Yeni yazdığım şeirlərimdən ikisini paylaşmaq istərdim. Şeirlərimin özəlliyi ondan ibarətdir ki, oxuyarkən dodaqlarınız bir-birinə dəyməyəcək
I
Yenə eşqin alovunda yanır kövrək ürəklər,
Yenə sonsuz xəyallara dalır sehirli hisslər.
Gözləyər qarşılığı, yenidən gülsün deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
İsindiyi əllərin əllərində yad əllər,
Ürəyi qırıq, yolu qaranlıq girişlər.
Dua edər yalvarar istəyə çatsın deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Saxta görüş, saxta sözlər və yalançı gülüşlər,
Sönük həyat, susuz güldan və rəngsiz ağ çiçəklər,
Xəyalında şəkillər, divarda tək çərçivə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Yaşananlar var onda soyuq, quru xatirələr,
Sonuncu eşq dəftərini gizlicə vərəqləyər.
Əlindəki üzüyü ondan alarlar deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
II
Yenidən yeni arzu cücərir kiçik evdən,
Yaz gəlir, çovğun gedir yolunun üzərindən,
Nəfəs alır, həvəs alır yeni doğan günəşindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Gecələri ulduzlara danışır hisslərindən,
Gündüzləri yorğunluğu oxunur gözlərindən.
Təkrar-təkrar yenə soruşur sözləri dənizindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Zövq alır hər çiçəkdən, ətirindən, ləçəyindən,
Nur saçır ətrafına ağlındakı izlərdən.
Fərqli səs var ürəyində, hiss olur gəlişindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Fikirləri qarışıq, dəli deyil dəlisindən,
Aynalarda saatlarca söz soruşur özündən.
Dəyişilir, artıq hər an qorxulur gülüşündən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı sürpriz yumurta(foto-resept)
Azərbaycanda yenidən "kolxoz" yaradılır
HAVA necə olacaq?- 1 MAY
İrina Şeyk gələn il ikinci dəfə ana olacaq
Əl telefonu ilə çox danışmayın!
Ermənilərə Ramil cavabı
Əbu Dabidə yeni kompleks
Hava haqqında
Van Qoqun sui-qəsd silahını satışa çıxartdılar
Bayramda bunları unutmayın
İynənin ayağa batması nə ilə təhlükəlidir?
“Terminator” müharibəsi reallığa çevrilir - həyəcan təbili
“BTS”-in onlayn konserti olacaq
Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi
690 bal toplayan Röya: "Neft çıxartmaq uşaqlıq arzum idi"
Uşağınızdan sizə məktub!
Dünyanın ən gözəl 20 qadını
Ezgi Mola həqiqəti açıqladı-FOTO
Şokolad ürək sağlamlığını qoruyur
Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır
"Mən yoldaşımla fəxr edirəm, çünki o əsl qəhrəmandır"
5 günə 3 kiloqram arıqladan qatıq pəhrizi
Dərslər sentyabrın 18-dən başlayacaq? - RƏSMİ CAVAB
Naxçıvanda da dərslər təxirə salındı
Cəmiyyətdə namusun dərki
Bəs yatmasaq necə olar?
Kremli meyvə salatı (foto resept)
Paytaxtda təhlükəli süd məhsulları
Bu günün hava proqnozu
Disney qəhrəmanlarının real həyatdakı bənzərləri
Hollivud aktyoru qəzaya düşdü
Bu gecə ƏN UZUN Gecə olacaq
Çəltik pillələri
Güclü külək gözlənilir
Alim koronavirusa qarşı peyvənd vurdurmaq üçün ən yaxşı vaxtı AÇIQLADI
Novruz çərəzini necə seçməli?
Darıxdırıcı divarları rəngləndirin
Con Travolta YENİ İMİCDƏ-FOTO
Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
BÜRCLƏR bizə nə vəd edir?- 22 Dekabr
Bakıda kirayə evlərin qiyməti qalxdı
Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...
İdman edərkən bədənizi formada saxlayacaq 3 qida
Dünyanın ən böyük heykəli tikilir-FOTO
Dünyanın ən bahalı toyu: gəlinin paltarı 2 milyon dollara alındı
Fərqli saç aksessuarları
Azərbaycanın cənub rayonlarında təbii qazın verilişində fasilələr olacaq
Hamiləlikdə plastik əşyadan istifadəyə diqqət!
Yerin 120 metr altında əyləncə mərkəzi
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
- ŞƏRHLƏR