Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Diabetiklərin nəzərinə!
BÜRCLƏR bizə nə vəd edir?-28 dekabr
Bəzi sabunların faydaları (I hissə)
Müalicəvi vannalar
Müharibələrin insanlara psixoloji təsirləri
Divar saatları
Körpələrə bal vermək olarmı?
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğalından 20 il ötür
Günün qoroskopu: dözümlü və səbrli olun
Azərbaycanda havanın temperaturu yüksələcək
Daha təcili yardım həkimi gecikməyəcək?
Sürücülərə VACİB XƏBƏRDARLIQ
Azərbaycanın elm sahəsində təmsil olunan qadınların sayı açıqlandı
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Gözəl bədən üçün 3 yoqa hərəkəti
Kimdir fəqir?
Nusretin restoranını bağladılar - FOTO
İŞİD 16 kəndi ələ keçirdi
Hindistanlı qız dünya gözəli seçildi - FOTO-VİDEO
Yay aylarında enerjimizi qoruyaq
Dişlərə ziyan verən vərdişlər
Bakıda "Röya adası" gerçək olur
Hava haqqında
Bu gün buraxılış imtahanıdır
Bu da Hennessey Cadillac
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Qara Qarayev: "Musiqimizin tarixi yüz illərlə yox, illərlə ölçülür"
Neslihan Atagülün biznesi batdı-FOTO
Evliliklərində xoşbəxt olan cütlüklər
Təbii yağlar
Müdafiə Nazirliyindən Türkiyənin ölkəmizdə hərbi bazalar quracağı iddialarına REAKSİYA
"Qarabağda hücumları daha iri miqyasda təkrar etməyə stimul yaranıb"
İstanbul derbisini "Fənərbaxça" qazanaraq zirvəni ələ keçirib
Dollar Qazaxıstanda rekord vurdu
"İnqilabi" prosessor nüvəsi yaradılır
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO
File dolması (foto resept)
Viktoriya Devid Bekhemdən şikayətləndi-FOTO
Bölgələrimizin mətbəxi - Qarabağ
Sus, düz otur, hamı bizə baxır...
Aztəminatlılara birdəfəlik yardım 290 min ailəni əhatə edəcək
Mariya Şarapova məşhur serialda-FOTO
Erməni əsgər: “Mühasirəyə düşəndə komandirimiz orada yox idi”
Havanın təmizlənməsi üçün süni ağaclar yaradıldı
Ziyafət ayaqqabıları
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək - FOTO
Dəbli qadın qol saatları
İnanılmaz əməliyyat-FOTO
Peruda 7.5 bal gücündə zəlzələ oldu
Ümit Karan həbs edildi-FOTO
- ŞƏRHLƏR