xərclərimizi necə edək?
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Manat möhkəmləndi
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
Gəlin bəyi toyda küçə ilə sürüdü
Ziyafət üçün şlyapa hazırlayaq
O, internetin ən məşhur pişiyidir
Dəb adı altında zövqsüzlük
Makedoniyalı İsgəndərin sərgüzəştləri
Facebook-da təhlükə
Əl üstü yeməklərə alternativlər
Möcüzəvi dəqiqələr
Misirdə humanoid mumiyası tapıldı
ABŞ-da şəhər satılır-VİDEO
Bu ölkədə bazar günü ticarət QADAДћAN OLUNDU
"Qadın.Net" çantası. Qurama (Dərs-6)
Meqan Markl atasından danışdı-FOTO
Xərçəngin ən faydalı dərmanı
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Yataqxanaları olan universitetlər - SİYAHI
Şimşək çaxdı - UNO şəhərə endi -VİDEO
Bu günün hava proqnozu
Azərbaycanlı astroloqun 2015 proqnozları
- ŞƏRHLƏR