Yeni yazdığım şeirlərimdən ikisini paylaşmaq istərdim. Şeirlərimin özəlliyi ondan ibarətdir ki, oxuyarkən dodaqlarınız bir-birinə dəyməyəcək
I
Yenə eşqin alovunda yanır kövrək ürəklər,
Yenə sonsuz xəyallara dalır sehirli hisslər.
Gözləyər qarşılığı, yenidən gülsün deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
İsindiyi əllərin əllərində yad əllər,
Ürəyi qırıq, yolu qaranlıq girişlər.
Dua edər yalvarar istəyə çatsın deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Saxta görüş, saxta sözlər və yalançı gülüşlər,
Sönük həyat, susuz güldan və rəngsiz ağ çiçəklər,
Xəyalında şəkillər, divarda tək çərçivə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Yaşananlar var onda soyuq, quru xatirələr,
Sonuncu eşq dəftərini gizlicə vərəqləyər.
Əlindəki üzüyü ondan alarlar deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
II
Yenidən yeni arzu cücərir kiçik evdən,
Yaz gəlir, çovğun gedir yolunun üzərindən,
Nəfəs alır, həvəs alır yeni doğan günəşindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Gecələri ulduzlara danışır hisslərindən,
Gündüzləri yorğunluğu oxunur gözlərindən.
Təkrar-təkrar yenə soruşur sözləri dənizindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Zövq alır hər çiçəkdən, ətirindən, ləçəyindən,
Nur saçır ətrafına ağlındakı izlərdən.
Fərqli səs var ürəyində, hiss olur gəlişindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Fikirləri qarışıq, dəli deyil dəlisindən,
Aynalarda saatlarca söz soruşur özündən.
Dəyişilir, artıq hər an qorxulur gülüşündən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Deniz Bulutsuz da həbs oluna bilər
10 uşaq anası ideal bədən quruluşu ilə təəccübləndirdi-FOTO
Ahmet Kural 1 ay sonra üzə çıxdı-FOTO
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
Qəzzadan toy-büsat səsləri gəldi
QRENADER SALATI (foto resept)
Arabaşı şorbası
Göbələk salatı (foto-resept)
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
Uzun və baxımlı dırnaqlara sahib olmaq üçün...
Selena Gomez illər sonra ilk dəfə səhnədə-VİDEO
Bəzəkli sabunun hazırlanması
Bakı rusların marağında
Qadınların fəallığını artırmaq lazımdır
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı
Depressiya yaradan hallar
Terrorçulardan Qərbə xəbərdarlıq
Ceyhun Bayramov ABŞ səfiri ilə Ermənistanın sonuncu hərbi təxribatından danışdı - FOTO
Günün ulduz falı
Ramiz Mehdiyev "Soyqırımı memorial kompleksi" ilə bağlı sərəncam imzaladı
Alov püskürür, daşlar əriyir
Bir ağac seçin, yeni ildə sizi nə gözlədiyini bilin
Ötən il uşaqlara qoyulan ən qəribə adlar
Onun sevdiyini necə müəyyən etmək olar?
Gülümsəyən diktator 6 nazirin "başını yedi"
Ay tutulması başa çatıb
25 ən təhlükəli ərzaq - SİYAHI
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Mehriban xanım tapşırıq verdi
Gözaltı torbalar nədən yaranır?
Günün ulduz falı
Bütün mülkünü satıb dünya turuna çıxdı
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Paris tərzi
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Eser Yenenlerin xanımı 1 həftəyə 10 kq arıqladı-FOTO
Qapalı pizza (foto resept)
Bundesliqa: "Bavariya" darmadağın edildi
Azərbaycanda hərbçilərə yeni imtiyazlar veriləcək
Kağız halva-7
Dünyanın ən bahalı markaları
Azərbaycan səmasında uçan obyekt göründü
Uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə start verildi
Üçölçülü görmə
“Taxt oyunları”nın aktrisasına TƏMİZ SAÇ QADAДћASI-FOTO
Paytaxt salatı (foto resept)
Yayda sağlam qidalanma üçün tövsiyələr
Tanış olun: Kişi!
Taysonu Çiliyə buraxmadılar
- ŞƏRHLƏR