Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda "Gül Bayramı"
Düşmən Bərdədə restorana və məktəbə raket zərbələri endirdi: Yaralılar var - VİDEO
Bağlanmış banklardakı əmanətlərin qaytarılması ilə bağlı VACİB AÇIQLAMA
Sellofan torbalar sağlamlığımıza ziyandır
"Qanlı Ay" tutulmasından FOTOlar
Bir az gülək
Gələn həftədən Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlanacaq
Azərbaycan dünya reytinq siyahısında
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
Kökəlməyimizin 5 əsas səbəbi
Niyə hündürdaban ayaqqabı seçirik?
Snouden: "Peşəkar casusam"
Paris qan içində: 7 terror aktı, 153 ölü
Röya və Nigar "Altın Kelebek" gecəsinə geyimləri ilə DAMДћA VURDU - FOTOLAR
Cehizlik qablar
Çox sevdiyim atama...
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Komalı qadının körpəsi doğuldu-İNANILMAZ hadisə
TQDK "2" alanların sayını açıqladı
Günün ulduz falı
20-ə yaxın prezident Bakıya gəlir
Adrianadan Metin Haraya daha bir zərbə
Fəsəli
İki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Münasibəti korlayan və möhkəmlədən ifadələr
"Uğursuz" dahilər
İrina Şeyk:"Qızım doğulandan özümü əsl qadın kimi hiss edirəm"
Məşhur aparıcı telefonunu yudu, gündəm oldu
İdmanla stresdən uzaq olun
İlham Əliyev bir qrup hərbçini “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi
Hamının 20 ildir axtardığı cizgi filmi ÜZƏ ÇIXDI - VİDEO
Uşağa süd vermək inadcıl mərəzdən qurtarır
Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun – TƏKLİF
Müğənni videosuna görə evdən qovuldu
Afina
Otaqlar üçün dekorlar
Ronaldudan emosional paylaşım
"Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır" - "5 nömrəli"nin baş həkimi
Yaponiyada şəffaf tualetlər istifadəyə verildi - FOTO
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)
Rezidenturaya qəbul olmaq istəyənlərin sınaq imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası
Yeniyetməlik dövründə müşahidə olunan davranışlar
"Fazilet hanım ve kızları"nın aktisası toy tarixini açıqladı
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
İrəvanın şah damarı kəsilir
Tanrı buludların üzərində - ŞOK VİDEO
Putin sülh müqaviləsinin ŞƏRTLƏRİNİ AÇIQLADI: "Tərəflərdən hər biri..."
13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB
KƏSMİK PUDİNQİ və KÖK ŞORBASI
- ŞƏRHLƏR