"Qadınların təkcə şəhərlərdə deyil, kəndlərdə, ucqar bölgələrdə də fəallığını artırmaq lazımdır". Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Baş nazirin müavini, YAP-ın icra katibi-sədr müavini Əli Əhmədov söyləyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın həyatındakı müsbət dəyişikliklər Azərbaycan qadınının həyatında da əksini tapıb: "Bu, hər bir qadının Azərbaycanın həyatında necə əhəmiyyətli rol oynadığını dərk etməsində özünü göstərir".
Baş nazirin müavini deyib ki, qadın ictimai həyatda, cəmiyyətin ümumi inkişafında çox mühüm rol oynayır: "Azərbaycan cəmiyyətinin 50 faizini qadınlar təşkil edir. Biz bu potensialdan istifadə edərək Azərbaycanın daha da inkişafına nail ola bilərik".
Onun sözlərinə görə, ötən 5 il ərzində qadınların Azərbaycanda ictimai həyatda rolu artıb və bu, həm də YAP Qadınlar Şurasının fəaliyyətinin nəticəsidir. YAP Qadınlar Şurası Asiya Siyasi Partiyaları Şurasının fəaliyyətində də aktiv iştirak edir və bu, YAP Qadınlar Şurasının artıq beynəlxalq aləmdə fəaliyyətinin genişlənməyə başladığından xəbər verir: "Ötən beş il ərzində YAP Qadınlar Şurası ciddi nailiyyətlər əldə edib, bu, növbəti beş ildəki uğurlara zəmin yaradır. Biz 10 illik əzəmətə istinad edərək qarşıdakı 10 ildə daha əzəmətli inkişafa nail olmağa çalışmalıyıq. İnanıram ki, YAP Qadınlar Şurası bu istiqamətdə səmərəli fəaliyyət göstərəcək".
Ə.Əhmədov bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: "Əvvəllər qadınlar bələdiyyələrdə 2-3 faiz təmsil olunurdu. 2009-cu ildə YAP-ın təşəbbüsü ilə qadınlar bələdiyyə seçkilərində aktiv iştirak etdilər və nəticədə bələdiyyələrdə təmsil olunan qadınların sayı 30 faizə çatdı".
YAP-ın sədr müavini hesab edir ki, bu göstərici də kifayət deyil: "Bu il keçiriləcək bələdiyyə seçkilərində qadınların daha çox uğur qazanacağına inanıram. Azərbaycanın idarəçiliyində qadınlar aktiv iştirak edirlər. Qadınlar nə qədər çox idarəçilik sferalarında təmsil olunsa, problemlərin qərar qəbul edilən yüksək orqanlara çatdırılması daha effektiv olar".
Ə.Əhmədov deyib ki, qadın hüquqlarının qorunması dövlət strukturları ilə bərabər YAP və YAP Qadınların Şurasının qarşısında duran məsələlərdən biridir. Onun sözlərinə görə, YAP sıralarında təmsil olunan 300 minə yaxın qadın partiyanın fəaliyyətində mühüm rol oynayır: "Qadınlar Şurasının yenidən seçiləcək rəhbərliyinin, yeni tərkibinin daha böyük uğurlar əldə edəcəyinə inanıram".
Mənbə: Trend.az
XƏBƏR LENTİ
Osteoporozun qarşısını alan idman növü
Razyana çayının faydaları
Söz birləşmələri - 2
Gəlin ayaqqabıları
Praktik bilgilər
Sofi Törner ana olacaq!-FOTO
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
Xəyalə Murad "Mütaliənin faydası" mövzusunda Təlim Keçdi-FOTO
Obama kirayə qaldığı evi satın aldı, qiyməti...
Hadisenin səhnə geyimi qiyməti ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
Ev bazarında canlanma gözlənilir - Qiymətlər necə dəyişəcək?
Həkim Meray Keriyə qadağa qoydu - Konsertlər olmayacaq
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Bakıda dayanacaq özbaşınalığı ilə bacarmaq mümkündürmü?
Azərbaycanda peyvəndlərin yerinə yetirilmə vəziyyəti açıqlandı
Yaponlar tərcüməçi eynək hazırladılar
Rusiyalı müğənni döyüldü-SƏBƏB
Məktəblərin açılmasını istəməyən valideyinlər var - Hikmət Hacıyev
Bu gündən xaricdən mal gətirtməyə görə 300 dollarlıq limitlə bağlı qərar qüvvəyə minir
Havanı təmizləyən avtobus istifadəyə verildi-YENİLİK
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Britaniya krallığının məşhur kanalında Azərbaycanın oyunu göstəriləcək
Kakaolu keks (foto resept)
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 124 yeni yoluxma - FOTO
Cem Yılmaz keçmiş arvadına qayıdır?
Başlayan doğuşun əlamətləri
Azərbaycanda uşaqlarla bağlı ayrıca məcəllə hazırlanır
Amine Gülşenin gəlinliyi qiyməti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Rusiya dünyanı QİÇS-dən xilas edə bilər
Bükmə (foto resept)
Dırnağına baxım,xəstəliyini deyim
Hamiləlikdən sonra 25 kq arıqladı-FOTO
Təhsil kreditlərinin verilməsi təsdiqləndi
Problemli kreditlərdən çıxış yolu
1 manatlıq "dönər+ayran"nın keyfiyyətinə kim zəmanət verir?
122 kq ağırlığında nəhəng balqabaq
Günün ulduz falı - 03.02.2014
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
“Papito” ilə tanınan Seeya Bakıda klip çəkdi-VİDEO
Just for girls (2-ci hissə)
Prezident çempionlarla
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Tarix yazılır: İran və altılıq razılığa gəlir
İnanılmaz optik illüziyalar
3D manikür dəbi
Azərbaycanda "Youtube"a girənlərin sayı azalıb
“Yoluxmuş şəxslərin evlərini tərk etməsi düzgün deyil” - AÇIQLAMA
"Kirpi" tortu (foto resept)
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
- ŞƏRHLƏR